Icma.az
close
up
RU
Qərb Kiyevə silah dəstəyini gücləndirməlidir

Qərb Kiyevə silah dəstəyini gücləndirməlidir

Icma.az, Newscenter.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Rusiya Prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampa Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazır olduğunu bildirib. Bu barədə “Agence France-Presse” məlumat yayıb. Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov qeyd edib ki, Putin və Tramp danışıqlarda iştirak edən “Ukrayna və Rusiya tərəflərinin nümayəndələrinin səviyyəsinin yüksəldilməsi imkanlarını” müzakirə ediblər. ABŞ Prezidenti də öz növbəsində Ukrayna və Rusiya liderləri arasında görüşə hazırlıq barədə məlumat verib. Putinin Zelinski ilə görüşmək istəməsi olduqca müsbət siqnaldır və münaqişənin bitməsi ilə bağlı ümidləri artır. Lakin görüşün baş tutması üçün olduqca siyasi və diplomatik zəmin tələb edilir. Rusiya üçün görüşü uzatmaq bir neçə məqamdan önəmlidir. Moskvanın əsas niyyəti təcriddən çıxmaq və Qərbin ağır sanksiyalarını aradan qaldırmaqdır. Çünki bu sanksiyalar və təcridolunma siyasəti Rusiyanı olduqda çətin vəziyyətə salır. Digər önəmli bir məqam isə Qərbin Ukraynaya dəstəyini zəiflədib cəbhədə strateji üstünlüyü tamamilə ələ keçirməkdir. İndiyə kimi baş verənlər də onu göstərir ki, cəbhədə vəziyyət xeyrinə dəyişdikcə Rusiyanın tələbləri daha da sərtləşir. Buna görə də Moskva bu üsullarla vaxt qazanmaq istəyir. Başqa bir önəmli məsələ isə Putinin bu istəyini Tramp vasitəsi ilə çatdırmasıdır. Bu, Kremlin ABŞ-ın vasitəçi roluna razılıq verməklə, dialoqun daha çox nəzarətli və balanslı getməsini istədiyini göstərir. Baş tutacaq görüşə ümidlər böyük olsa da Ukrayna və Rusiya arasında ziddiyyətlər sadəcə iki liderin razılaşması ilə həll olunacaq qədər sadə deyil. Ərazi bütövlüyü, təhlükəsizlik zəmanətləri və müharibə cinayətləri kimi fundamental məsələlər ortadadır. Ancaq tərəflər görüşə real güzəştləri nəzərdə tutaraq getsələr əsir mübadiləsi, mülki əhalinin təhlükəsizliyi, taxıl sazişi kimi müəyyən razılaşmaların əldə edilməsi də mümkündür. Həmçinin ABŞ təzyiqi ilə sülhün ilkin mexanizmi barədə də razılığa gəlmək olar. Buna baxmayaraq, razılaşmaların Rusiyanın cəbhə bölgəsində üstünlük çərçivəsində əldə edilməsi çox da inandırıcı deyil. Qərb real sülh üçün ya Ukraynanı müəyyən ərazilərdən imtinaya məcbur etməlidir, yada Rusiyanı çəkindirmək üçün Kiyevə silah dəstəyini gücləndirməlidir. Əks halda görüş sadəcə Rusiyanın təcriddən çıxarılması və tərəflərin bir - birini ittiham edərək cəbhədə vəziyyəti daha da gərginləşməsinə səbəb olacaq.
Zeynal Əmrəliyev, politoloq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 21 Avqust 2025 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri