Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasından Dövlət Bayrağı Günü ilə bağlı BƏYANAT

Qərbi Azərbaycan İcmasından Dövlət Bayrağı Günü ilə bağlı BƏYANAT

Icma.az bildirir, Bizim media portalına istinadən.

Bu gün Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü qeyd edilir. Azərbaycan xalqının dəyərlərinin və amallarının ifadəçisi olan üçrəngli bayrağımız dövlətimizin inkişafı, təhlükəsizliyi və müstəqilliyinin mayakı, xalqımız gələcəyə inamla addımlamasına yol göstərən işıqdır.
Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib və Ali Məclisin təqdimatı əsasında 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının parlamenti onu Dövlət Bayrağı elan edib.
Bizim.Media xəbər verir ki, bu fikirlər Dövlət Bayrağı Günü ilə bağlı Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda yer alıb.
Bəyanatda bildirilir: “Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında müqəddəs milli rəmz kimi Dövlət Bayrağının təbliği yolunda sistemli addımlar atılıb və atılmaqdadır. Prezident İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.
 

Dövlət başçısının 2007-ci ildə imzaladığı Sərəncama uyğun olaraq, 2010-cu ildə açılmış Dövlət Bayrağı Meydanı və orada yaradılmış Dövlət Bayrağı Muzeyi milli rəmzlərimizin təbliğ olunmasında xüsusi yer tutur.


Təkcə bir simvol deyil, xalqımızın azadlıq, birlik və iradəsini əks etdirən müqəddəs bir dəyər kimi üçrəngli bayrağımıza xalqımızın ehtiramı ən yüksək səviyyədədir. Şübhəsiz ki, Dövlət bayrağına ehtiramın ən ali ifadəsi xalqımızın həmin bayraq altında Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi olmuşdur.
Xatırladaq ki, cənab Prezidentimiz 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılışında etdiyi tarixi çıxışında bildirmişdi:
“Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır.” Artıq Dövlətbayrağımız Şuşa, Xocalı, Xankəndi daxil olmaqla ölkəmizin hər bir guşəsində məğrurluqla dalğalanır.
Ölkə rəhbəri Dövlət Bayrağı Meydanında aparılmış yenidənqurma və bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlamış meydanı ziyarət etmiş və oradakı Dövlət Bayrağı Muzeyində Azərbaycanın tarixi bayraqlarına, o cümlədən, İrəvan xanlığının bayrağına ehtiramla baxış keçirmişdir.
Ermənistan hökumətinin apardığı etnik təmizləmə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması olaraq, bizim sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış hüququmuza verdiyi birmənalı dəstəyə və Azərbaycan xalqının tarixi simvollarına göstərdiyi ehtirama görə Prezident İlham Əliyevə dərindən təşəkkür edirik”.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Noyabr 2024 14:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri