Icma.az
close
up
RU
BMT Qərbi Azərbaycan İcmasının 11 sənədini yayıb

BMT Qərbi Azərbaycan İcmasının 11 sənədini yayıb

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Qərbi Azərbaycan İcması olaraq, bizim əsas hədəflərimizdən biri də Qərbi Azərbaycan həqiqətlərinə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində fəaliyyətin gücləndirilməsidir.

Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Qaçqınlar Gününə həsr olunmuş "Qərbi Azərbaycana Qayıdış: Tarixi Ədalətin Bərpası və İnsan Hüquqları" adlı tədbirdə çıxışı zamanı deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli bildirib.

Onun sözlərinə görə, bu günə qədər İcma tərəfindən müxtəlif beynəlxalq təşkilatlara və onların rəhbərlərinə ümumilikdə 120 məktub ünvanlanıb:

"İcmanın 11 sənədi BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədləri qismində bütün ölkələr arasında yayılıb. İcma tərəfindən Ermənistanın və beynəlxalq təşkilatların həqiqətləri təhrif edən qərəzli hesabatları və qətnamələri ilə bağlı ümumilikdə 345 bəyanat yayılıb. Azərbaycana səfər edən xarici nümayəndələrlə və ölkəmizdə fəaliyyət göstərən nüfuzlu xarici diplomatlarla İcma nümayəndələrinin ümumilikdə 78 görüşü olub. Milli Məclisin müxtəlif komitələri tərəfindən Qərbi Azərbaycan məsələsi ilə bağlı 6 ictimai dinləmə keçirilib. 

Asiya Parlament Assambleyası, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi, TürkPA, İslam Əməkdaşlıq Təşkilatının Nazirlər Şurası Qərbi Azərbaycan məsələsi ilə bağlı qətnamələr qəbul etmiş və İcmamızın qayıdış hüququnu dəstəkləyiblər.

İcmanın təmsilçiləri Türkiyədə, İspaniyada, Niderlandda, Almaniyada, Belçikada, Polşada, Macarıstanda, Qazaxıstanda, Özbəkistanda, Mərakeşdə, Avstriyada, İordaniyada keçirilən tədbirlərdə iştirak ediblər. 
Bununla belə, bu il avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşlər, Azərbaycanla Ermənistan arasında bağlanacaq Sülh sazişinin paraflanması, Azərbaycan dövlət başçısı ilə Ermənistan baş nazirinin birgə Bəyannaməsi, nəhayət, bölgəyə sülhün gəlməsinə inamı artırıb".

Ə.Ələkbərli İcmanın  hər iki dövlət başçısının dialoq səylərini alqışladığını və bu danışıqlara Qərbi Azərbaycan qaçqınlarının öz doğma ocaqlarına qayıdışına açılan qapı kimi baxdıqlarını söyləyib:

"Çünki bağlanacaq hər hansı sazişin dayanıqlığı bu iki xalqın – erməni və azərbaycanlıların birgəyaşayışına bağlıdır, birgəyaşayışın yeganə yolu isə hər bir insanın doğulub boya-başa çatdığı ərazilərə qayıdış hüququnun tanınmasından və təmin edilməsindən keçir. Əlbəttə, Ermənistan tərəfin narahatlığını da başa düşürük, yüzillər boyu xalqımıza qarşı etdikləri cinayətlərin haqq-hesabının bir gün onlardan soruşulacağından qorxurlar. Lakin möhtərəm Prezidentimz İlham Əliyev Milli Elmlər Akademiyasının yubileyindəki tarixi çıxışında bildirdi ki, soydaşlarımızın geriyə qayıdışı erməniləri qorxutmamalıdır. Və bu qayıdışın bütün detalları ideya müəllifi möhtərəm Prezidentimiz olan Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında öz əksini tapıb. Biz sülh yolu ilə və ləyaqətli şəkildə, bütün hüquqlarımız bərpa olunmaq şərtilə, qonaq kimi yox, ev sahibi kimi öz evlərimizə geriyə qayıtmaq istəyirik və qayıdacağıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://modern.az
archiveBu xəbər 24 İyun 2026 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri