Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Qərbi Azərbaycan həqiqətlərini daha çox gəncə çatdırmalıyıq

Qərbi Azərbaycan Xronikası: Qərbi Azərbaycan həqiqətlərini daha çox gəncə çatdırmalıyıq

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Jurnalist Rufik İsmayılovun müsahibi Qərbi Azərbaycan İcması Aparatının Gənclərlə iş üzrə məsul şəxsi Anar İrzaquluyev olub. O, Qərbi Azərbaycan İcmasının gənclərlə bağlı gördüyü işlərdən, həyata keçirdiyi layihələrdən söhbət açıb. Bildirib ki, ümumilikdə ölkə gəncliyi, o cümlədən əslən Qərbi Azərbaycandan olan yeniyetmə və gənclər öz bilikləri, bacarıqları, istedadları ilə İcmanın işinə böyük dəstək olurlar.

A.İrzaquluyev deyib ki, 2024-cü ilin mart ayında İcmanın Gənclər Şurasında keçirilən geniştərkibli görüşdə Qərbi Azərbaycanın 22 rayonu və kəndləri üzrə gənclərlə işləyəcək məsul şəxslər müəyyənləşdirilib: "Gənclərlə işin koordinasiyalı şəkildə qurulması üçün digər zəruri addımlar atılıb, müxtəlif ali təhsil müəssisələrində çoxsaylı görüşlər keçirilib. Tədbirlər planına uyğun olaraq hazırda da bu istiqamətdə işlər davam etdirilir. Sevindirici haldır ki, əslən Qərbi Azərbaycandan olan gənclər İcmanın təşkil etdiyi tədbirlərdə könüllü şəkildə, sevə-sevə iştirak edirlər. Onlar yeni təşəbbüs və ideyalar irəli sürürlər. Tarixi torpaqlarımıza qısa zamanda qayıtmaq onların ən böyük arzusudur".

A.İrzaquluyev il ərzində gənclərlə bağlı keçirilən tədbirlərə digər nümunə kimi, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə reallaşan futbol turnirini xüsusi qeyd edib: "20-dən artıq komandanın yarışdığı turnirdə hər bir rayonun tarixi adı onu təmsil edən yığma üzvlərinin futbol geyimləri üzərində əks olunmuşdu. Yekun olaraq qalib Qafan komandası olsa da, ümumilikdə qalib Qərbi Azərbaycan və bu ideya ətrafında toplaşan insanlar oldular. Turnirdə kütləvilik təşkil edildi, idman yarışı üzərindən maarifləndirici aksiya uğurla həyata keçirildi. Bundan başqa, cari il ərzində diaspor gənclərinin və tələbələrin düşərgələri də təşkil olunub, Qərbi Azərbaycanla bağlı olimpiada keçirilib. Diaspor gənclərinin Laçın görüşü hətta Ermənistanda da ciddi rezonansa səbəb olub. Bütün bu tədbirləri təşkil etməkdə məqsədimiz Qərbi Azərbaycan həqiqətlərini daha çox gəncə çatdırmaq, onları məlumatlandırmaqdır. Bu prosesin uğurlu alınması üçün müxtəlif qeyri-hökumət təşkilatları və könüllülərin dəstəyindən də yararlanırıq. Bu il ərzində yaddaqalan hadisələrdən biri də qəbul imtahanlarında 600-dən artıq bal toplayan 150-yə yaxın Qərbi azərbaycanlı gənclə keçirilən görüş oldu. Eləcə də Basarkeçər Rayon İcmasının təşkilatçılığı ilə rayon üzrə bu il ali təhsil müəssisələrinə qəbul olan gənclərlə görüş keçirilib. Təkcə bu rayon üzrə 800 gənc tələbə adını qazanıb. Onlarla aparılan söhbətlər bir daha göstərir ki, Qərbi Azərbaycanda tarixən elmə, biliyə, savada olan maraq bu gün də aktuallığını qoruyub saxlayıb".

A.İrzaquluyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin bir qrup Qərbi azərbaycanlı ziyalı ilə görüşünü xatırladaraq qeyd edib ki, dövlət başçısının öz ad gününü İcma nümayəndələri ilə keçirməsi soydaşlarımıza böyük ümid bəxş edib. O, ata-baba yurdu Dərələyəz mahalı Keşişkənd rayonu Ələyəz kəndindən də söhbət açıb. Valideynlərinin 1988-ci ildə zorla bu kənddən deportasiya olunduğunu, didərginlik həyatı yaşadığını qeyd edib. Bildirib ki, vaxtilə Qarabağı bələkdə məcburi köçkün kimi tərk edən uşaqlar 2020-ci ildə tanklar üstündə oranı işğaldan azad etdiyi, geriyə qayıtdığı kimi, Qərbi azərbaycanlı gənclər də dinc şəkildə, sülh və əmin-amanlıq şəraitində tarixi torpaqlarımıza qayıdacaq, doğma yurda yeni ruh, həyat gətirəcəklər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: "Qərbi Azərbaycan həqiqətlərini daha çox gəncə çatdırmalıyıq"

Qərbi Azərbaycan Xronikası: "Qərbi Azərbaycan həqiqətlərini daha çox gəncə çatdırmalıyıq"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Noyabr 2024 01:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see369

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see283

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see154

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see147

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see142

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see141

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see140

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see137

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see135

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see133

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see132

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see130

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see128

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see127

Ən kinli insanlar bu qan qrupundan olurlar ARAŞDIRMA

16 Oktyabr 2025 04:05see126

“Qqlobal savaş baçlaya bilər” ŞƏRH

16 Oktyabr 2025 14:56see126

Avropa ölkələrini də geridə qoymaq üzrəyik Sosioloq

16 Oktyabr 2025 06:24see124

Vətən müharibəsinin xronikası: 16 oktyabr VİDEO

16 Oktyabr 2025 08:01see123

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see123

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri