Icma.az
close
up
RU
“Qərbi Azərbaycan məsələsi mahiyyət etibarilə siyasi məsələ deyil“ Şəfahət Avılbəyli

“Qərbi Azərbaycan məsələsi mahiyyət etibarilə siyasi məsələ deyil“ Şəfahət Avılbəyli

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qərbi Azərbaycan məsələsi mahiyyət etibarilə siyasi məsələ deyil. Bu məsələ ilk növbədə tarixi ədalət, insan hüquqları, mədəni irsin qorunması və humanitar yaddaş problemidir”, – bu fikirləri tanınmış jurnalist, Qərbi Azərbaycanla bağlı bir çox elmi məqalələrin müəllifi, filologiya üzrə fəlsəfə doktoru Şəfahət Avılbəyli açıqlama verərkən bildirib.


 Onun sözlərinə görə, Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların taleyi siyasi manipulyasiya mövzusu ola bilməz.  Bütün elmi araşdırmalar və tarixi faktlar  ortaya qoyur ki, “XIX–XX əsrlər boyunca yüz minlərlə azərbaycanlı doğma yurdlarından zorla köçürülüb. Bu proses könüllü miqrasiya da deyil, məcburi köçürülmə xarakteri daşıyıb. İstər 1918-ci il hadisələrinə baxışda, istərsə də 1948-1953 və 1988-ci il köçürülmələri beynəlxalq hüquq normaları baxımından ciddi insan hüquqları pozuntularıdır  və bu proseslər rəsmi arxiv  sənədlərində öz əksini tapmışdır, – deyə o vurğulayıb. 


Ş. Avılbəyli qeyd edib ki, Qərbi Azərbaycan ərazisində azərbaycanlılara məxsus məscidlərin, qəbiristanlıqların, tarixi abidələrin və toponimlərin məhv edilməsi və ya dəyişdirilməsi mədəni irsin sistemli şəkildə silinməsi təkcə bir xalqın deyil, ümumbəşəri mədəni dəyərlərin itirilməsi deməkdir. 


Açıqlamada vurğulanıb ki, Qərbi Azərbaycan məsələsinə yanaşma siyasi ritorika üzərində deyil, elmi araşdırmalar, tarixi sənədlər və beynəlxalq hüquq prinsipləri əsasında formalaşmalıdır. Ş. Avılbəylinin sözlərinə görə, problemin məhz bu kontekstdə təqdim olunması onun beynəlxalq akademik və humanitar platformalarda daha düzgün anlaşılmasına imkan yaradar.


Bu faktların gündəmə gətirilməsi kimlərisə narahat etməməlidir. Ş. Avılbəyli bildirib ki, bu kontekstdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən qayıdış planı beynəlxalq hüquqa və humanitar prinsiplərə əsaslanan konseptual yanaşma kimi dəyərləndirilməlidir.
 Onun sözlərinə görə, sözügedən plan hər hansı siyasi və ya ərazi iddiası deyil, zorla doğma yurdlarından didərgin salınmış insanların təhlükəsiz, ləyaqətli və könüllü qayıdış hüququnun tanınmasına yönəlib. 


Filologiya üzrə fəlsəfə doktoru qeyd edib ki, Prezident İlham Əliyevin çıxışlarında Qərbi Azərbaycan məsələsi ardıcıl olaraq sülh, dialoq və beynəlxalq hüquq müstəvisində təqdim olunur. “Bu yanaşma göstərir ki, qayıdış  tarixi ədalətin bərpasına, mədəni irsin qorunmasına və regionda uzunmüddətli sabitliyə xidmət edir”, – deyə o vurğulayıb. 


Açıqlamada həmçinin qeyd olunub ki, qayıdış planının elmi, hüquqi və humanitar əsaslarla beynəlxalq ictimaiyyətə çatdırılması Qərbi Azərbaycan məsələsinin düzgün anlaşılması baxımından mühüm əhəmiyyət daşıyır.
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Dekabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see334

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see243

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see236

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see167

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see153

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see151

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see150

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see149

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see137

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see135

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see135

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri