Icma.az
close
up
RU
Qərb diplomatlarının növbəti ucuz “şousu”

Qərb diplomatlarının növbəti ucuz “şousu”

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

XİN: Məhkəmə proseslərinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir

Hazırda beynəlxalq münasibətlər sistemində dərin böhran mövcuddur. Bu gün dünyada beynəlxalq nizam pozulub, beynəlxalq hüquq normaları işləmir. Belə olan halda bir sıra hegemon dövlətlər digər xalqlara münasibətdə  öz maraqları baxımından yanaşırlar. Qərbin və onun təsir dairəsində olan beynəlxalq təşkilatların geosiyasi ambisiyalara söykənən maraqları da dünyada ciddi təhdidlər yaradır. Həmin dairələrin yanaşmasında özünü göstərən başlıca tendensiyalardan biri də ikili standartlara əsaslanan mövqedir.

İkili standartların növbəti nümunəsi

Məlumdur ki, ərazi bütövlüyünü və suverenliyini öz gücünə bərpa edən Azərbaycan dövləti Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Bu amil, həm də dövlətimizin beynəlxalq münasibətlər sistemində nüfuzunu və mövqelərini gücləndirir. Təəssüf doğruran hal odur ki, Azərbaycan BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Qərbin təsir dairəsində olan beynəlxalq təşkilatlar ölkəmizə qarşı aqressiv münasibət sərgiləyirlər ki, bu da ikili standartların və riyakarlığın pik həddidir. Xüsusilə, dünyanın miqyası baxımından ən böyük tədbiri olan COP29 ərəfəsində müxtəlif beynəlxalq təşkilatlar və ölkələr dəfələrlə ölkəmizə qarşı əsassız və qeyri-obyektiv qətnamələr qəbul edib.

Hazırda bu proses davam etməkdədir. Belə ki, dekabrın 4-də Avropa İttifaqının Bakıdakı nümayəndəliyi Böyük Britaniya və İsveçrə səfirlikləri ilə birlikdə Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş qəbul təşkil edib. Tədbirdə “hüquq müdafiəçiləri”, vətəndaş cəmiyyəti, media nümayəndələri və s. iştirak ediblər. Bu diplomatik missiyaların rəhbərləri, eləcə də ABŞ səfiri öz çıxışlarında insan hüquqlarının təminatında vətəndaş cəmiyyətinin rolunun vacibliyini qeyd ediblər. Onlar həmçinin deyiblər ki, guya Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət noyabrda Bakıda keçirilən COP29 iqlim konfransı ilə bağlı gözləntilərin əksinə olaraq daha da “pisləşib”. Onlar “siyasi məhbusları” azad etməyə çağırıblar. Tədbirdə hətta Azərbaycanda “LGBT icması” ilə bağlı vəziyyətin “pisləşməsi” də dərin məyusluqla ifadə edilib.

Lakin Azərbaycan Xarici İşlər Nazirliyi bu iddiaları qəbul etməyib. Belə ki, nazirliyin “X” sosial şəbəkəsindəki hesabında qeyd olunub: “Dekabrın 4-də Bakıda keçirilən tədbir zamanı Avropa İttifaqı (Aİ), eləcə də ABŞ, Böyük Britaniya və İsveçrə səfirlərinin Azərbaycanda “jurnalistlər” və “siyasi fəallar”ın saxlanması ittihamı ilə bağlı mütəşəkkil müdaxilələrini qəti şəkildə rədd edirik. Bu bəyanatlar Azərbaycan məhkəmə sisteminin müstəqilliyinə açıq şəkildə zərbə vurmaq cəhdidir. Məhkəmə proseslərinə müdaxilə hüquqi dövlətin əsas prinsipi olan qanunun aliliyinə ziddir”.

Qərb müxtəlif bəhanələrlə təzyiq etməyə çalışır

Ümumiyyətlə, Azərbaycan özünün xarici siyasətində Qərblə və beynəlxalq təşkilatlarla da tərəfdaşlıq, bərabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmağa üstünlük verir. Lakin təəssüf ki, bu səmimi siyasət qarşı tərəfdən bəzən lazımınca qiymətləndirilmir.

Avropa İttifaqı və sözügedən dövlətlər 30 il Azərbaycana qarşı işğalçı siyasət yürütmüş və xalqımıza qarşı çoxsaylı müharibə cinayət törətmiş Ermənistana qarşı heç bir addım atmayıblar. Əksinə, işğalçı ölkənin  baş nazirinin Avropa Parlamentinin toplantısına dəvət edilməsi, “təntənəli” qarşılanması və onun tribunasından çıxış etməsi sadəcə ikili standartların deyil, riyakarlığın zirvəsi hesab etmək olar. ABŞ Konqresində, Niderland parlamentində də dəfələrlə ölkəmizə qarşı əsassız və qeyri-obyektiv müzakirələr aparılıb, sənədlər qəbul edilib. O cümlədən, işğalçı Ermənistana qarşı indiyə kimi heç bir sənəd qəbul etməyən AŞPA bu ilin yanvarında müxtəlif bəhanələrlə  Azərbaycan nümayəndə heyətini səs hüququndan məhrum etmək haqqında qərar qəbul edib. Eləcə də, ATƏT və  BMT  kimi beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasəti ilə əlaqədar ikili standartlardan çıxış edib, prinsipial mövqe nümayiş etdirməyib.

Əlbəttə ki, belə faktların sayını kifayət qədər artırmaq olar. Amma bir reallıq dəyişməzdir ki, Azərbaycan hər zaman ikili standartlara qarşı etiraz səsini ucaldıb.  Bu gün Azərbaycan güclü dövlət olaraq müstəqil siyasətini davam etdirir. Hansısa beynəlxalq təşkilatların, dövlətlərin ikili standartları və qərəzli mövqeyi Azərbaycanın haqlı və ədalətli siyasətinə təsir edə bilməz. Bu mənada Avropa İttifaqının Bakıdakı nümayəndəliyində keçirilən tədbirdə Qərb ölkələrinin diplomatlarının Azərbaycanı tənqid etməsinin heç bir əsası yoxdur.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Dekabr 2024 10:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see212

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see177

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see142

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri