Icma.az
close
up
RU
Qərb qüvvələri Gürcüstanda “marionetka” hakimiyyətini formalaşdırmağa çalışsa da bacarmadılar RƏY

Qərb qüvvələri Gürcüstanda “marionetka” hakimiyyətini formalaşdırmağa çalışsa da bacarmadılar RƏY

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qərbin müəyyən siyasi dairələrinin niyyətləri Gürcüstanda “marionetka” hakimiyyətini formalaşdırmaqdır. Lakin hazırda görünən odur ki, onlar buna nail ola bilmədilər.

Bunu “Report”a açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri gürcü xalqının siyasi gücünün ifadəsidir:

“Seçkilərdə hakim “Gürcü Arzusu” demokratik Gürcüstan partiyası qalib gəldi. Beynəlxalq ictimaiyyət, dövlətlər eləcə də beynəlxalq media subyektləri xalqın seçiminə hörmətlə yanaşmalıdır və nəticələri qəbul etməlidir”.

Deputat qeyd edib ki, bir sıra maraqlı olan xarici dövlətlər Gürcüstanın Baş naziri postuna Qərbin diktəsi ilə hərəkət edən insanın təyin edilməsinə çalışırlar.

“Bununla da Gürcüstan müstəqilliyini itirib və ona nəyi buyururlarsa onu icra edən hökumətə malik olardı. Lakin Gürcüstan Qərbin bu təzyiqlərinə boyun əymədi, gürcü xalqının siyasi iradəsinə söykənərək xalqın etimadını qazanmış “Gürcü Arzusu” partiyası hökumət formalaşdırdı”.

Elman Nəsirov

Deputat Gürcüstanda baş verənləri 2004 və 2014-cü illərdə Ukraynada baş verən hadisələrlə oxşarlığı olduğunu bildirib:

“Eyni ssenarini biz Ukraynada görmüşük. Ukraynada da seçkilərdən sonra 2004 və 2014-cü illərdə oxşar hadisələr baş verib. Qərbin maliyyə, siyasi, iqtisadi dəstəyi ilə dövlət çevrilişləri həyata keçirilib. Nəticədə Ukrayna xalqı bunun dəhşətli fəsadlarını yaşayır. Hazırda ölkənin mövcudluğu ciddi sual altındadır”.

O, hesab edir ki, oxşar hadisəni Gürcüstanın da başına gətirmək istəyirlər.

E.Nəsirov hesab edir ki, ən dəhşətlisi Gürcüstan prezidentinin bu prosesin ən başında yer alması olduğunu vurğulayıb:

“Qərbin maliyyələşdirdiyi müəyyən vətəndaş cəmiyyəti institutları, partiyalar, anti-milli ünsür rolunu oynayan qüvvələr, beşinci kolonun nümayəndələri, qərbin maliyyələşdirməsi müqabilində “əl əli yuyar əl də üzü” prinsipindən çıxış edərək Gürcüstanda dövlət çevrilişi etməyə çalışırlar. Salome Zurabişvili iddia edir ki, Gürcüstanda konstitusion çevriliş baş verir. Amma həqiqət budur ki, özü bu çevrilişə cəhd edir”.

Onun sözlərinə görə, bu gün Gürcüstan tarixi sınaq qarşısındadır.

“Müdrik gürcü xalqı düzgün seçim edərək qərbin bütün təzyiq göstərən qüvvələrinə yox deyib. Gürcüstanda formalaşmış yeni hökumət Gürcüstanın gələcəyi ilə bağlı ən düzgün siyasi kursu seçib. Həmin kurs müstəqillik yoludur və milli maraqlara söykənir”, - deputat qeyd edib.

Bizim WhatsApp kanalımıza abunə olun

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://report.az
archiveBu xəbər 30 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri