Icma.az
close
up
RU
Qərb Gürcüstanda etimadı itirir

Qərb Gürcüstanda etimadı itirir

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Radikal müxalifətin zorakılıq resursu isə sıfıra endirilib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqı (Aİ) xarici işlər nazirlərinin diplomatik pasport sahibləri üçün viza rejiminin tətbiqi barədə qəbul etdiyi qərarını anti-Gürcüstan addım adlandırıb. Baş nazir bu barədə dünən keçirdiyi brifinqdə bildirib: “Bu qərar gürcü cəmiyyətində Avropa strukturlarına olan etimadı sarsıdan anti-Gürcüstan addım kimi qiymətləndirilə bilər”.

Baş nazir iclasda gürcü xalqının maraqlarını müdafiə edən Macarıstan, Slovakiya, İtaliya, İspaniya və Rumıniyanın xarici işlər nazirlərinə təşəkkür edib. “Onlar Avropa İttifaqı Şurasında gürcü xalqının maraqlarını müdafiə ediblər... Bizdə 5 ölkə ilə bağlı konkret məlumat var. Sanksiyaya qarşı çıxan ölkələrin siyahısı daha genişdir. Bu da bizim üçün çox vacibdir. Biz gürcü xalqını dəstəkləyən bütün ölkələrlə məsləhətləşmələri davam etdirəcəyik”. 

Hökumət başçısı müxalifətin etiraz aksiyalarına da toxunub: “Hər şey bitdi, radikal müxalifətin zorakılıq resursu sıfıra endirilib. Biz artıq dördüncü inqilab cəhdinin qarşısını almışıq. Dörd siyasi partiya və 10-dan çox varlı QHT-nin gücü ən çoxu 800 nəfərdir və onlar bundan artıq toplaya bilməzlər. Bitdi! “Finita la commedia” italyanların dediyi kimi”.  Onun sözlərinə görə, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası radikal müxalifətin ölkədə dördüncü dəfə inqilab cəhdinin qarşısını aldı.

Gürcüstanın baş naziri İrakli Kobaxidze ölkənin hazırkı prezidenti Salome Zurabişvilinin dekabrın 29-da postunu tərk edəcəyini bildirib. “Bir ölkədə üç de-fakto prezident ola bilməz. Salome Zurabişvili özünü Abxaziya və Cənubi Osetiya prezidentləri ilə eyniləşdirir. Biz, sadəcə olaraq, bunu ciddi qəbul edə bilmərik. Dekabrın 29-da Zurabişvili öz postunu tərk etməli olacaq və onun yerinə seçilmiş Prezident Mixail Kavelaşvili gələcək. Salome Zurabişvilinin bəyanatı ilə bağlı hər hansı fəsadın olacağını düşünmürəm. Zənnimcə, o bunu edəcək. Hər hansı çətinlik gözlənilmir”, – deyə Kobaxidze bildirib.

Qeyd edək ki, Salome Zurabişvili parlamentin və prezident seçkisinin legitimliyini tanımadığını, bu səbəbdən prezident səlahiyyətinin yeni prezidentin andiçməsinin keçiriləcəyi 29 dekabrdan sonra da davam edəcəyini bəyan edib.

Bu arada, Birləşmiş Ştatlar Gürcüstana  qarşı əlavə sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib. Onun sözlərinə görə, Vaşinqton Gürcüstanda demokratiyanın vəziyyətindən və bu demokratiyaya zərbə vuran “Gürcü arzusu” partiyasının hərəkətlərindən “son dərəcə narahatdır”.

 Dövlət Departamenti bundan əvvəl Gürcüstanın 20 vətəndaşına qarşı viza məhdudiyyəti tətbiq etdiyini açıqlamışdı. Siyahıda adlar çəkilməsə də, onların arasında nazirlər, millət vəkilləri və yüksək rütbəli təhlükəsizlik məmurlarının olduğu məlumdur.

PÜNHAN 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Dekabr 2024 00:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri