Icma.az
close
up
RU
Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Səhiyyə Nazirliyinin təşəbbüsü ilə Ümumdünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 14 noyabr, AZƏRTAC

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşəbbüsü ilə, Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), İSİM, Respublika Endokrinoloji Mərkəzi və Azərbaycan Diabet Liqasının birgə əməkdaşlığı ilə noyabrın 14-də Ümumdünya Diabet Gününə həsr edilmiş tədbir təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İSİM-in direktoru Səbinə Babazadə Ümumdünya Diabet Gününün mahiyyəti haqqında ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyasının (IDF) təşəbbüsü ilə 1991-ci ildən etibarən hər il noyabrın 14-ü Ümumdünya Diabetlə Mübarizə Günü kimi qeyd edilir.

Öz növbəsində Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev diabet xəstəliyinin müalicəsində mütərəqqi yanaşmaların və müasir dərman vasitələrinin tətbiqinin vacibliyini vurğulayıb.

Öz çıxışlarında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Milli Məclisin deputatları Məlahət İbrahimqızı və İlham Məmmədov, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Nelli Veysova, Respublika Endokrinoloji Mərkəzinin direktoru Kəmalə Ağayeva və digərləri Azərbaycan vətəndaşının sağlamlığının dövlətin daim diqqət mərkəzində olduğunu vurğulayıblar. Belə ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 3.3.7.-ci fəaliyyət istiqamətində (Vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi) vətəndaşların sosial rifahının, uzunömürlülüyünün, sağlam həyat tərzinin təmin olunması məqsədilə məqsədyönlü və kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Həmçinin tədbirdə qeyd olunub ki, diabet faktları və rəqəmləri fərdlər, ailələr və ölkələr üçün qlobal diabet yükünün artdığını göstərir. Belə ki, IDF-in Diabet Atlasının (2025) məlumatına əsasən, dünyada 589 milyon yetkin əhalinin (20–79 yaş) 11,1 faizi, yəni hər 9 nəfərdən 1-i diabetlə yaşayır. Diabetli insanların 90 faizindən çoxunda sosial-iqtisadi, demoqrafik, ətraf mühit və genetik amillərdən qaynaqlanan 2-ci tip diabet müşahidə olunur. Bu tip diabetin profilaktikası, eləcə də bütün diabet növləri üçün erkən diaqnoz və düzgün qayğı tədbirləri xəstəliyin təsirini əhəmiyyətli dərəcədə azalda bilər. Qeyd olunan tədbirlər diabetlə yaşayan insanlara ağırlaşmaların qarşısını almağa və ya onların başlanmasını gecikdirməyə kömək edir. Həmçinin son 5 ildə Azərbaycanda şəkərli diabet xəstələrinin sayında 1,5 dəfədən çox artım qeydə alındığı, 2024-cü ilin statistikasına əsasən, yeni diaqnoz qoyulan, ilk dəfə qeydiyyata alınan xəstələrin sayının 33,5 minə bərabər olduğu, ümumilikdə qeydiyyatda olan xəstələrin sayının isə 423 min təşkil etdiyi diqqətə çatdırılıb.

Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, mövzuya dair suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri