Icma.az
close
up
RU
Hər şey cəbhə üçün, hər şey qələbə üçün...

Hər şey cəbhə üçün, hər şey qələbə üçün...

Yeniazerbaycan saytından alınan məlumata görə, Icma.az bildirir.

İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 81-ci ildönümü tamam olur

Müharibələr ölüm-itim, qan-qada, səfalət, aclıq, həyatların yarımçıq kəsilməsi, doğmaların bir-birilərindən ayrılması deməkdir. Bəşəriyyət belə böyük faciələrdən biri ilə 1941-1945-ci illəri əhatə edən İkinci Dünya müharibəsində üz-üzə qalıb.  Həmin müharibə barədə statistika dəhşət saçır. 60-dan çox dövlət, 1.700 milyon insan - dünya əhalisinin dörddə üçü - bu müharibəyə qatılıb. Döyüşlər təxminən 40 ölkənin ərazisində gedib. Müharibə 50 milyon insanın həyatını alıb, təxminən 100 milyon insan yaralanıb və yaxud bu və ya digər dərəcədə əlillik qazanıb.

Azərbaycanın da daxil olduğu keçmiş SSRİ İkinci Dünya müharibəsində 30 milyon nəfər itki verib. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb və bununla da İkinci Dünya müharibəsi faşizm üzərində qələbə ilə başa çatıb. Bu gün İkinci Dünya müharibəsində qələbənin 81-ci ildönümüdür.

Qafqazdan Berlinə qədər keçilən şərəfli döyüş yolu

İkinci Dünya müharibəsində döyüşlər respublikamızdan uzaqlarda gedib. Ancaq Prezident İlham Əliyevin bildirdiyi kimi,  Azərbaycan bizim ümumi qələbəmizə sanballı töhfə verib. Buna görə də respublikamızda da Qələbə günü yüksək səviyyədə qeyd olunur.

Müxtəlif arxivlərdə Azərbaycanın İkinci Dünya müharibəsində fəal iştirakını təsdiqləyən çoxlu materiallar var. Eyni zamanda, veteranlarımız qanlı döyüş səhnələrinin canlı şahidləridirlər. Müharibənin elə ilk günlərindən bütün Azərbaycan cəmiyyəti faşizmə qarşı mübarizəyə köklənib. Müharibə illərində Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılıb. Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanıb. Respublikamızı təmsil edən diviziyalar Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçərək düşmənə sarsıdıcı zərbələr vurublar. Həmvətənlərimizin  130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. Azərbaycandan olan 170 min əsgər və zabit keçmiş SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunub. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni qəhrəmanlıq səhifələri yazıblar...

Arxa cəbhənin böyük fədakarlığı

İkinci Dünya müharibəsi illərində ön xətdən uzaqda yerləşən şəhər və kəndlərin sakinləri - əsasən qadınlar, qocalar, uşaqlar, əlillər gecə-gündüz “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarı ilə çalışırdılar. Respublikamızda da arxa cəbhənin fədakarlığı ən yüksək səviyyədə olub. Azərbaycanın da daxil olduğu keçmiş SSRİ-yə qarşı ildırımsürətli müharibə planı hazırlanmışdı. Müharibənin ilk illərində ittifaqın bir sıra şəhərləri və oradakı müəssisələr, o cümlədən də silah-sursat zavodları işğal altında qalmışdı. Belə şəraitdə respublikamızdakı sənaye müəssisələri gecə-gündüz fəaliyyət göstərərək cəbhə üçün zəruri olan müxtəlif məhsullar, həmçinin silah istehsal etməyə başlamışdı. Müharibə illərində Azərbaycan cəbhənin yanacaqla ən mühüm təchizatçısı olub. Faşist Almaniyasının ən mühüm planlarından biri məhz Bakını tutmaq idi. Təsadüfi deyil ki, Hitlerə təqdim edilən bayram tortunun üzərində “Xəzər dənizi” sözləri yazılmışdı. Əgər neft Bakısı işğala məruz qalsa idi, müharibənin yekunu tamam fərqli ola bilərdi.

Respublikamızda qısa müddətdə iqtisadiyyatı cəbhəyə xidmət istiqamətinə yönəltmək məqsədi ilə böyük işlər aparılıb. Bakı, sözün əsl mənasında, döyüşən ordu üçün silah-sursat istehsalı mərkəzinə çevrilib. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz qəhrəmanlıq və fədakarlıq göstərib, cəbhəni və sənayeni yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında aviasiya benzini alınmasının yeni texnologiyası yaradılıb. Neftçilərimizin fədakar əməyi sayəsində Azərbaycan tarixində neft hasilatı üzrə rekord göstərici əldə olunub. 1941-ci ildə respublikamızda 23,5 milyon ton “qara qızıl” çıxarılıb. Bu, SSRİ-də çıxarılan bütün neftin 71,4 faizini təşkil edirdi. Bütövlükdə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və digər neft məhsulları veriblər. Statistik məlumatda bildirilir ki, müharibə illərində keçmiş ittifaqda hər beş təyyarədən, tankdan və avtomobildən dördü Bakıdan göndərilən yanacaqla işləyib.

Heç kəs unudulmur, heç nə yaddan çıxmır

Azərbaycanın müstəqilliyinin ilk illərində respublikamızda 9 May - Qələbə Gününə münasibət tamam fərqli idi. O dövrdə qeyri-legitim yolla hakimiyyətə gələn AXC-”Müsavat” cütlüyü 9 May - Qələbə Gününün bayram təqvimindən silinməsinə cəhdlər edirdi. Təəssüf doğuran haldır ki, həmin dövrdə müharibə veteranları mənəvi terrora məruz qalırdı, kütləvi informasiya vasitələrində onlara qarşı qəddar kampaniya aparılırdı. Yalnız ulu öndər Heydər Əliyev 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə gəldikdən sonar 9 May - Qələbə Günü bayram təqvimində bərpa olundu. O vaxtdan həmin gün respublikamızda dövlət bayramı kimi qeyd olunur.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənə sonrakı mərhələdə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Hər il ölkəmizdə veteranlar üçün mükafatlar ayrılır, onların problemləri həll olunur. Prezident İlham Əliyev Qələbənin 81-ci ildönümü ərəfəsində 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb. Bəhs olunan Sərəncam müvafiq kateqoriyadan olan vətəndaşların daim yüksək diqqət və qayğı ilə əhatə olunduqlarını bir daha təsdiqləyir.

Bəli, heç kim unudulmur və heç nə yaddan çıxmır. Dövlət başçısının imzaladığı Sərəncama əsasən, 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə 2750 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 1500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi qərara alınıb. Bunun üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 09 May 2026 08:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see695

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see422

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see227

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see209

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see201

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see198

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see196

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see191

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see175

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see174

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see159

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri