Qərbi Azərbaycan ideyalarını daha da çoxaltmalıyıq
Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Qərbi Azərbaycan ideyalarını daha da çoxaltmalıyıq". SİA xəbər verir ki, bu sözləri komitə iclasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib.
Onun sözlərinə görə, dövlət siyasəti, dövlət başçısının təşəbbüsü ilə geniş işlərin görülməsi müşahidə olunur: "Birinci növbədə ictimai birliklərin fəaliyyəti irəli çəkilməlidir. Qeyri-hökumət təşkilatlarının ixtisaslı şəkildə çalışmasına önəm verməliyik. Çoxşaxəli fəaliyyətə ehtiyac var. Qeyri-hökumət təşkilatlarının fədakarlığı nəticəsində Qarabağ məsələsini reallaşdırdıq. İndi də bunu Qərbi Azərbaycan məsələsində fəaliyyətdə istifadə etməliyik.
Erməni vandalizmi ilə üz-üzəyik. İctimai birliklərin fəaliyyəti ona görə də əhəmiyyətli olacaqdır. İnsanların yalnız bu icmanın üzvü olmağı kifayət hesab etmirəm, hər kəs çalışmalıdır. Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını aktual olaraq bütün platformalarda aktiv göstərməliyik. Paralel olaraq bir erməni gedirsə, bir azərbaycanlının qayıdışını təmin etməliyik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 02 Dekabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















