Qərbi Azərbaycan İcmasının müraciəti BMT nin rəsmi sənədi kimi yayılıb
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Qərbi Azərbaycan icmasının "Qaçqınlıq və Qadınlar" mövzusunda keçirdiyi konfransın iştirakçıları adından beynəlxalq ictimaiyyətə müraciəti BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi yayılıb.
Bu barədə APA-ya Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Bildirilib ki, sənədin BMT-nin ali orqanlarının rəsmi sənədi kimi yayılması Qərbi Azərbaycan məsələsi üzrə beynəlxalq məlumatlılığın artmasında mühüm rol oynayır.
Qeyd edək ki, bu il martın 1-i Qərbi Azərbaycan İcması Qadınlar Şurasının təşkilatçılığı ilə onlayn formatda "Qaçqınlıq və Qadınlar" mövzusunda beynəlxalq konfrans keçirilib. 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilmişkonfransın məqsədi beynəlxalq ictimaiyyətin diqqətini Qərbi azərbaycanlı qadınların etnik təmizləməyə məruz qalmaları və öz evlərinə qayıda bilməmələrindən irəli gələn hüquqpozuntularına cəlb etmək idi.
Baxış sayı:84
Bu xəbər 10 Aprel 2025 13:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















