Icma.az
close
up
RU
Qərb arxitekturası dağılır: Hər şey sıfırdan yenilənməlidir

Qərb arxitekturası dağılır: Hər şey sıfırdan yenilənməlidir

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Prezident Donald Trampın xarici siyasət doktrinası ABŞ-ın müharibədən sonrakı dövrdə formalaşdırdığı “Pax Americana” (Amerika sülhü)  yəni Amerikanın liderliyi və qlobal təhlükəsizlik təminatına əsaslanan ideoloji sistemdən faktiki imtinası ilə xarakterizə olunur. Onun yerinə “America First” (Amerika Birinci) və “Make America Great Again” (Amerikanı yenidən böyük edin - MAGA) şüarları əsasında milli maraqlara əsaslanan praqmatik və sərt bir doktrina irəli sürülüb.

Bu yanaşmanın əsas fərqi ondadır ki, Tramp dövründə əməliyyat və ticarət məntiqinə əsaslanan siyasət yalnız prezidentin fərdi davranış tərzi kimi qalmadı, ABŞ-ın beynəlxalq arenadakı rəsmi və institusional strategiyasına çevrildi. Beləliklə, ilk dəfə olaraq Amerikanın xarici siyasəti dəyərlər və alyanslar üzərində deyil, maddi fayda, iqtisadi dividendlər və təhlükəsizlik yükünün yenidən bölüşdürülməsi prinsipi ilə formalaşmağa başladı.

MAGA doktrinasının mahiyyəti: təhlükəsizlik qarşılığında iqtisadi öhdəliklər

MAGA şüarından ilhamlanan Tramp administrasiyası Amerikanın üstünlüyünü qorumaq üçün iki əsas aləti ön plana çıxardı: Birincisi, iqtisadi və ticarət təzyiqləri, ikincisi isə hərbi çəkindirmənin maliyyə yükünün müttəfiqlərin üzərinə qoyulmasıdır. Bu mənada milli maraqlar ideoloji prinsiplərdən üstün tutulur və xarici siyasət birbaşa iqtisadi qazanca endirilir. ABŞ-ın təhlükəsizlik zəmanətləri artıq “müttəfiqlik borcu” deyil, ödənişli xidmət kimi təqdim olunur.

Ukrayna münaqişəsi fonunda NATO-nun Avropa ölkələrinin ABŞ-dan şist nefti və qazı almağa, Amerika iqtisadiyyatına investisiya qoymağa hazır olduqlarını bəyan etməsi, MAGA doktrinasının praktik nəticəsi kimi ortaya çıxır. Bu öhdəliklərin konkret mexanizmləri və sektorları hələ də qeyri-müəyyəndir, lakin Vaşinqton üçün əsas məqsəd aydındır. Yəni təhlükəsizlik qarşılığında iqtisadi üstünlüyü əldə etmək. Biz Trampın xarici siyasətində təkcə Avropa ölkələrinə deyil, digər ölkələrə qarşı siaysətindən də açıq-aydın şəkildə müşahidə edirik. Trampın xarici ölkələrlə siyasətinin ana xəttini iqtisadi maraqlar təşkil edir. 

“Pax Americana”nın sonu və Qərb arxitekturasının dağılması

İkinci Dünya müharibəsindən sonrakı qlobal arxitektura istər hərbi-siyasi, istər ticarət-iqtisadi, istərsə də maliyyə-pul sistemi olsun artıq institusional tükənmə mərhələsinə çatıb. “Pax Americana”nın faktiki tənəzzülü onun rəsmi şəkildə etiraf olunmasından daha sürətlə gedir.

Amerikalıların uzun illər məcbur olduqları qeyri-effektiv əməkdaşlıq mexanizmlərindən çıxmaq cəhdi bu gün institusional yerdəyişmə ilə müşayiət olunur. Nəticədə MAGA layihəsi Vaşinqtonda artıq təkcə ABŞ-ın deyil, “kollektiv Qərb”in yenidən formatlanması kimi qəbul edilir. Bu prosesin nəticəsi olaraq Avropa Birliyində sənayeləşmənin azalması və strateji zəifləmə ilə müşahidə olunur. Bu mənada, proses Köhnə Avropanın tarixi missiyasını başa vurduğu fikri getdikcə daha çox səsləndirilir.

ABŞ Avropa arasındakı çat getdikcə dərinləşir

ABŞ-la Avropa arasındakı dərin fikir ayrılıqları artıq açıq şəkildə etiraf olunur. Almaniya kansleri Fridrix Merz Xristian Sosial Birliyinin (XSS) qurultayında çıxış edərək bildirib ki, Avropa üçün “Pax Americana” dövrü başa çatıb: “Pax Americana” onillikləri bizim üçün bitdi. Nostalji kömək etməyəcək. Bu, faktdır!”

Merz vurğulayıb ki, ABŞ bu gün öz maraqlarını əvvəlkindən daha israrla müdafiə edir və bu, Avropanı öz müdafiə və strateji imkanlarını yenidən qurmağa məcbur edir. Hələ bundan bir müddət öncə alman kansler Fridrix Merz bildirib ki, son 80 ildə Qərbin, son 35 ildə isə Şərqin şahidi olduğu dünya sistemi artıq keçmişdə qalıb.

Kanslerin “Almaniya sıfırdan yenilənməlidir” ifadəsi Avropanın mövcud modelinin dərin böhran içində olduğunun açıq etirafıdır.

Ukrayna müharibəsi və yeni dünya nizamının sınağı

ABŞ Ukrayna müharibəsinə də məhz “America First” və MAGA doktrinası prizmasından yanaşır. Vaşinqton üçün əsas prioritet isə münaqişənin Amerikanın iqtisadi və geosiyasi üstünlüyünə xidmət etməsi, Avropanın isə bu prosesdə daha çox məsuliyyət daşımasıdır.

Avropa isə bu xəttə müqavimət göstərməyə çalışır. Bir tərəfdən Ağ Evi bu siyasətin Avropanın milli maraqlarına zidd olduğuna inandırmaq istəyir, digər tərəfdən isə öz gələcək siyasi, iqtisadi və təhlükəsizlik modelini formalaşdırmağa çalışır. NATO baş katibi Mark Rüttenin Avropanın təhlükəsizliyini gücləndirməklə bağlı çağırışları da bu strategiyanın tərkib hissəsidir.

Rusiya-Ukrayna müharibəsi bu prosesdə açar rolunu oynayacaq

Prosesin necə yekunlaşacağını indidən demək çətindir. Ağ Evin MAGA əsaslı planlarının taleyi böyük ölçüdə Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olacaq. Əgər Donald Tramp bu münaqişəni öz şərtləri ilə həll etməyə nail olarsa, ABŞ-ı yenidən yeganə qlobal supergüc kimi təqdim edərək bu doktrinanı daha inamla irəli apara bilər. Əks halda isə dünya sürətlə çoxqütblü, qeyri-sabit və yeni qaydaları hələ formalaşmamış bir beynəlxalq sistemə doğru hərəkət edəcək. Bu isə artıq təkcə Amerikanın deyil, bütövlükdə Qərbin gələcəyini sual altına qoyur.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Dekabr 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see285

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see226

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see210

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see183

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see169

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see163

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see157

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see141

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see135

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see134

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri