Tramp Ukraynaya ikiqat zərbə vurdu “Financial Times”
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə danışıqlara başlamaq və Kiyevin NATO-ya üzvlüyünü rədd etməklə Ukraynaya ikiqat zərbə vurdu.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” (FT) nəşri yazır.
Mənbə Trampın Putinlə birbaşa danışıqlar və görüş barədə razılaşmasının Ukrayna üçün ağır zərbə olduğunu vurğulayır.
Britaniya nəşri xatırladır ki, Pentaqon rəhbəri Pit Heqset ABŞ-nin müttəfiqlərinə Ukraynanın ərazi bütövlüyünün bərpasının illüziya olduğunu və Kiyevin NATO-ya qoşulmayacağını bildirib.
Putinlə Tramp arasında fevralın 12-də telefon danışığı olub. Söhbət 1.5 saata yaxın davam edib. Söhbət zamanı Rusiya və ABŞ prezidentləri Ukrayna böhranının tezliklə həlli üçün dərhal danışıqlara başlamaq barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 15 Fevral 2025 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















