Icma.az
close
up
RU
Qərb mövqeyini dəyişir

Qərb mövqeyini dəyişir

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukraynanın sülh “planları”nda güzəşt limiti...

İtaliya da müharibəni bitirmək arzusunda olanlara qoşuldu

2024-cü il sona yaxınlaşdıqca Qərbin Ukrayna - Rusiya müharibəsinə baxışı dəyişir. Dünənə qədər sülh çağırışları əsasən Şərqi Avropa ölkələrindən - Türkiyə, Macarıstan, Serbiya, Slovakiyadan səslənirdisə, artıq bu cərgə daha da “sıxlaşır”. Xüsusilə Almaniyanın prosesə aktiv şəkildə qoşulması və cəmisi bir neçə gün fasilə ilə həm Kremllə danışması, həm də Kiyevi ziyarət etməsi danışıqlar prosesi ilə bağlı ümidləri artırıb. Sülh prosesi demək olar ki, aktiv fazaya qədəm qoyur.

Təbii ki, bu məsələdə ABŞ-ın yeni prezidenti Donald Trampın mövqeyi əsaslı rol oynamaqdadır. Trampın yeni ildən Ukraynaya silah tədarükünün azaldılacağını, maliyyə yardımlarının minimuma endiriləcəyini və humanitar məqsəddən kənara çıxmayacağını deməsi Mərkəzi və Qərbi Avropanı da “hərəkətə” gətirib. Danışıqlar prosesinin formalaşmasına “məsul” edilmiş Almaniya kanslerinin G7 iclasında nümayiş etdirdiyi mövqe, üstəlik Ukraynanın NATO-ya qapılarının müvəqqəti də olsa “bağlanması” deyilənləri təsdiqləyir.

Romadan Kiyevə çağırış: Güzəştə getməlisən...

Yeri gəlmişkən, məsələ ilə bağlı münasibətini bildirən tərəflər “şərtsiz sülh danışıqları” formulunu önə çəkirlər. Bu isə onu deməyə əsas verir ki, artıq Ukrayna-Rusiya müharibəsi ilə bağlı beynəlxalq təzyiqlər artmaqdadır. Məsələn, İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tayani Ukraynanın sülhün təmin edilməsi məqsədilə müəyyən güzəştlərə getməli olduğunu bəyan edib. RAI-1 telekanalına verdiyi müsahibədə Tayani vəziyyətin daha da ağırlaşmasının qarşısını almaq üçün Ukraynanın diplomatik addımlar atmasının vacib olduğunu vurğulayıb. “Əgər ruslar irəliləməyə davam edərsə, Zelenski vəziyyətin daha da pisləşməsini istəmirsə, güzəştlərə getməli olacaq”, - deyə nazir qeyd edib.

Tayani həmçinin bildirib ki, müharibə sonsuzadək davam edə bilməz və tərəflər gec-tez masaya oturaraq hərbi əməliyyatlara son verməlidirlər. “Müharibə 2025-ci ildə, Zelenskinin də dediyi kimi başa çatmalıdır”, - deyə İtaliyanın baş nazir müavini əlavə edib.

İtaliyalı siyasətçinin bu mövqeyi isə Qərbin siyasi analitikləri tərəfindən son dövrlərdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı ən realist çıxış kimi dəyərləndirilib. Xarici mətbuat Tayaninin fikirlərinin “hər kəsin demək istəyib deyə bilmədiyi” sözlər olduğunu yazıb.

İlk təmasdan sonra...

Vurğulanmalıdır ki, iki ölkə arasında sülh prosesinin başlanması üçün ilk olaraq Türkiyə tərəfindən vasitəçilik təklif edilmişdi - hətta bu, müəyyən mənada baş vermişdi. Müharibənin başlamasından təxminən bir neçə gün sonra Türkiyənin Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə XİN rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirilmişdi - 1,5 saat davam edən görüş mühüm əhəmiyyət daşımaqla yanaşı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasındakı ilk canlı təmas kimi tarixə düşmüşdü.

Sonradan bir sıra dövlətlər oxşar cəhdlər etdilər - amma nəticə etibarı ilə sülh prosesi alınmadı. Təbii ki, burada Qərbin Ukraynanı silahlandırması və müharibəyə təhrik etməsi də mühüm rol oynadı.

Orban da daxil olmaqla...

İtaliyanın XİN başçısının fikirləri isə növbəti sülh çağırışı kimi yadda qaldı. Qeyd edək ki, bir neçə ölkənin rəsmi şəxsi Ukraynanı sülh üçün güzəşt etməyə çağırmışdı - hətta ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Mark Milley Ukraynanın müharibədə tam qələbə əldə etməsinin çətin olduğunu və soyuq müharibə mövsümündə danışıqlar üçün şərait yarana biləcəyini demişdi. O, bu məsələnin müzakirəyə açıq olduğunu vurğulayaraq Ukraynaya müvəqqəti güzəştlərə getməyin lazım ola biləcəyini bildirmişdi.

Eyni zamanda bəzi Avropa liderləri də Ukraynaya sülh danışıqlarına başlamağı təklif etmişdi - lakin, bu təkliflərə qarşı Ukrayna Prezidenti birmənalı olaraq reaksiya verərək, ölkəsinin təslimçiliyə getməyəcəyini, belə təkliflərin qəbulolunmazlığını bildirmişdi.

Macarıstanın Baş naziri Viktor Orban da Ukraynanı sülh üçün güzəşt etməyə çağırmışdı - Orban bir neçə dəfə bildirmişdi ki, Ukrayna və Rusiya arasında müharibə uzun müddət davam edə bilər və yaranan vəziyyət yalnız diplomatik yollarla həll olunmalıdır. Orban, həmçinin, Qərbin və NATO-nun siyasətlərinin müharibəni uzatma riskini artırdığını ifadə etmişdi. O əlavə etmişdi ki, bəzi hallarda Ukraynanın ərazi itkilərinə görə güzəşt etməsi belə lazım gələ bilər. Orbanın fikrincə, Ukraynanın Qərb tərəfindən dəstəklənməsi yaxşı niyyət olsa da, müharibənin daha da uzanması və daha çox insan itkisinə yol açması qlobal stabilliyə zərbədir. Macarıstan lideri bir neçə dəfə bu cür güzəştlərin müharibənin dayandırılmasına və sülhə gətirib çıxara biləcəyinə iaşrə etmişdi.

Orbanın da çağırışları Ukrayna rəhbərliyi tərəfindən qəbul edilməmişdi və Zelenski Ukraynanın ərazi bütövlüyünün bərpasının əsas şərt olduğunu vurğulamışdı.

6 ölkə Ukraynanı görmək istəmir...

İndiki halda isə situasiyanı soyuq başla dəyərləndirmənin vaxtı yetişib. Düzdür, “müharibə davam etsin” sxeminə riayət edən NATO-nun yeni rəhbəri Kiyevi nəyin bahasına olursa olsun alyansa qatmağı planlaşdırsa da, bu mümkün olmur -  bu halda NATO Ukraynada müharibənin başa çatdırılması üçün danışıqlar ssenarilərini nəzərdən keçirir. Hətta atəşkəs üçün təkliflərdən biri Avropa qüvvələrinin nəzarəti altında demilitarizasiya zonasının yaradılmasını nəzərdə tutur. Ukraynanın NATO-ya üzvlük məsələsi isə hələ də yekdilliklə dəstəklənmir. Hətta son olaraq Brüsselldə baş tutan NATO-nun xarici işlər nazirlərinin görüşündə iştirakçı ölkələr Ukraynanı alyansa dəvət etmək barədə razılığa gələ bilməyiblər. Ukraynanın üzvlüyünə qarşı olan ölkələr arasında Lüksemburq, Almaniya, Türkiyə, Slovakiya, Macarıstan və ABŞ yer alır. Onlar Rusiya ilə davam edən müharibənin bu imkanı istisna etdiyini bildiriblər....

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 06 Dekabr 2024 09:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see525

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see486

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see358

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see278

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see273

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see264

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see261

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see258

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see251

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see236

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see235

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see235

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see231

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see219

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see210

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see206

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see200

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see182

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see173

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri