Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcmasından bəyanat

Qərbi Azərbaycan İcmasından bəyanat

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qərbi Azərbaycan İcması Dövlət Bayrağı Günü ilə bağlı bəyanat yayıb.

“Qafqazinfo” xəbər verir ki, bəyanatda deyilir:

“Bu gün Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü qeyd edilir. Azərbaycan xalqının dəyərlərinin və amallarının ifadəçisi olan üçrəngli bayrağımız dövlətimizin inkişafı, təhlükəsizliyi və müstəqilliyinin mayakı, xalqımız gələcəyə inamla addımlamasına yol göstərən işıqdır.

Azərbaycanın Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvanın dövlət bayrağı olaraq təsdiq edilib və Ali Məclisin təqdimatı əsasında 1991-ci il fevralın 5-də Azərbaycan parlamenti onu Dövlət bayrağı elan edib. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında müqəddəs milli rəmz kimi Dövlət bayrağının təbliği yolunda sistemli addımlar atılıb və atılmaqdadır. İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycanın Dövlət Bayrağı Günü kimi qeyd edilir. 

Dövlət başçısının 2007-ci ildə imzaladığı Sərəncama uyğun olaraq, 2010-cu ildə açılmış Dövlət Bayrağı Meydanı və orada yaradılmış Dövlət Bayrağı Muzeyi milli rəmzlərimizin təbliğ olunmasında xüsusi yer tutur. 

Təkcə bir simvol deyil, xalqımızın azadlıq, birlik və iradəsini əks etdirən müqəddəs bir dəyər kimi üçrəngli bayrağımıza xalqımızın ehtiramı ən yüksək səviyyədədir. Şübhəsiz ki, Dövlət bayrağına ehtiramın ən ali ifadəsi xalqımızın həmin bayraq altında İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi olub. Xatırladaq ki, Prezident 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılışında etdiyi tarixi çıxışında bildirmişdi: “Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır.” Artıq Dövlət bayrağımız Şuşa, Xocalı, Xankəndi daxil olmaqla ölkəmizin hər bir guşəsində məğrurluqla dalğalanır. 

Ölkə rəhbəri Dövlət Bayrağı Meydanında aparılmış yenidənqurma və bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlamış meydanı ziyarət etmiş və oradakı Dövlət Bayrağı Muzeyində Azərbaycanın tarixi bayraqlarına, o cümlədən, İrəvan xanlığının bayrağına ehtiramla baxış keçirib. 

Ermənistan hökumətinin apardığı etnik təmizləmə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması olaraq, bizim sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış hüququmuza verdiyi birmənalı dəstəyə və Azərbaycan xalqının tarixi simvollarına göstərdiyi ehtirama görə Prezident İlham Əliyevə dərindən təşəkkür edirik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 09 Noyabr 2024 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see689

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see414

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see245

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see222

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see200

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see198

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see195

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see195

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see190

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see189

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see187

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see185

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see182

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see179

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see178

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see177

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see176

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see165

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri