Icma.az
close
up
RU
Elm, fəlsəfə və ədəbiyyat

Elm, fəlsəfə və ədəbiyyat

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

(əvvəli qəzetin 27 iyul və 3 avqust tarixli saylarında)

3-cü mövzu. Bədii mətnlərdə yuxugörmə fenomeni

Yuxu, elmi informasiyalardan məlum olduğu kimi, fizioloji prosesdir və canlıların əksəriyyətinə xas xüsusiyyətdir. Yəni canlı yatır və bununla da bir növ özünü yenidən bərpa edir. Lakin bizi maraqlandıran yuxugörmə halıdır ki, bu fenomenə müxtəlif elmi, fəlsəfi, mistik yanaşmalar mövcuddur. Bu müxtəliflik də yaradıcılıq üçün kifayət qədər maraqlı və qeyri-adi xammal hazırlayır. Ədəbiyyat müstəvisində yuxugörmədən bədii fənd kimi istifadə təcrübəsi zəngin çalarlara malikdir. Lakin bu fenomendən yalnız yuxuda görünən hadisələri olduğu kimi təsvir etməklə kifayətlənmək bədii əsərin məna qatına az təsir göstərə bilər. Yuxugörmə hadisəsi ilə bağlı bir çox fəlsəfi və mistik məlumatlara malik olmaqla qələmə alınan bədii əsərlər daha dərin mənalara baş vurmağa imkan yaradır.

Ümumiyyətlə, fəlsəfi fikir tarixində yuxugörməyə, əsasən, iki münasibət mövcud olmuşdur: 1. Yuxugörmə – keçmişin, yəni yaşananların nəticəsidir; 2. Yuxugörmə gələcəkdən xəbər verir.

Lap qədim zamanlardan insanlar yuxu zamanı görülən hadisələrə və predmetlərə müəyyən yozum verir, onları gələcək hadisələr barədə işarələr kimi anlayırdılar. Məsələ burasındadır ki, bu tendensiya hazırda da cəmiyyətin bəzi dairələri arasında öz aktuallığını saxlayır. Bu yozumlar nə dərəcədə həqiqətə uyğundur?Gələcəklə bağlı yuxuyozmalar barəsində elmi əsaslandırma olmadığı üçün dəqiq bir söz demək çətindir.

Freydə görə, yuxular gələcəkdən yox, keçmişdən xəbər verir. O,irəli sürdüyü bu tezisin izahını psixoanalizin köməyi ilə verir. Hesab edir ki, yaşam boyu şüuraltına yığılmış istəklər, görüntülər, həyata keçməyən arzular insan yatdığı zaman donunu dəyişib, onun şüuruna yuxular kimi daxil olurlar.

Yuxuma girir
dostlar, doğmalar, yadlar,
bəzən də heç tanımadıqlarım,
üzünü belə görmədiyim adamlar
müxtəlif tanış və yad hadisələrin fonunda.

Tez-tez yuxuma girənlər də olur;
həyatda artıq olmayan atam, anam
və başqa doğma adamlar
yenə də tanış və yad hadisələrin içində.

Dəqiq bilirəm:
yuxu təkcə nə keçmiş, nə də gələcəkdi
xatirələrdən və xəyaldan fərqli,
yuxu – daha çox gerçəklikdi,
ayrı məkan-zaman hadisəsi və reallığın inikası.

Keçmişi nizamla düzülmüş avtobus dayanacaqları kimi xatırlayıram; hər dayanacaqda adamlar və hadisələr bir-birindən təcrid olunmuş halda, sanki ayrı-ayrı çoxluqlardı heç bir kəsişməsi olmayan. Amma hadisələrin bir-birinə qarışmasının da şahidi oluram hərdən. Bir hadisə başqa hadisə ilə kəsişir özü ilə daşıdığı yad və doğma adamlarla birgə. Məsələn, görürəm: anam ömrünün son günləri çox cavandı – sevinirəm, amma qəfil xəstəlik peyda olur yanında qocalıq libasında, üz alır torpağa sarı; torpaq işıq saçır rəngbərəng çalarlarda.

4-cü mövzu. Hərəkət, Zenon paradoksları və ədəbiyyat

Hərəkət elm sahələrinin obyekti olmaqla yanaşı, fəlsəfi dünyagörüşünün də daim diqqət mərkəzinə aldığı bir anlayışdır. Hərəkət haqqında elmi informasiyalar fəlsəfi düşüncə sisteminə transfer olunmaqla müxtəlif maraqlı, eyni zamanda ziddiyyətli düşüncə şəbəkəsi yaratmışdır. Eyni zamanda fəlsəfi sistemlərdə hərəkət barədə mövcud fikirlər elmi sahələrin tədqiqat obyektinə çevrilmişdir. Yəni bu anlayış ətrafında həm elmin, həm də fəlsəfənin aşkara çıxardığı bir çox həqiqətlər və mübahisələr uzun bir dövrü əhatə edir. Hərəkət barədə müxtəlif maraqlı və ziddiyyətli fikirlər incəsənətin müxtəlif sahələrinə və bədii əsərlərə sirayət etməklə bir çox fərqli, intellektual əsərlərin yaranmasına səbəb olmuşdur.

Bir halda, hərəkət anlayışı ətrafında yaranan fikir şəbəkəsi ədəbiyyatdan da yan keçməyib, bu anlayışa, qısaca da olsa, həm elmi, həm də fəlsəfi aspektdən yanaşaq. Bu yanaşmalardan istifadə edərək konkret bədii mətnlərin üzərində dayanaq.

Fizika. Sadəlik üçün ilk növbədə düzxətli bərabərsürətli hərəkətə nəzər salaq. Cisim A nöqtəsindən B nöqtəsinə hərəkət edir. A-dan B-yə düz xətt boyunca hərəkət zamanı cızdığı xətt onun trayektoriyası adlanır. İki nöqtə arasında trayektoriya hissəsinin uzunluğu qət edilən yoldur. Sürət anlayışını daxil edirik: v = s/t; v - sürət, s – gedilən yol – məsafə, t – sərf olunan zamandır.

Fəlsəfi yanaşma. Elmi informasiyadan keçək fəlsəfi müstəviyə. Fikrimizin izahı üçün bir fəlsəfi yanaşma ilə kifayətlənirik. Cisim A nöqtəsindən B nöqtəsinə gəldi.Demək, gəlmək üçün ilk növbədə getmək lazımdır. Yəni cisim B nöqtəsinə gəlib çatmazdan öncə A nöqtəsindən getməli idi.

Bədii təfəkkür vasitəsilə bunu belə ifadə edə bilərik: bütün gəlişlər gedişdir öncə. Bu ifadə mövzu ilə bağlı həm elmi informasiyadan, həm də fəlsəfi təfəkkürdən bədii ifadə vasitəsi olaraq istifadə texnikasına göstərilən nümunələrdən biridir.

Beləliklə, hərəkətlə bağlı və ya hərəkət anlayışından istifadə etməklə intellektual bədii mətn yaratmaq üçün qurulan modeldən (Eİ – FD – BT) istifadə oluna bilər: elmi informasiya – fizika elminin hərəkət barədə verdiyi məlumat; fəlsəfi düşüncə– hərəkət anlayışına fəlsəfi yanaşma və bədii təfəkkür – hərəkət anlayışına elmi-fəlsəfi yanaşma nəticəsində alınan mənaların bədii mətndə ifadə olunması.

Gedir: X-ci ildə doğulub
Qatar
vaqonlardan ibarətdir,
vaqon adamlardan,
bir də pəncərələrdən.

Vaqondakı pəncərələr
daha çox göz və əllər deməkdir;
göz və əllərdən
ibarət olur adamlar
ayrılıqlar gəldiyi zaman.

Gedər, qatarlar gedər.
Qalar, ayrılıqlar qalar
qatarların getdiyi yerdə.
Vağzallar
ayrılıq yeri deyil ki təkcə,
görüş yeridir həm də.

Gələr, qatarlar gələr.
Qalar, ayrılıqlar qalar
qatarların gəldiyi yerdə.

Hər ayrılıq bir görüş,
hər görüş bir ayrılıq nöqtəsi;
hər nöqtə
son və başlanğıcın sığındığı yer.

A nöqtəsindən B nöqtəsinə gəldi,
B nöqtəsindən C nöqtəsinə getdi.
“Gəldi” və “getdi”lər
parça-parça doğrayar yolları;
ayrılıq – kəsilən yeri yolların.

A nöqtəsindən B nöqtəsinə gəldi –
elə A nöqtəsindən getdi deməkdi;
bütün gəlişlər gedişdi öncə.

Gedir beləcə hər şey:
bəzisi sürətlə, bəzisi asta.
Bəzisi tərpənmir – gedir amma.

Gedir o ağac,
gedir
o ağacın yanındakı o ev,
gedir
o evin içindəki
o masa, o şkaf, o çarpayı.

Çarpayıda
illərdi yataq xəstəsi:
baxıb ümidsiz-ümidsiz
“gedirəm” – dedi.

O – nə vaxtsa yaraşıqlı –
səyahət etməyi sevərdi qatarlarda,
indi – ümidsiz xəstə;
X-ci ildə “gəlib” dünyaya.

Zenon paradoksları

İndi isə hərəkət barədə qədim yunan fillosoflarının köməyi ilə fərqli və bir qədər də gözlənilməz fikirlərlə tanış olaq. Amma bu fikirlər fərqli və gözlənilməz olduğu qədər də ağlabatandır. Bu fikirlər nə qədər məntiqli olsa da, həyatda şahidi olduqlarımızla heç cür uzlaşmır. Fəlsəfi həqiqət gerçəkliyi üstələyir, yoxsa gerçəklik fəlsəfi həqiqəti? – gəlin, əvvəlcə hərəkət barədə bəzi fikirlərlə tanış olaq, sonra mülahizələrimizə meydan verək.

Parmenidə görə, varlıqda hərəkət yoxdur. O, hesab edirdi ki, varlıqlar tamdır, bütövdür və onlar hissələrə bölünmür. Əgər varlıq hissələrə bölünərsə, onda hissələrin özlərinin də hissələri olacaq. Eyni zamanda həmin hissələrin də hissələri olacaq və s. Hər bir hissə sonsuz hissələrdən təşkil olunacaq və beləliklə, bütün hissələr bir-birinə və varlığın özünə bərabər olacaqdır. Deməli, hər bir kəsim içində olduğu kəsimin özü boyda olacaq. Bu isə məntiqə ziddir. Yəni varlıq hissəsizdir. Hərəkət üçünsə ən azı iki nöqtə lazımdır. Varlıqsa təkcə bir nöqtədir və nöqtədə isə tərpənişə yer yoxdur.

Eleyli Zenon öz müəllimi Parmenidi müdafiə edir: varlıqda hərəkət və çoxluq mövcud deyil. Hərəkəti və çoxluğu qəbul etmək həllolunmaz ziddiyətlərlə nəticələnir.

Onun öz fikrini əsaslandırdığı iki mülahizəsi ilə tanış olaq. Yunan dilində bu paradokslara aporiyalar deyilir:

Birinci aporiya – dixiotomiya (yarıyabölmə). Bir nöqtədən digər bir nöqtəyə çatmaq üçün əvvəlcə yolun yarısını qət etmək lazımdır. Amma əvvəlcə yolun yarısının da yarısını keçmək lazımdır. Bundan da əvvəl yarısının yarısının da yarısını keçmək lazımdır və s. Beləliklə, bir nöqtədən digər nöqtəyə gedib çatmaq üçün sonsuz belə hərəkət tələb olunur və nəticə etibarilə heç bir hərəkət baş vermir.

(ardı var)

Əli Şirin ŞÜKÜRLÜ,
riyaziyyat üzrə fəlsəfə doktoru, şair-esseist

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:52
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Avqust 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri