Icma.az
close
up
RU
Qərb Gürcüstanda uduzsa, Ukraynada geri çəkilsə... Yeni geopolitik düzən yaranır

Qərb Gürcüstanda uduzsa, Ukraynada geri çəkilsə... Yeni geopolitik düzən yaranır

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son illər Qərbin Qafqazda eləcə də Ukraynada aktivləşməyə çalışdığının şahidi oluruq. Rusiya-Ukrayna müharibəsi fonunda Qərb ölkələri başda da ABŞ olmaqla əsas hədəf kimi Rusiyanın zəiflədilməsi yolunu seçiblər. Məlum olduğu kimi bu yolla Kremli sıxışdırıb bölgədən çıxartmaq, əvəzində öz mövqelərini gücləndirməkdə maraqlı görünürlər.

Digər məsələ isə Gürcüstanda gedən proseslərdir. Parlament seçkilərinin nəticələrinə etiraz olaraq başlayan aksiyalarda Qərbin dəstəyi də istisna edilmir.

Qərb Gürcüstanda uduzsa, Ukrayna müharibəsində məğlub olsa, post sovet məkanından tamamən çıxacaqmı? Bu, onun mövqeyində hansı izləri buraxacaq?

Globalinfo.az-a danışan politoloq Sultan Zahidov deyib ki, Qərbin post sovet məkanından tamamilə çıxacağı gözlənilmir:

“Ukrayna müharibəsində məğlubiyyət, Gürcüstandakı proseslərin Qərbin maraqları kontekstində inkişaf etməməsi post sovet məkanında möhkəmlənməsi məsələsini xeyli uzadacaq. Amma bu, tamamilə çıxmaq anlamına gəlmir. Çünki Ukraynada müharibə hələ də davam edir, Gürcüstanda hakimiyyət Qərbyönümlü olmasa da küçələrdə davam edən etirazların hansı sonluqla bitəcəyini proqnozlaşdırmaq mümkün deyil. ABŞ-da Donald Trampın hakimiyyətə gəlişi ilə Ukraynada müvəqqəti status-kvo saxlanıla bilər. İntensiv döyüşlər getməyəcək, amma münaqişəli vəziyyət davam edəcək”.

Sultan Zahidov

Politoloqun sözlərinə görə, Qərb və Ukrayna belə halda məğlubiyyətini qəbul etməyəcəklər:

“Qərb və ABŞ üçün post sovet məkanının xüsusi əhəmiyyəti var. Çünki regionda ABŞ-ın əsas geosiyasi rəqiblərindən olan Rusiya yerləşir. 1997-ci ildə Zbiqnev Kazimierz Bzezinskinin “Böyük şahmat taxtası” əsərində qeyd olunurdu ki, Amerika Avrasiyada möhkəmlənmək üçün ilk növbədə strateji əhəmiyyətli yerlərdə, keçmiş sovet ərazilərində, Ukraynada, Mərkəzi Asiya və Qafqazda öz təsir dairəsini genişləndirməlidir. Bu gün Amerika üstündən 27 ildən çox vaxt keçməsinə baxmayaraq bu strategiyaya sadiqdir. Rusiya-Ukrayna müharibəsi Qərb üçün yeni imkanlar açıb. Rusiyanın Ukraynada başı qarışmışkən Qərb post sovet məkanında daha da möhkəmlənməyə çalışmaqdadır.

Ukrayna müharibəsinə qədər Qafqazda aktiv olmayan Amerika birdən-birə Azərbaycan-Ermənistan sülh prosesində vasitəçiliyini təmin etdi, Vaşinqton platformasında görüşlər keçirildi. Bunlar böyük planın tərkib hissələridir”.

Sultan Zahidov qeyd edir ki, sözügedən planın əsasında Rusiyanın zəiflədilməsi dayanır:

“Bu baxımdan Qərbin Avrasiya və post sovet məkanından çıxmaq ehtimalı yoxdur. Tramp bu bölgələrdə əvvəlki aktivliyini azalda bilər. Əsas hədəfi Çin, Yaxın Şərq istiqamətində yönləndirə bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Dekabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see464

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see286

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see214

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see206

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see202

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see199

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see184

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see169

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see155

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see147

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see147

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see144

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see139

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see139

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see138

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri