Icma.az
close
up
RU
Qərbdən gələn avrokubok səsi

Qərbdən gələn avrokubok səsi

Icma.az bildirir, Idmanxeber.az saytına əsaslanaraq.

Ötən gün “Turan Tovuz” “Araz Naxçıvan” qarşısında vacib qələbə qazandı. Komanda iki oyun sonra doğma meydanda üç xalı aktivinə yazdıra bildi. Tovuz klubunun cari mövsümdə ənənəyə çevrilmiş standart vəziyyətlərdəki üstünlüyü yenə ortaya çıxdı. Nəticədə, çətin rəqibə qarşı vacib qalibiyyət əldə olundu.

Əlbəttə, “Araz Naxçıvan”ın azlıqda qalması oyunun gedişatına ciddi təsir etdi. Yeri gəlmişkən, mübahisələrə səbəb olan epizodda verilən qərar doğrudur. Naxçıvan təmsilçisinin müdafiəçisi İqor Ribeyro rəqibinə kontrolsuz müdaxilə etmişdi. Qəsdən olmasa da, oyunçunun bu hərəkəti qayda pozuntusudur və sonuncu ümid foulu kimi dəyərləndirilməsi normaldır.

İki matç sonra gələn qələbə, avrokubok hədəfindən yayınmamaq üçün ciddi motivasiyadır. Ancaq “Turan Tovuz”un son görüşlərdəki çatışmazlıqları gözdən qaçmamalıdır. Komanda xüsusən də irəlidə yaradıcılıq problemi yaşayır. Heyətdə Aleks Souza və Joarlem Santos kimi keyfiyyətli futbolçular var. Santos komandaya yeni qoşulsa da, zamanla səviyyəsini daha yaxşı göstərəcək. İki oyunçunun davamlı olaraq mərkəzə qədər çəkilməsi Berdiyevin tapşırığı ola bilər. Lakin bəzən hücum xəttində zənginliyə də ehtiyac duyulur.

Heyətdə bu işləri görə biləcək futbolçular var. Xəyal Nəcəfov və Ayxan Hüseynov bu xüsusiyyətə malik oyunçulardır. Artıq Berdiyev adıçəkilən futbolçulara davamlı şans verməli və onları da sisteminin bir parçasına çevirməlidir. Çünki ehtiyac var və oyun planında yerləri aydın şəkildə görsənir.

Eyni zamanda, cinah oyunçuları da hücuma dəstəyini artırmalıdır. Faiq Hacıyev mübarizəsi ilə formanı alıb və artan templə də performansını davam etdirir. İsmayıl Zülfüqarlı isə axsayır. Mövsümün əvvəlindən ona şans verilsə də, dünənki çıxışı ilə bəlkə də limitini doldurdu. Heyətdə onu əvəzləyə biləcək Rüfət Əhmədov var və böyük ehtimalla qarşıdakı oyunlarda meydanda onu görəcəyik. Rüfət fiziki gücü ilə seçilən futbolçudur və hücuma çıxmaqda komandaya dəstək ola bilər.

Bütün hallarda Berdiyevin komandası əsas hədəfə doğru addımlayır. İstər yerli publikanın dəstəyi, istərsə də komandadakı əzmkarlıq nəticələrdə önəmli rol oynayır. Əgər fövqəladə hadisələr baş verməsə, Tovuz klubu cari mövsümü avrokubok zonasında tamamlaya biləcək. Çünki bu, artıq avrokubokların qapısını döymək idi!

Həsən Quluzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://idmanxeber.az
archiveBu xəbər 17 Fevral 2025 10:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri