Icma.az
close
up
RU
Qərb Ukrayna ilə bağlı RAZILIĞA GƏLDİ Hansı ölkələr qoşun GÖNDƏRƏCƏK?

Qərb Ukrayna ilə bağlı RAZILIĞA GƏLDİ Hansı ölkələr qoşun GÖNDƏRƏCƏK?

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Parisdə keçirilən “İstəklilər koalisiyası” sammitində 35 ölkə Ukraynanın gələcək təhlükəsizliyinə zəmanət verəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, 6 yanvar 2026‑cı il tarixində Parisdə keçirilən “Coalition of the Willing” - “İstəklilər koalisiyası” sammiti Ukrayna üçün gələcək təhlükəsizlik zəmanətləri strategiyasını müəyyənləşdirmək məqsədilə baş tutub.
Danışıqlar nə ilə yekunlaşdı?
27 dövlət başçısı da daxil olmaqla, ümumilikdə 35 ölkənin nümayəndələrinin iştirak etdiyi görüşə Ukrayna Prezidenti Volodimir Zelenski ilə yanaşı, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer və ABŞ rəsmiləri də gəlib. Fransa prezidenti Emmanuel Makron danışıqlardan sonra bildirib ki, bu “möhkəm” zəmanətlər ABŞ-ın Avropanın iştirakı ilə atəşkəs monitorinqinə rəhbərlik etməsini nəzərdə tutur.
 

Sammitin əsas məqsədi gələcəkdə Ukraynaya qarşı baş tuta biləcək təhdidlərə qarşı hüquqi və praktik tədbirlərin hazırlanması və həmçinin, Ukraynanın ərazi bütövlüyünün qorunması üçün zəmanət mexanizmlərinin işlənib hazırlanması olub.


“Reuters” nəşrinin yazdığına görə, danışıqlar nəticəsində, tərəflər ABŞ və Avropa ölkələrinin dəstəyi ilə Ukrayna üçün məhdud təhlükəsizlik zəmanətləri təklif ediblər. Bu zəmanətlər, əsasən, monitorinq, koordinasiya və birgə hərbi əməkdaşlıq çərçivəsində formalaşdırılıb. Lakin bu halda ABŞ qoşunlarını Ukraynaya yerləşdirməyəcək. Sözügedən zəmanətlərin hüquqi əsasları hələlik parlament səviyyəsində təsdiqlənməyib.
Bu baxımdan sadəcə simvolik dəstək deyil, həm də praktiki mexanizmlər üzərində razılaşma hədəflənir. Bu da bir neçə əsas elementi əhatə edir:
Koalisiyanın rolu
Danışıqlar nəticəsində Ukraynaya qarşı hər hansı yeni hərbi təcavüz olduğu halda, ABŞ və Avropa tərəfi dəstək verəcəyini bəyan edib. Bu, yalnız sözlə deyil, həm də məhdud monitorinq, kəşfiyyat paylaşımı və koordinasiya mexanizmləri ilə təmin olunur.
Yəni Ukrayna tək qalmayacaq, tərəflər arasında informasiya və resurs mübadiləsi vasitəsilə onun müdafiəsi gücləndiriləcək.
Al Jazeera nəşrinin yazdığına görə, bu sammit həm də gələcək hüquqi sənədlərin və razılaşmaların əsasını qoyur. Məğzi budur ki, Ukrayna yalnız hərbi sahədə deyil, həm də siyasi müstəvidə müttəfiqləri ilə birbaşa koordinasiya yarada bilsin. Bu da uzunmüddətli perspektivdə ölkənin beynəlxalq səviyyədə tanınan təhlükəsizlik statusunu gücləndirəcək.
Parisdə ortaya qoyulan mexanizm tək bir dövlətin müdaxiləsi ilə deyil, çoxsaylı ölkələrin ortaq əməliyyatları ilə Ukraynanın təhlükəsizliyini qorumağa yönəlib. Bu, həm NATO daxilindəki, həm də NATO-dan kənar tərəfdaşların birlikdə hərəkət edə biləcəyi bir model yaratmaq deməkdir.
Sülh prosesi və ərazi məsələlərinin həlli
“Euronews”un məlumatına görə, danışıqların əhatəsi təkcə hərbi təhlükəsizliklə məhdudlaşmır, həmçinin, sülh prosesi ilə birbaşa bağlıdır. “Zaporojye” nüvə stansiyası, Donbas və işğal olunmuş digər ərazilərin statusu kimi mürəkkəb məsələlərin həllində tərəflər arasında koordinasiyanın qurulması da regionda stabilliyi təmin etmək üçün zəruridir. Yəni təhlükəsizlik zəmanətləri həm müdafiə, həm də sülh yönümlü bir strategiyanı əhatə edir.
 

Bu danışıqlar həm də Ukrayna və region üçün psixoloji dəstək rolunu oynayır. Müttəfiqlərin açıq şəkildə dəstəklədiyini bəyan etməsi həm Ukrayna ictimaiyyətinə, həm də Rusiya və digər tərəflərə mesaj verir ki, Ukrayna tək deyil və beynəlxalq səviyyədə onun təhlükəsizliyi üçün ciddi addımlar atılır.


Ukraynadan əldə olunan nəticələrə reaksiyalar
Ukrayna Prezidenti Volodimir Zelenski danışıqların nəticələrini müsbət qiymətləndirərək, sammiti “konkret irəliləyiş” adlandırıb. O, hüquqi baxımdan tam təhlükəsizlik zəmanətlərinin hələlik mövcud olmadığını, ABŞ və digər müttəfiqlərin parlament təsdiqindən sonra bu zəmanətlərin qüvvəyə minəcəyini vurğulayıb.
ABŞ tərəfi isə Paris sammiti çərçivəsində ilk dəfə olaraq Ukraynaya təhlükəsizlik zəmanətlərini açıq şəkildə dəstəklədiyini bildirib. Bununla da ABŞ gələcəkdə Rusiyanın hər hansı yeni təcavüz cəhdlərinə qarşı Ukraynanı qorumaq niyyətini nümayiş etdirib. Eyni zamanda, ABŞ qoşun yerləşdirməyəcək və tədbirlər, əsasən, monitorinq və koordinasiya üzərində qurulacaq.
Bununla belə, o bir qədər daha ehtiyatla yanaşaraq qeyd edib ki, hələ də tam hüquqi olaraq təhlükəsizlik zəmanətləri yoxdur. Bu isə parlamentlər tərəfindən təsdiq edilməlidir.
Ukrayna Prezident Ofisinin rəhbəri Kirilo Budanov da Paris danışıqlarının ardından “konkret nəticələr” əldə edildiyini qeyd edib və Ukraynanın milli maraqlarının qorunması üçün danışıqların davam edəcəyini vurğulayıb, lakin bəzi detalların hələ ictimaiyyətə açıqlanmayacağını bildirib.
Fransa və Britaniyanın planı nədir?
Fransa prezidenti və xarici işlər naziri də Ukraynaya dəstək və təhlükəsizlik zəmanətlərini təsdiqləyən bəyanat verib. Fransa tərəfi vurğulayıb ki, çoxtərəfli koalisiya çərçivəsində Ukraynanın təhlükəsizliyi təmin olunacaq və sülhün bərqərar olması üçün praktik addımlar atılacaq. Həmçinin Fransa monitorinq və əməkdaşlıq mexanizmlərinin möhkəmləndirilməsini, xüsusilə müharibədən sonrakı dövrdə Ukrayna infrastrukturunun qorunmasını vacib hesab edir.
 

Böyük Britaniya Baş naziri və diplomatları Parisdə keçirilən sammitin nəticələrini şərh edərək bildiriblər ki, Britaniya Ukrayna ilə hərtərəfli əməkdaşlığı davam etdirəcək və təhlükəsizlik zəmanətləri çərçivəsində mümkün olduqca dəstək verəcək. Onlar həmçinin, ABŞ və digər Avropa tərəfdaşları ilə koordinasiyalı addımların Ukraynanın müdafiəsini gücləndirəcəyini vurğulayıblar.


Böyük Britaniyanın Baş naziri Keir Starmer Paris sammitindən sonra açıqlama verərək bildirib ki, imzalanmış bəyannamədə Rusiya‑Ukrayna müharibəsi başa çatdıqdan sonra Ukraynada çoxmillətli qüvvələrin yerləşdirilməsi nəzərdə tutulur və Böyük Britaniya ilə Fransa bu çərçivədə hərbi mərkəzlər quracaq. Starmer, həmçinin, parlamentin bu məsələni müzakirə edib səsvermə ilə təsdiq edəcəyini bildirib ki, bu da Britaniya demokratiyasına qarşı bir hörmət əlamətidir.
ABŞ da Ukraynaya qoşun göndərəcək?
ABŞ tərəfdən Paris danışıqları ilə bağlı açıqlama verən rəsmilərdən biri ABŞ Prezidentinin ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkof olub. O, danışıqların əsas istiqamətinin Ukraynanın müharibədən sonra özünü təhlükəsiz hiss edə biləcəyi mexanizmlərin formalaşdırılması olduğunu bildirib. Vitkofun sözlərinə görə, müttəfiqlər Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində “əldə edilə biləcək maksimum siyasi konsensus”a yaxınlaşıblar və məqsəd Ukraynanın gələcəkdə yenidən oxşar təhlükə ilə üzləşməyəcəyinə dair real göstəriş verməkdir.
 

Vitkof xüsusi olaraq vurğulayıb ki, ABŞ-ın mövqeyi birbaşa hərbi iştirakdan çox, koordinasiya, nəzarət və müttəfiqlərlə birlikdə cavab mexanizmlərinin yaradılması üzərində qurulub. Onun sözlərinə görə, təhlükəsizlik sammiti Ukraynaya müharibə bitdikdən sonra bu prosesin birdəfəlik başa çatdığına dair zəmanət verməlidir. Lakin bu zəmanətlər avtomatik şəkildə ABŞ qoşunlarının Ukraynada yerləşdirilməsi mənasına gəlmir.


Qeyd edək ki, Moskva daha əvvəl Ukraynaya xarici qoşun yerləşdirilməsini qəbul etməyəcəyini bəyan etmişdi. Ancaq hələ də sözügedən danışıqlara rəsmi münasibət bildirməyib.
Fatimə Əliyeva, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Yanvar 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see208

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see196

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see150

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see143

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see141

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see135

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see134

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri