“Qərarlar ədəbiyyat ictimaiyyəti və naşirlər ilə məsləhətləşməklə verilməlidir”
Adelet.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Son illər Bakı Beynəlxal Kitab Sərgisinə “Fəxri yazar” elan olunur, amma bu seçimin qaydaları, prinsipləri və kim tərəfindən aparıldığı barədə ictimaiyyətə açıq, şəffaf məlumat verilmir”.
Adalet.az xəbər verir ki, bunu “Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.
O, bəzən yalnız bir kitab yazmış və ya yalnız xırda tərcümələri ilə özünü gözə soxan şəxslərin “Fəxri yazar” elan olunduğunu bildirib:
“Ədəbiyyat və nəşriyyat sahəsində illərlə çalışan, onlarla, yüzlərlə əsəri oxucuya çatdıran müəlliflər, naşirlər və ya tərcüməçilər isə kənarda qalır. Bu isə ədəbi ictimaiyyətdə narazılıq və haqlı suallar doğurur: “Seçim hansı meyarlara əsaslanır?” Əslində belə statusların verilməsi üçün açıq və obyektiv prinsiplər müəyyən edilməlidir: yazıçı və ya tərcüməçinin yaradıcılıq fəaliyyəti, oxucu auditoriyası, təsir gücü, ədəbiyyata töhfəsi, beynəlxalq nüfuzu və s. Qərarlar qapalı dairədə deyil, ədəbiyyat ictimaiyyəti və naşirlər ilə məsləhətləşməklə verilməlidir. Bu status əgər “Fəxri” adlanırsa, onda həqiqətən ədəbi mühitin və oxucuların hörmətini qazanmış şəxslərə verilməlidir”.
Vasif ƏLİHÜSEYN
Baxış sayı:67
Bu xəbər 25 Sentyabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















