Icma.az
close
up
RU
Əli Kərimlinin növbəti mitinq şousu

Əli Kərimlinin növbəti mitinq şousu

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Azərbaycan hüquqi dövlət olduğu üçün etiraz aksiyalarının, mitinqlərin və biketlərin keçirilməsi son dərəcə normaldır”. 

Bu sözləri Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədr müavini Niyaməddin Orduxanlı “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, indiyə qədər ölkəmizdə yüzlərlə, minlərlə mitinqlər keçirilib: 

“Lakin bu gün mitinqlər effektiv deyil. Artıq elə bir mərhələyə gəlib çatmışıq ki, mitinq vasitəsi ilə nəyəsə nail olmaq qeyri-mümkündür. Üstəlik, etiraz aksiyalarına kütləvi dəstək də olmur. Ən vacib faktor isə mitinqi kimin çağırmasıdır. Məsələn, yenə də mitinq çağırışı edən Əli Kərimli insanların gözündə ciddi fiqur deyil”. 

Həmsöhbətimiz qeyd edib ki, Əli Kərimli Azərbaycanın ictimai-siyasi tarixində mənfi obraz kimi yadda qalıb: 

“O, hər zaman dövlətə və milli maraqlara qarşı çıxıb. Əli Kərimli öz lideri Əbülfəz Elçibəyə belə xəyanət edib. Hətta ən yaxın çərçivəsindəki adamlara da xəyanət etməklə ad qazanıb. Onun bu xəyanətləri ömür boyu xatırlanacaq. 

Elçibəy haqqında ən böyük yaramazlığı edən, onun arxasınca işlər görən əsas adam da məhz Əli Kərimli olub. Üstəlik, bu adam 2020-ci ildəki 44 günlük Vətən müharibəsi dönəmində belə ölkəmiz əleyhinə fəaliyyət göstərib. Həmin vaxt iki partiya xaric Ali Baş Komandan İlham Əliyevə və əks-hücum əməliyyatına dəstək verildi. 

Beləliklə, xalq orduya çevrildi. Lakin iki partiya buna qarşı çıxdı. Onlardan biri də Əli Kərimlinin sədri olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) idi. Əli Kərimli nəinki bu bəyanata qoşulmadı, hətta əks-təbliğat aparmadı. O, birbaşa erməni diasporunun müharibənin əleyhinə apardığı təbliğatlara qoşuldu”. 

Niyaməddin Orduxanlı onu da xatırladıb ki, sözügedən dövrdə Azərbaycanın öz torpaqlarının bərpası və suverenliyi istiqamətində vətəndaş həmrəyliyi var idi: 

“Bütün xalq səfərbər idi. Yüzminlərlə insan səfərbərlik, döyüşə getmək üçün müraciət etdi. Siyasilər, partiyalar, QHT-lər, media mənsubları, sosial şəbəkələr, xüsusi xidmət orqanları, bütün nazirliklər və qurumlar səfərbər oldu. Belə bir zamanda Əli Kərimli bu müharibəni aparmağı xəyanət adlandırdı. 

O, hətta 10 noyabr üçtərəfli Bəyanatına imza atmağı da xəyanət saydı və rus qoşunlarının buradan çıxmayacağını iddia etdi. Lakin rus qoşunları vaxtından da əvvəl özləri Qarabağı tərk etdi. Həmçinin, bir güllə belə atılmadan Kəlbəcər, Laçın və Ağdamın qaytarılması çox mühüm hadisə idi.

Ali Baş Komandan bu baxımdan da çox böyük bir uğura imza atdı. Dövlətimizin başçısı həm döyüşsüz şəkildə əraziləri qaytarmağı diktə etdi, həm də Ermənistanı və onu himayə edən dövlətləri seçim qarşısında qoydu. Ancaq bu tarixi anların yaşandığı ərəfədə belə Əli Kərimli birgə həmrəylik nümayiş etdirmədi. 

Düşünürəm ki, zaman gələndə tarixçilər onun necə satqın mövqedə olduğunu bir daha ortaya çıxaracaqlar. Bu gün də onun necə bir xəyanətkar olduğunu hər kəs bilir”. 

Niyaməddin Orduxanlı Əli Kərimlinin 27 aprelə mitinq çağırışı etməsini də mənasız hərəkət adlandırıb:

“Belə bir adamın mitinq çağırışı etməsi özü absurddur. O, belə mənasız işlərlə məşğul olmaq əvəzinə, ətrafında olan insanların radikallıqdan uzaqlaşmasını təmin etməlidir. Lakin Əli Kərimli bunun əvəzinə mənasız çağırışlarla gündəmə gəlir. 

Reallıq budur ki, Əli Kərimlinin mitinqinin belə ciddi təsir imkanları yoxdur. Onun bu cür mitinq keçirməsi üçün çağırışı mənasız və yersizdir. Əlbəttə ki, bu adamın çağırışına heç bir əhəmiyyət verilməyəcək. Bu, sadəcə Əli Kərimlinin növbəti mitinq şousu təşkil etmək istəyidir. Lakin kimsə onun mitinq çağırışına dəstək verməyəcək”. 

Elmir
"Cebheinfo.az" 

Açar sözlər: Əli Kərimli Niyaməddin Orduxanlı mitinq

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:201
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Aprel 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see472

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see360

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see301

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see299

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see256

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see253

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see253

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see243

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see233

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see233

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see230

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see226

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see222

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see217

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see209

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see208

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see198

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see198

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see194

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri