Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair dəstək bəyanatı yayıb AZƏRTAC

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin Qərbi azərbaycanlılarla bağlı fikirlərinə dair dəstək bəyanatı yayıb AZƏRTAC

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 8 yanvar, AZƏRTAC

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevin telekanallara müsahibəsində Qərbi azərbaycanlılarla bağlı söylədiyi fikirlərə dair bəyanat yayıb. 

AZƏRTAC bəyanatı təqdim edir: "Qərbi Azərbaycan İcması olaraq biz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 2025-ci il yanvarın 7-də yerli mətbuat orqanlarına verdiyi müsahibəsində Qərbi azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışına verdiyi dəstəyə görə təşəkkür edirik. Biz, həmçinin Prezident İlham Əliyevin regional sülh və təhlükəsizlik ilə bağlı ifadə etdiyi baxışa tam dəstəyimizi ifadə edirik.

Ermənistanın siyasi dairələrində hakim olan irqi ayrı-seçkilik və radikal millətçilik ideologiyası insan hüquqları və sülh üçün ən böyük təhdiddir. Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə etdiyi, “Ermənistan və Qarabağın yad millətlərdən tamamilə təmizlənməsi”ni tarixi nailiyyət kimi təqdim edən çıxışının bu günlərdə yayılmış videoyazısı, ikinci prezident RobertKoçaryanın beynəlxalq təşkilatın tribunasından“Azərbaycanlılar və ermənilər etnik cəhətdən uyğunsuzdurlar” kimi irqçi açıqlaması, üçüncü prezident Serj Sarqsyanın və onun partiyasının faşist QareginNjdenin “Tsexakronizm” irqçi ideologiyasından ruhlanması bu dövlətin mahiyyətini əks etdirir.

Biz Prezident İlham Əliyevin Ermənistanın həyata keçirdiyi kütləvi silahlanma siyasəti ilə bağlı ifadə etdiyi narahatlığı tam bölüşür və Ermənistanın silahlanmaya son verməsi tələbini dəstəkləyirik. Aqressiv keçmişə malik və irqçi,revanşist ideologiyaların hökm sürdüyü Ermənistan hərbi güc ilə məsuliyyətlə davrana bilmir və onun silahlanması yolverilməzdir.

Ermənistanın biz Qərbi azərbaycanlılara qarşı törətdiyi tarixi ədalətsizlikləri tam inkar yanaşmasından çıxış etməsi siyasətinin heç bir perspektivi yoxdur.

Biz Ermənistan hökumətindən Qərbi azərbaycanlıların deportasiyasına görə üzr istəməyi, Qərbi Azərbaycan İcması ilə dialoqa başlamağı, qayıdışa şərait yaratmağı, Azərbaycan xalqına məxsus olan mədəni irsin dağıdılması və təhrif edilməsi siyasətinə son qoymağı, silahlanmanı dayandırmağı və üzərinə götürdüyü öhdəliklərinə uyğun olaraq kommunikasiya xətlərini açmağı tələb edirik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Yanvar 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see263

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see212

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see209

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see209

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see190

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see179

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see170

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see164

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see157

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see157

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see141

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see141

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see137

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see134

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see128

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see126

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see126

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see125

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri