Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir təşkil edilib

Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir təşkil edilib

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 23 iyun, AZƏRTAC

İyunun 23-də Qərbi Azərbaycan İcmasında Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş beynəlxalq tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının dövlət orqanlarının nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərlərinin, ictimai və elm xadimlərinin iştirak etdiyi tədbirdə əvvəlcə "Qərbi Azərbaycan: Haqqın izi ilə" sənədli filminin nümayişi olub.

Çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bildirib ki, İcma beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət edir. Eləcə də sülh, barışıq, birgəyaşayış dəyərlərinə hörmətlə yanaşır. O deyib: “Biz dialoq üçün Ermənistan hökumətinə dəfələrlə təklif göndərmişik. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də bizim çağırışlarımıza cavab vermir. Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur. Biz Ermənistanı insan hüquqları ilə bağlı öhdəliklərinə hörmət etməyə, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına şərait yaratmağa çağırırıq”.

Ə.Ələkbərli Ermənistandan azərbaycanlıların mərhələli deportasiyası, hüquqlarının pozulması və yaşanan faciələr barədə məlumat verib. O, həmçinin tədbir iştirakçılarını İcmanın fəaliyyəti, görülmüş işlər barədə məlumatlandırıb.

Daha sonra köçkünlük həyatının acı xatirələrindən və qayıdış arzusundan danışan Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü Şirazi İbrahimov bildirib: “Bir əsrdə dörd dəfə qaçqınlıq həyatı yaşayan Qərbi azərbaycanlıların başına gələn müsibətlər digər soydaşlarımız kimi bizim ailəndən də yan keçməyib. Mən uşaq olanda, valideynlərim 1905, 1918, 1948-1953-cü illər deportasiyası haqqında danışanda, bir növ mənə nağıllar aləmini xatırladırdı. Necə ola bilər ki, ermənilərə diqqət, qayğı ilə yanaşasan, yerləşmələrinə kömək göstərəsən, onlar isə sənə bu cür vəhşiliklər etsinlər. Təəssüflər olsun ki, qonşumuz olan ermənilər bu cür vəhşilikləri illər boyu, bir əsrdən artıq müddətdə törədiblər, lakin dünya ictimaiyyəti buna biganə yanaşıb”.

O, 1988-ci il deportasiyasında 15 yaşı olduğunu diqqətə çatdıraraq əlavə edib: “Mən orta məktəbi davam etdirmək üçün Basarkeçər rayonunun Nərimanlı kəndindən Bakı şəhərinə kimya-biologiya təmayüllü internat liseyinə gəldim. 1988-ci ilin dekabrında tətil olarkən internatda oxuyan bütün şagirdlər öz doğma evlərinə gedirdilər. Biz Qərbi Azərbaycan əsilli şagirdlər isə hara gedəcəyimizi, evlərimizin harada olacağını bilmirdik. Yəqin ki, 15 yaşlı uşaqların keçirdiyi bu stressi, sarsıntını təsəvvürə gətirmək olar. Həmin günləri xatırladıqca insan kədərlənir, valideynlərimizin, doğmalarımızın və Qərbi Azərbaycanda yaşayan insanların başına gələn fəlakətlər göz önündən keçir, insanı kövrəldir".

Qeyd edək ki, Ümumdünya Qaçqınlar Günü BMT Baş Assambleyasının 2000-ci ildə qəbul etdiyi 55/76 saylı qətnamə ilə təsis olunub. Bu günün məqsədi qaçqınların problemlərinə beynəlxalq diqqəti artırmaqdır. Qərbi Azərbaycan İcması da öz növbəsində hər il bu gün münasibətilə tədbir təşkil edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri