Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcması: bu təşkilat bizə aid deyil!

Qərbi Azərbaycan İcması: bu təşkilat bizə aid deyil!

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bu gün bir sıra media orqanlarında Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan TV ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar dərc edilib. Təəssüf ki, həmin yazılarda ictimaiyyət arasında yanlış təsəvvür formalaşdırmağa yönəlmiş ifadələrə yer verilib.

Qərbi Azərbaycan İcmasından Modern.az-a bildirilib ki, məqalələrdə adı çəkilən “Qərbi Azərbaycan İcması (TV)” adlı heç bir təşkilat mövcud deyil. Burada məqsədli şəkildə adın təhrif edilməsi ilə İcmaya bağlı olmayan səhifələr üzərindən çaşqınlıq yaratmağa cəhd göstərilib.

Qeyd olunub ki, Qərbi Azərbaycan TV yayımlarında yalnız İcmanın rəsmi loqosundan istifadə edir. Bununla belə, sosial şəbəkələrdə eyni adda, lakin rəsmi status daşımayan səhifələr mövcuddur. Təəssüf ki, bəzi saytlar mənbəni dəqiqləşdirmədən həmin səhifələrin paylaşımlarını əsas götürərək ictimaiyyəti yanlış məlumatlandırıb.

“Qərbi Azərbaycan İcmasının belə süni münaqişələrə cəlb olunmasını yolverilməz hesab edirik. Bu cür addımlar həm ictimai rəyə zərər vurur, həm də milli maraqlarımıza xələl gətirir. Ona görə də media qurumlarını məsuliyyətli olmağa, milli maraqlara zidd olan təhriflərdən və yanlış təqdimatlardan çəkinməyə çağırırıq”, - deyə açıqlamada vurğulanıb.

Qərbi Azərbaycan İcmasının mövqeyi bir daha diqqətə çatdırılıb: milli birliyimizi zəiflədən və məqsədli şəkildə qarışıqlıq yaradan hər hansı addım qətiyyətlə pislənilir.

Rəsmi məlumat və xəbərlər yalnız Qərbi Azərbaycan İcmasının təsdiqlədiyi kanallar və səhifələr vasitəsilə yayılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 23 Sentyabr 2025 05:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri