Icma.az
close
up
RU
Qərb Rusiyanın son “imperiya alət”ini də dağıdır: ABŞ kəşfiyyatı MDB nin tam ləğvini planlaşdırır

Qərb Rusiyanın son “imperiya alət”ini də dağıdır: ABŞ kəşfiyyatı MDB nin tam ləğvini planlaşdırır

Icma.az bildirir, Olke.az portalına istinadən.

Kreml Rusiyanın sərhədləri ətrafında olan dövlətlərin və qurumların ortaq inteqrasiya məkanının yaradılmasına can atır, bu, iştirakçı ölkələri, xüsusilə də, postsovet dövlətlərini yenidən Rusiyadan asılı vəziyyətə sala bilər... Hər halda, Kreml hərbi və təhlükəsizlik faktorları üzrə Rusiyanın postsovet dövlətlərinə təzyiq mexanizmlərini hələ də qoruyub, saxlamağa nail olub, Qərb siyasi dairələrində bu məsələ artıq ciddi narahatlıq doğurmağa başlayıb...

Rusiyanın qlobal məkanda üzləşdiyi situasiya qəlizləşdikcə, Kreml yeni “neoimperialist ideyalar” icad etməklə, diqqəti çəkir. Belə ki, Rusiyanın Ukraynada düşdüyü “savaş bataqlığı” dərinləşməkdə davam edir. Üstəlik, Kremldə də artıq anlamağa başlayıblar ki, Rusiya bu “savaş bataqlığı”nın dibinə doğru yuvarlanması artıq geriyədönməz prosesə çevrilməkdədir. Ona görə də, indi Kreml Rusiyanı xilas etmək üçün “söykənə biləcəyi daha etibarlı divar” axtarışına çıxıb. Və bu baxımdan, Rusiyanın gələcəyə yönəlik strateji planları həm maraq, həm də narahatlıq doğurmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, Kreml Ukrayna savaşına başlamaqla, əslində, Rusiyanın strateji hədəflərinin önünü açmaq niyyəti güdürdü. Belə ki, Ukraynaya hərbi müdaxilə üçün rəsmi Kiyevin NATO-ya və Avropa Birliyinə üzvlük cəhdləri bəhanə olaraq, seçilmişdi. Ancaq Rusiyanın bu addımının arxasında keçmiş SSRİ-nin bərpası ilə prosesə start vermək niyyəti gizlənirdi. Yəni, Ukrayna qısa müddətdə işğal edilərək, Rusiyanın tərkibinə qatılmalıydı. Və bundan sonra Kremlin keçmiş SSRİ-ni bərpa etmək planı qarşısında elə bir ciddi əngəl qalmayacaqdı.

Məsələ ondadır ki, Ukraynanın Rusiya tərəfindən işğalı həm də ABŞ və Qərbin məğlubiyyəti olacaqdı. Bu halda, ABŞ və Qərb Rusiyanın növbəti postsovet dövlətinə qarşı hərbi müdaxiləsinə bulaşmağa ehtiyatlı yanaşacaqdı. Nəticədə Rusiya əvvəlcə NATO üzvü olsalar da, Baltikyanı ölkələri, eyni zamanda, Moldovanı işğal edəcəkdi. Bütün bunlardan narahat olan digər postsovet dövlətlərinin isə Rusiyanın yeni SSRİ planlarına müqavimət göstərməyə cəsarət etməyəcəkləri ehtimal olunurdu. Və bununla da, Kreml bir neçə il ərzində postsovet məkanını Rusiyanın tərkibində mərkəzləşdirmək şansı qazanacaqdı.

Ancaq Ukraynanın Rusiyaya ciddi şəkildə müqavimət göstərməsi, ABŞ və Qərbin də rəsmi Kyevə gözlənildiyindən daha genişmiqyaslı dəstək verməsi Kremlin “neoimperialist plan”ını pozdu. Ona görə də, Ukrayna üzərində Rusiyanın planlaşdırılan keyfiyyətdə qələbəsinin mümkün olmayacağını anlayan Kreml keçmiş SSRİ-nin bərpa olunması planında “ikinci cəbhə”ni açmağa cəhd göstərdi. Belə ki, Rusiya siyasi dairələri bu barədə təhdidkar bəyanatlar verməklə yanaşı, həm Cənubi Qafqazda, həm də Orta Asiyada fəallaşmağa çalışdı. Və Kreml bu məsələdə hər iki strateji reginonun hazırda Qərbin təsir dairəsindən kənarda olmasına ümid bəsləyirdi.

Bununla belə, Kremlin “ikinci cəbhə” planlarına yönəlik geopolitik hesablamalar da özünü doğrultmadı. Belə ki, həm Cənubi Qafqaz, həm də Orta Asiya ölkələri Kremlə Rusiyanın tərkibinə geri dönüşün mümkün olmayacağı barədə qətiyyətli mesajlar verdilər. Rusiya siyasi dairələri dərhal anladılar ki, bu iki regionun dövlətlərinə qarşı hərbi-siyasi təzyiqlər kəskin müqavimətlə üzləşəcək. Nəticədə Ukrayna savaşına paralel olaraq, Rusiya real “ikinci cəbhə” ilə qarşı-qarşıya qalacaq. Və bunda maraqlı olan Qərbin hər iki regionun dövlətlərinə dəstək ehtimalı da nəzərə alındıqda, Rusiyanın belə hərbi-siyasi qarşıdurmaya tab gətirməyəcəyi şübhə doğurmurdu.

Maraqlıdır ki, Kreml istənilən halda, özünün “neoimperialist planlar”ından geri çəkilmək istəmir. Belə ki, Rusiya sadəcə, bu planların təqdimat formasını dəyişməklə, israrlı davranmağa çalışır. Hər halda, Kreml bu planların icrası ilə bağlı prosesi indi də məhz Müstəqil Dövlətlər Birliyi (MDB) platforması üzərinə keçirtməyə cəhd göstərir. Rusiya siyasi dairələri iddia edirlər ki, MDB-nin strukturlarının mərkəzləşdirilməsi və daha da gücləndirilməsi postsovet məkanı üçün strateji əhəmiyyət daşıyır. Buna paralel olaraq, Kreml “MDB+” layihəsinin icrasına da başlamağa hazırlaşır.

Məsələ ondadır ki, Kremldə “MDB+” formatında genişləndirilməsi nəzərdə tutulan bu platformaya BMT-yə üzv olmayan ölkələr və hətta regional bloklar da qoşula biləcəklər. Bu, MDB-nin Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT), BRICS və digər beynəlxalq qurumlarla əlaqələrini daha möhkəmləndirəcək. Nə qədər qəribə də olsa, Qazaxıstan prezidenti Qasım-Comərt Tokayevin də dəstək verdiyi bildirilir. Rusiya siyasi dairələri iddia edirlər ki, bu layihə reallaşarsa, Böyük Avrasiya tərəfdaşlığı strategiyasına inteqrasiya mümkün olacaq və Avrasiyanın önündə yeni inkişaf perspektivlər açılacaq. Və bu baxımdan, hesab etmək olar ki, Rusiya yeni, həm də çox məkrli oyuna başlamaq niyyətindədir.

Göründüyü kimi, Kreml Rusiyanın sərhədləri ətrafında olan dövlətlərin və qurumların ortaq inteqrasiya məkanının yaradılmasına can atır. Belə inteqrasiya iştirakçı ölkələri, xüsusilə də, postsovet dövlətlərini yenidən Rusiyadan asılı vəziyyətə sala bilər. Hər halda, hərbi və təhlükəsizlik faktorları üzrə Kremlin postsovet dövlətlərinə təzyiq mexanizmləri hələ də qalmaqdadır. Və Qərb siyasi dairələrində bu məsələ artıq ciddi narahatlıq doğurmağa başlayıb.

ABŞ xüsusi xidmət servislərinin son hesabatına görə, MDB Rusiyanın əlində postsovet dövlətlərinə ən ciddi nəzarət mexanizmi sayıla bilər. Çünki bu qurum keçmiş SSRİ-nin sonuncu əlamətlərini özündə saxlamaqda davam edir. Ona görə də, postsovet dövlətlərinin Rusiyanın nəzarətindən tam şəkildə uzaqlaşa bilməsi üçün MDB adlı qurumun demantaj olunması vacibdir. Əks halda, Kreml ilk imkanda MDB-ni nə vaxtsa, keçmiş SSRİ-nin yeni versiyasına çevirə bilər. Və bu baxımdan, ABŞ xüsusi xidmət servisləri Qərb siyasi dairələrini vaxt itirmədən, MDB-nin ləğvinə imkan yarada biləcək fəaliyyət planının hazırlanmasına çağırıb.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://olke.az
archiveBu xəbər 10 İyun 2025 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri