Icma.az
close
up
RU
Bakı və İrəvan arasında dekabr danışıqlarında Qərbi Azərbaycan məsələsi Qərbi Azərbaycan Xronikası

Bakı və İrəvan arasında dekabr danışıqlarında Qərbi Azərbaycan məsələsi Qərbi Azərbaycan Xronikası

Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

“Report” xəbər verir ki, “Sülh sazişi mətnindən çıxarılan məsələ yenidən müzakirə olunur” adlı süjetdə dekabr ayında rəsmi Bakı və İrəvanın sülh müqaviləsinin müzakirəsi ilə bağlı yeni prosesin başlayacağı barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin ötən ay verdiyi açıqlamasına yer ayrılıb.

Bildirilib ki, danışıqların pərdəarxası dəqiq bilinmədiyi üçün yalnız ehtimallar irəli sürmək mümkündür: “Bu versiyalar arasında təbii ki, əsas məsələlərdən biri Qərbi azərbaycanlıların evlərinə qayıdışı, bunun sülh sazişinin mətninə daxil edilməsi, yaxud Bakı və İrəvan arasında hansısa formada rəsmiləşməsidir”.

Qeyd olunur ki, Bakı və İrəvan arasında gözlənilən dekabr danışıqları iki hissəyə ayrılır: “Birincisi, sülh sazişinin mətni ilə bağlıdır və burada əsas problematik məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Konstitusiyasının dəyişdirilməsi və digər normativ-hüquqi aktlarından, xüsusilə Müstəqillik bəyannaməsindən imtina edilməsidir. İkincisi, sülh sazişinin mətnindən çıxarılan, lakin Bakı-İrəvan xəttindəki danışıqların ayrılmaz hissəsi olan kommunikasiyanın açılması və sərhədin delimitasiyasının müzakirə edilməsidir”.

Süjetdə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan, rusiyalı politoloq Andrey Areşevin, erməni türkoloq Varujan Qeqamyan və erməni politoloq Alen Gevondyanın fikirləri də ön plana çəkilir. Onların sözlərinə görə, Azərbaycan prioritet hesab etdiyi ərazilərdə delimitasiyanın keçirilməsinə nail olmağa çalışır: “Bu, onların düşüncəsi ilə Qərbi Azərbaycana doğru addım-addım irəliləməkdir. Ermənistan hakimiyyəti də Azərbaycanın tələblərinə boyun əymək və güzəştə getmək prinsipinə uyğun davranır. Rəsmi Bakı güclü mövqedən çıxış edir və daha çox tələblər irəli sürür. Əsas tələb Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Pərdəarxası tələblərdən biri də Qərbi Azərbaycana qayıdışla bağlıdır. Ermənistanda hesab edirlər ki, Paşinyanın Qərbi Azərbaycanı qondarma “Qərbi Ermənistan” iddiası ilə eyniləşdirməsi azərbaycanlıların qayıdışı ilə bağlı öhdəliklər götürməyə hazırlaşmasından qaynaqlanır. Bu kimi açıqlamalarla erməni ictimai rəyində Qərbi Azərbaycan konsepsiyasını qanuniləşdirir. 300 min azərbaycanlının geri qayıtması aktualdır və bu baş tutacağı təqdirdə, Ermənistanın hazırki əraziləri daxilində Azərbaycan dövləti qurulacaq. Ermənistan hakimiyyətinin 2025-ci ildə yaratmağa hazırlaşdığı Milli Qvardiya da azərbaycanlıların geri qayıdışına hazırlıq məqsədi daşıyır”.

Sonda vurğulanır ki, öz yurduna qayıdış hər bir qərbi azərbaycanlının beynəlxalq hüququdur və bunun təmin edilməsinin təminatçısı Azərbaycan olacaq: “Bu baxımdan, dekabr danışıqları Qərbi Azərbaycan konsepsiyası üçün xüsusi əhəmiyyət daşıyacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Bizim Telegram kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://report.az
archiveBu xəbər 06 Dekabr 2024 01:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri