Icma.az
close
up
RU
Qərbi Azərbaycan! Qəlbimizdəki sevgi Vətən!

Qərbi Azərbaycan! Qəlbimizdəki sevgi Vətən!

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Vətən Anadır, Ana Vətən. Ruhumuzda yaşayan duyğu, könlümüzün sevdası Vətən. Özüm görməsəmdə, anamın gözləri ilə görmüşəm o yerləri. O müqəddəs yerlərin saf bulaqlarından içmişəm sanki. Hər dağı, hər bulağı mənə eyni hissləri yaşadır. Kənd-kənd, el-el, oba-oba o yerləri ruhumla, xəyalımda dolaşıram. Sərhəd yoxdu, əngəl yoxdu. Ruhum gəzir o diyarda, Qərbi Azərbaycanda. Vətən göylərinin nurlu səmasında və birdə oğul borcu....

Hər dəfə dərsdən gələndə qiymətimi göstərməyə çalışırdım anama. Baxıb gülümsəyir”. “Bilirəm, yaxı oxuyacaqsan, başımı tumarlayır, üzümdən öpürdü. “Bilirəm, yaxşı oxuyacaqsan” sözünü elə əminliklə deyirdi ki, sanki mənə dünyanın gücünü verirdi... Qartal kimi qanadlanırdım.

Dərsdən gələndə yorğun, taqətdən düşmüş olsam da bu sözlər mənim ruhumu titrədirdi. Hardan idi bu əminlik...

Bir neçə dəfə mənə “Sən mənə heç əziyyət vermədin. Doğulanda çəkin çox az idi. Hamı narahatlıq keçirir, necə olacaq? Görən qalacaqmı? ” deyirdi. Məni 1 həftə pambığın içində saxlıyıblar, əl-qolum o qədər nazik imişki, qırılar deyə (O vaxtlar güvəz xəyal idi.) pambığa büküblər. Xəstəxananın Baş həkimi “Lala, narahat olma, Allah saxlayana heç nə olmaz”. Üç gün həkim evinə getmiyib. Məni bax beləcə qoruyublar. Üç gün sonra anam “Həkim, Allah səndən razı olsun. Şükür, balam nəfəs alır. Deyəsən qalacaq. Siz evinizə gedin, İnşallah qalar.” deyir və həkimi evinə göndərir. Bunları danışanda anamın üzündə hər zaman təbəssüm olurdu. Çünki, o həkimin nur üzlü bir insan olduğunu dəfələrlə demişdi...

Türkiyədə Doktorantura təhsilimi başa vurub vətənə qayıtdıqdan sonra 2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında Akademik İsa Həbibbəylinin dəstəyi ilə “Bir əsr boyunca Ermənistan-Azərbaycan münasibətləri” adlı kitabım yayınlandı. Həmin əsərin ilk səhifəsində bu sözləri yazmışam “Bu əsəri 1948-1953-cü illərdə öz ata-baba yurdu Qərbi Azərbaycandan məcburi köçə məruz qalan və köç sırasında yaşadıqları ağrı-acıları mənim uşaqlıq hafizəmə hopduran əziz Anam Leyla Xudabaxış qızına ithaf edirəm.” Bu söz həmdə oğlun anaya, doğma diyarımız olan Qərbi Azərbaycana ruhi bağlılığın vəfası, vətənə ruhumuzun mayası yoğrulan müqəddəs yerlərə bağlılığın təzahürü idi.

Aldığımız nəfəsdə, qazandığımız hər uğurda sən varsan Ana!

Sənin zəhmətin, sən verdiyin tərbiyə, sənin bəhrəndir sahib olduğumuz. Vətən sevgisi də ruhdan gəlir, anadan başlanır. Əlim çatmasa da, ünüm yetməsə də ruhun mənimlə qəlbimdədir. Bu sevgi mənim üçün ən müqəddəs hisslərdən biri, ülvi duyğularımızı, sözlərimizi söylədiyimiz torpaqlara duyulan bağlılıqdır. Ana dili necə ki, bizim ilk ünsiyyət vasitəmizdir, eləcə də ana vətənə sevgi də uşaqlıqdan, ailə tərbiyəsindən gəlir. Ana qucağında eşitdiyimiz laylalar, nənələrimizin danışdığı nağıllar, bayramlarda oxunan mahnılar- hamısı ruhumuzun dərin qatlarında özünə yer tutur. Ruhdan gələn bu sevgi bizə güc, qüvvət, enerji verir.

24 aprel 2025-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində Professor Mahirə xanım Nağıqızının təşkilatçılığı ilə “Konstusiya və Suverenlik ili çərçivəsində “Qədim yurd yerlərimiz, soykökümüz Aşıq Ələsgər” adlı tədbir keçirildi. Tədbir bədii və rəsmi hissədən ibarət idi. Bədii hissədə tələbələrin ifasında Qərbi Azərbaycana həsr olunan kompozisyalar təqdim olundu. Tələbələrin ifasında milli rəqslər, həmçinin şeir qiraəti səsləndirildi. Ruhumuzun dərinliklərində məskən salan vətən sevgisi yenidən cuşa gəldi. Gözlərdə inam, sözlərdə əminlik, ürəkdə qətiyyət göründü. Yüksək təşkilatçılıq qabiliyyətinə görə tədbirin təşkilatçıları Pedaqoji Universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru, Professor Mahirə Nağıqızı Hüseyovaya, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin rəhbəri Leyla Cəlalovaya, Mərkəzin əməkdaşı Möhübbət Dərələyəzliyə və hüquqşünas Səməd Vəkilova öz təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Vətən sevgisi yalnız sözlə deyil, əməllə sübut olunur. Tariximiz boyu bu torpaqlar uğrunda canından keçən qəhrəmanlarımız, bu müqəddəs sevginin daşıyıcıları olublar. Onlar üçün vətən sadəcə bir coğrafi məkan deyil, ruhlarının, milli kimliklərinin bir hissəsi idi. Bu gün bizə düşən əsas vəzifə bu sevgini qorumaq, gələcək nəsillərə ötürmək və doğma vətənimizə geri dönməkdir. Bütün ruhumuzla buna inanmalı, gücümüzü sərf etməliyik. Çünki Vətən sevgisi həmdə bir əmanət: xalqına, dilinə, mədəniyyətinə sahib çıxmaq, onu yaşatmaq əzmidir.

Mahir Qəribov

Tarix üzrə fəlsəfə doktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 28 Aprel 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see350

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see341

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see337

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see309

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see308

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see213

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see204

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see201

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see191

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see188

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri