Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcması bəyanat yaydı: Bu təşkilat bizə aid deyil!

Qərbi Azərbaycan İcması bəyanat yaydı: Bu təşkilat bizə aid deyil!

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün bir sıra media orqanlarında Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan TV ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Təəssüf ki, həmin yazılarda ictimaiyyət arasında yanlış təsəvvür formalaşdırmağa yönəlmiş ifadələrə yer verilib.
Qərbi Azərbaycan İcmasından Bizim.Media-ya bildirilib ki, məqalələrdə adı çəkilən “Qərbi Azərbaycan İcması (TV)” adlı heç bir təşkilat mövcud deyil. Burada məqsədli şəkildə adın təhrif edilməsi ilə İcmaya bağlı olmayan səhifələr üzərindən çaşqınlıq yaratmağa cəhd göstərilib.
Qeyd olunub ki, Qərbi Azərbaycan TV yayımlarında yalnız İcmanın rəsmi loqosundan istifadə edir.
Bununla belə, sosial şəbəkələrdə eyni adda, lakin rəsmi status daşımayan səhifələr mövcuddur. Təəssüf ki, bəzi saytlar mənbəni dəqiqləşdirmədən həmin səhifələrin paylaşımlarını əsas götürərək ictimaiyyəti yanlış məlumatlandırıb.
“Qərbi Azərbaycan İcmasının belə süni münaqişələrə cəlb olunmasını yolverilməz hesab edirik. Bu cür addımlar həm ictimai rəyə zərər vurur, həm də milli maraqlarımıza xələl gətirir. Ona görə də media qurumlarını məsuliyyətli olmağa, milli maraqlara zidd olan təhriflərdən və yanlış təqdimatlardan çəkinməyə çağırırıq”, - deyə açıqlamada vurğulanıb.
Qərbi Azərbaycan İcmasının mövqeyi bir daha diqqətə çatdırılıb: milli birliyimizi zəiflədən və məqsədli şəkildə qarışıqlıq yaradan hər hansı addım qətiyyətlə pislənilir.
Rəsmi məlumat və xəbərlər yalnız Qərbi Azərbaycan İcmasının təsdiqlədiyi kanallar və səhifələr vasitəsilə yayılır.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://bizim.media
archiveBu xəbər 15 Sentyabr 2025 16:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri