Icma.az
close
up
RU
Menu

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

Bu meyvələrin qabığını yemək olarmı?

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Qərb mövqeyini dəyişməyə məhkumdur

Qərb mövqeyini dəyişməyə məhkumdur

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Azərbaycanın haqlı mövqeyi beynəlxalq aktorları düşünməyə məcbur edir

8 avqustda Vaşinqtonda Azərbaycan–Ermənistan–ABŞ üçtərəfli formatında sülh sənədinin paraflanması Cənubi Qafqaz diplomatiyasında uzun müddət ərzində Bayden–Blinken administrasiyasının, eləcə də Makron, Avropa İttifaqı, Avropa Şurası və Avropa Parlamentinin tətbiq etdiyi “Azərbaycanı güzəştlərə məcbur etmə” strategiyasının real siyasət qarşısında sınmasını nümayiş etdirir. Tarixi səfərin əhəmiyyəti təkcə sənədin paraflanmasında deyil, həm də regional güc balansının və diplomatik nüfuzun yenidən tənzimlənməsindədir.

Buradan sual ortaya çıxır ki, nə üçün illərlə davam edən siyasi və diplomatik təzyiqlər nəticə vermədi? Cavab sadə görünə bilər, amma əslində bu, strateji, hüquqi və regional kontekstlərin qarşılıqlı təsirinin nəticəsidir. 2020-ci ildən sonra yaranmış yeni güc balansı Azərbaycanın lehinə çevrildi. Balans yalnız hərbi üstünlükdən ibarət deyil; eyni zamanda Azərbaycanın hüquqi mövqeyi, beynəlxalq səviyyədə tanınmış sərhədlərə söykənən diplomatik arqumentləri və regional iqtisadi-geoiqtisadi marşrutlar üzərində strateji nəzarəti bu üstünlüyü möhkəmləndirdi.

“Məcburi diplomatiya”, yəni güc və təzyiq vasitəsi yalnız qarşı tərəfin siyasi iradəsi zəif olduqda effektiv olur. Azərbaycan isə qətiyyətini göstərərək beynəlxalq təzyiqin səmərəsiz olduğunu ortaya qoydu. Bu addım, sadəcə, daxili siyasətdə möhkəm durmaq deyil, həm də beynəlxalq arenada hüquqa əsaslanan mövqeyi qorumaq və strateji muxtariyyatını nümayiş etdirmək deməkdir. Prezident İlham Əliyevin geri çəkilməyən və prinsipial xətti burada kritik rol oynadı. Onun strategiyası “şərtlərin rasional paketləşdirilməsi” prinsipinə əsaslanır: sərhədlərin tanınması, konstitusional iddiaların aradan qaldırılması və qarşılıqlı suverenliyin təsdiqi kimi elementlər bir-biri ilə əlaqələndirilərək bütünlükdə diplomatik üstünlük yaratdı. Prezidentin bu strategiyası beynəlxalq aktorları yalnız normativ ritorikaya əsaslanan təzyiq modelindən faktlara və reallığa söykənən vasitəçilik modelinə keçməyə məcbur etdi.

Buradan belə nəticə çıxarmaq olar ki, diplomatiyada qətiyyət, hüquqi legitimlik və strateji resursların birgə istifadəsi təzyiq və manipulyasiyaya qarşı davamlı müdafiə mexanizmi yaradır. Azərbaycan nümunəsində görünür ki, yalnız güc nümayişi yox, həm də hüquqi əsaslı, ardıcıl və rasional siyasət təzyiqin səmərəsini neytrallaşdırır və beynəlxalq münasibətlərdə mövqeyi gücləndirir.

Burada açıq suret xətti görünür: təzyiqdən reallığın qəbuluna keçid. Dünən Bakıya “şərt dili” ilə yanaşanlar bu gün faktlarla danışmağa məcburdur. Belə bir nəticə isə həm Prezident İlham Əliyevin qətiyyətinin, həm də Azərbaycan diplomatiyasının ardıcıl strategiyasının uğurudur.

Bəs niyə prosesin kilidini açan məhz Ermənistan konstitusiyasıdır? Cavab aydındır: sülhün üç dayağı – güc balansı, hüquqi legitimlik və qarşılıqlı tanınma – bir-birilə sıx bağlıdır. Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların qalması sülhün legitimlik sütununu dağıdır və danışıqları kağız üzərində saxlayır. Konstitusiya düzəlişi yalnız formal hüquqi prosedur deyil, həm də Ermənistanın daxili siyasi iradəsinin və cəmiyyətin sülhə hazır olmasının testidir. Politoloji nəzəriyyədə bu, “iki səviyyəli oyun” adlanır: hökumət eyni vaxtda həm beynəlxalq masada, həm də daxildə auditoriya xərclərini idarə etməlidir.

Güc balansı və qətiyyət məsələsi də mühümdür. 2020-ci il tarixi Zəfərdən sonrakı mərhələdə Azərbaycan təhlükəsizlik arxitekturasını yenilədi, sərhəd idarəçiliyini gücləndirdi, reinteqrasiya və suveren nəzarəti möhkəmləndirdi. Qələbə həm daxildə, həm də beynəlxalq səviyyədə Azərbaycanın “qətiyyət” siqnalı oldu və xarici vasitəçiləri normativ təzyiq modelindən fakt-mərkəzli vasitəçilik modelinə keçməyə vadar etdi.

Normativ çərçivə də rolunu göstərir. BMT Nizamnaməsi və Helsinki Yekun Aktı kontekstində ərazi bütövlüyü məsələsi heç bir şəkildə pozulmasına icazə verilməyən ümumbəşəri hüquqi prinsipləri ifadə edir. İrəvanın daxili sənədindəki ziddiyyət beynəlxalq səviyyədə reputasiya və hüquqi uyğunsuzluq yaradır. Beləliklə, sülh yalnız Ermənistan Azərbaycanın ərazi bütövlüyünə zidd müddəalardan imtina etdikdə hüquqi legitimlik qazanır.

Prosesi daha dərindən açsaq, görünür ki, Qərbin “təzyiqin işləməməsi” təkcə diplomatik iradənin yoxluğundan deyil, həm də reallıq balansının dəyişməsindən qaynaqlanır. Strateji asılılıq yaratmaq üçün xarici aktorlar qarşı tərəfi müəyyən resurs və imkanlar üzərində asılı vəziyyətə gətirməlidirlər. Lakin enerji təhlükəsizliyi böhranı fonunda Avropanın qaz tədarükünü diversifikasiya etməsi Azərbaycanı birbaşa alternativ təchizatçı mövqeyinə çıxardı. Eyni zamanda, Orta Dəhliz infrastrukturu Azərbaycanı regional nəqliyyat və ticarət qovşağına çevirdi.

Belə bir şəraitdə Azərbaycan yalnız “təzyiq altında qalan tərəf” deyil, həm də “regional qaydaların müəyyənləşdiricisi” rolunu qazandı. Bu status diplomatik və iqtisadi müstəvidə digər aktorların normativ şərtlərdən çox, faktlarla müəyyən edilmiş reallıqları – sərhəd mövqelərini, nəqliyyat və enerji axınlarını, geoiqtisadi balansı – qiymətləndirməsinə səbəb oldu. Başqa sözlə, təzyiq vasitəsi səmərəsiz oldu, çünki qlobal aktorlar üçün daha dəyərli olan şey artıq “sabit tərəfdaşlıq və real imkanlar” idi, kağız üzərindəki normativ çağırışlar yox.

Mövcud vəziyyət həm də Azərbaycan diplomatiyasının “praktik realizm” strategiyasının nə qədər effektiv olduğunu göstərir: diplomatik diskursda təzyiqə cavab vermək əvəzinə, faktik mövqeyini möhkəmləndirməklə qlobal aktorların davranışını yönləndirdi.

Vaşinqton görüşündən sonra diplomatik qaydalar aydın şəkildə dəyişdi. Təzyiq və normativ preskriptivlik modeli fakt-mərkəzli fasilitasiyaya çevrildi. Sadə dildə desək, preskriptivlik modeli tərəflərə “belə etməlisiniz” deyən, qaydalar və təzyiq üzərində qurulmuş diplomatiyadır, fakt-mərkəzli fasilitasiya isə mövcud vəziyyətə, reallıqlara və tərəflərin maraqlarına baxaraq, onları dialoqa yönəldən, neytral və praktik vasitəçilikdir. 

Mövcud vəziyyət ABŞ və Avropa üçün reputasiya risklərini azaldır, eyni zamanda prosesin sahibliyini tərəflərə qaytarır. İrəvan üçün bu, “ev tapşırığı” deməkdir: Konstitusiya düzəlişlərini zamanında, aydın mətnlə və daxili konsensusla həyata keçirmək. Əks təqdirdə iki risk ortaya çıxır: birincisi, beynəlxalq skeptisizm və etimad itkisi; ikincisi, danışıqlarda Bakının sərtləşdirilmiş gündəm üçün əlavə arqument qazanmasıdır.

Bakı üçün isə bu, strateji menecmentdir: qələbə narrativini inklüziv regional gündəmə bağlamaq, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, iqtisadi-sosial layihələrin reallaşdırılması və humanitar etimad tədbirlərini təşviq etmək. Təbii ki, burada daxili müqavimət, hibrid informasiya riski və regional oyunçuların reaktivliyi kimi risklər mövcuddur, lakin şəffaf kommunikasiya, fakt-yönlü diplomatiya və paralel platformaların istifadəsi ilə idarə oluna bilər.

İmkan pəncərəsi də açıqdır. Enerji və nəqliyyat sinerjisi, məsələn, Cənub Qaz Dəhlizi və Orta Dəhliz Azərbaycanı regional “keçid qovşağı” mövqeyinə gətirir. Sərhədin hüquqiləşdirilməsi, delimitasiya və demarkasiya sülhün maddi zəmanətini təmin edir. Humanitar normallaşma isə etimad quruculuğu vasitəsilə sülhü cəmiyyətlərə “toxundurur”. Bu mərhələdə ən kritik məqam isə konstitusiya dəyişikliyidir.  Dəyişiklik sülh arxitekturasının daşıyıcı sütunudur. 

Beləliklə, Vaşinqton görüşü göstərdi ki, təzyiqin dili bitəndə real siyasət başlayır. Uzun müddətli siyasi və diplomatik təzyiqlərə, beynəlxalq mediada qarayaxma kampaniyalarına, sanksiya hədələrinə baxmayaraq, Prezident İlham Əliyevin geri addım atmayan strategiyası təzyiqi pragmatizmlə əvəzləməyə məcbur etdi. 

Şəbnəm ZEYNALOVA, 
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Avqust 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya real vəziyyəti hüquqi şəkildə rəsmiləşdirməyə çalışır

09 Sentyabr 2026 15:51see691

Səfir: İsrail Orta Dəhlizlə bağlı Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

09 Sentyabr 2026 19:08see287

Skalyozun ilkin əlamətləri nələrdir? Ortoped AÇIQLADI

09 Sentyabr 2026 15:22see283

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

09 Sentyabr 2026 15:28see269

Üçuşaqlı ailələrə real yardım üçün ilk növbədə valideynlər işlə təmin olunmalıdır Sosioloq

09 Sentyabr 2026 16:52see267

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see260

Məktəblilərdə xroniki ağrıların səbəbi nədir? Mütəxəssisdən XƏBƏRDARLIQ

09 Sentyabr 2026 15:12see254

2002 ci ildən bəri ilk dəfə: Avro əskinasları tamamilə dəyişdiriləcək

09 Sentyabr 2026 17:42see253

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see252

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see251

SOCAR Azərbaycanda geotermal enerji layihələri üçün kapital tərəfdaşı axtarır

09 Sentyabr 2026 15:28see245

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see236

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see232

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see231

Bakıda avtobuslarla bağlı ŞOK RƏQƏM: Sentyabrın sonundan etibarən...

09 Sentyabr 2026 19:21see228

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see227

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see223

Dilan Polatın nişanda Vanlı Kara Haydar a dediyi sözlər yenidən gündəm oldu VİDEO

09 Sentyabr 2026 16:33see219

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see218

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri