Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Cəlaloğlu: Rusiyanın yenidən imperiya yaratması mümkün deyil

Cəlaloğlu: Rusiyanın yenidən imperiya yaratması mümkün deyil

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Rusiyanın Ukraynada münaqişəyə başlamasının səbəbi bu ölkəni bütövlükdə özünə tabe etdirmək idi. Əgər, bu gün Rusiya Ukraynanın müəyyən hissəsini anneksiya etməklə kifayətlənirsə və bununla məqsədi məhdudlaşırsa, deməli, Rusiya Ukrayna siyasətində uduzub”.

Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Ukrayna müharibəsindən sonra Rusiyanın qonşu ölkələrlə siyasətinin hansı şəkildə formalaşacağını şərh edərkən deyib.
Sərdar Cəlaloğlunun fikrincə, Ukrayna ilə müharibədə Rusiyanın itkiləri əldə etdiklərindən yüz dəfə çoxdur. Bu səbəbdən də, artıq Rusiya yeni imperiya yaratmaq, qonşu dövlətləri özünə tabe etdirmək kimi imkan və gücə malik deyil.
ADP sədri əlavə edib ki, Ukrayna müharibəsi keçmiş sovet respublikalarını Rusiyadan bir qədər də uzaqlaşdırıb. Onun sözlərinə görə, Belarus istisna olmaqla, bir sıra keçmiş sovet ölkələri hətta Rusiyaya qarşı sanksiyaların iştirakçısıdır: “Yəni Rusiyaya yaxın olan ölkələr, eləcə də kemiş sovet ölkələri bəzən bu sanksiyalara qoşulmaqla təzyiqlərdə iştirak edirlər. Bu, onu göstərir ki, Rusiyanın bu respublikalar üzərində ciddi təsiri yoxdur. Digər tərəfdən, artıq keçmiş SSRİ respublikalarında formalaşan 30 illik siyasət var. Məsələn, Baltikyanı ölkələr artıq NATO-ya daxil olub, bu ölkələrdə qərb qoşunları mövcuddur. Orta Asiya ölkələri, Azərbaycan və Türkiyə Türk Dövlətlər Təşkilatını yaradıblar, bu qurum çox ciddi inkişaf edir. Ermənistan öz təhlükəsizliyini Avropa və Amerikada görür, bu istiqamətdə siyasət aparır. Ukrayna göz qabağındadır, Avropa ilə birlikdədir. Moldova da eynən. Ortada nisbətən qeyri-müəyyən formada Gürcüstan qalır. Belarus isə Rusiya ilə birlikdə olsa da, mətbuatdan göründüyü kimi, son zamanlar Avropa ilə əlaqələrə nəzər yetirir. Çünki bilirlər ki, Rusiyanın imperiya bərpa etmək cəhdləri mümkün deyil. Odur ki, Ukrayna müharibəsinin necə bitməsindən asılı olmayaraq, Rusiyanı Putinin iddialarına cavab verməyən bir dövlət kimi görürəm. Nəzərə almaq lazımdır ki, Rusiyanın imperiya yaratmaq cəhdlərinə dünya da sakit yanaşmaz”.
S. Cəlaloğlu qeyd edib ki, milli dövlətlərin yaranması başlayıb, bəzi qabaqcıl ölkələrdə isə miqrant dövlətlərin qurulması prosesi gedir: “Rusiya da milli dövlət olmaq istiqamətində gedəcək. Əksər xalqlarda milli şüur oyanır. Rusiyanın əvvəllər güclü silahları var idi, əksər xalqları öz təsiri altında saxlayırdı, nəhəng bir əraziyə sahib idi. Amma ərazinin böyüklüyü onun idarəçiliyini çətinləşdirir. İmperiyaların dağılmasının bir səbəbi də ərazinin böyüklüyü ilə idarəçilik arasında ziddiyyətlərdir”.
S. Cəlaloğlunun qənaətincə, Rusiyanın Ukrayna savaşından sonra ikinci bir müharibəyə başlaması, hansısa ölkəni və ya ərazini anneksiya etməsi mümkün deyil. Çünki ruslar Ukraynada ciddi itkilər veriblər.
Y. QACAR
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 Mart 2025 13:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see577

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see490

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see443

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see314

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see300

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see293

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see282

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see272

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see255

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see247

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see239

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see226

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see224

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see201

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see196

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see195

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see193

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see178

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see177

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri