Icma.az
close
up
RU
Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı Nazir

Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı Nazir

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Bakıda keçirilmiş COP29 iqlim sammitində Çin inkişaf etmiş ölkələrin daha çox təşəbbüs göstərəcəyi təqdirdə iqlimə yardımı artırmağa hazır olduğunu bəyan edib. Buna baxmayaraq, sənaye cəhətdən inkişaf etmiş ölkələr tərəfindən razılaşdırılan 300 milyard dollarlıq ümumi məbləğ iqlim böhranı ilə mübarizə üçün minimum 500 milyard dollar tələb edən inkişaf etməkdə olan ölkələrin tənqidinə səbəb olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri və COP29-un prezidenti Muxtar Babayevin "Quardian"da dərc olunan məqaləsində qeyd olunur.

“İki həftəlik gərgin danışıqlardan sonra əldə edilən “Bakı irəliləyişi” inkişaf etmiş ölkələrin hökumətləri, çoxtərəfli inkişaf bankları və özəl sektordan maliyyə vəsaitlərini bir araya gətirdi. Bunun sayəsində bu il iqlim maliyyələşdirilməsi 1,3 trilyon dollara çatdırılacaq. Eyni zamanda, ən həssas ölkələrə kömək etmək üçün İtki və Zərər Fondu yaradılıb.

Əldə olunan razılaşmanın vacibliyinə baxmayaraq, onun şərtləri tənqidlərə səbəb olub. İnkişaf etməkdə olan ölkələr ilkin olaraq təklif olunan 250 milyard dolları rədd ediblər və bu məbləği ədalətsiz, iqlim böhranı ilə mübarizə üçün yetərsiz hesab etdilər. Yalnız Azərbaycanın danışıqlar komandasının inandırıcı arqumentlərindən sonra və bəzi ölkələrin, o cümlədən Böyük Britaniyanın çevikliyi sayəsində məbləğ 300 milyard dollara çatdırıldı”, - məqalədə bildirilib.

M.Babayev razılaşmanın asan əldə olunmadığını vurğulayıb. O xatırladıb ki, danışıqlar iqlim maliyyələşdirilməsi və hesabatlılıq üzrə qlobal Şimal və Cənub arasında dərin uçurumun olduğunu nümayiş etdirib.

“COP29 həmçinin beynəlxalq karbon kvotaları ticarəti üçün qlobal strukturun yaradılmasını yekunlaşdırdı və bu, az inkişaf etmiş ölkələrə maliyyə cəlb etmək üçün yeni imkanlar açır. Amma sammit iştirakçıları razılaşdılar ki, hələ də ciddi problemlər qalmaqdadır, Bakıda qəbul edilən qərarlar iqlim dəyişikliyinə ədalətli və effektiv reaksiya üçün yalnız ilk addımdır.

Danışıqların növbəti mərhələsi 2025-ci ildə Braziliyanın Belem şəhərində baş tutacaq”, - məqalədə əlavə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 25 Noyabr 2024 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see229

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see225

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see221

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see211

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see186

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see184

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see179

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see175

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see172

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see160

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see158

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see155

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see155

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see149

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see148

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see147

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see145

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see144

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see143

Məşhur müğənni xərçəngə qalib gəldi FOTOLAR

24 Yanvar 2026 21:00see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri