Icma.az
close
up
RU
Azərbaycan sevgili Vətən!

Azərbaycan sevgili Vətən!

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nurəddin İsmayıl

Azərbaycan - sevgili Vətən!

Nələr çəkdi əsrlərlə, dərdli basın sənin, hansı atəşlər içində qovrulmadı, torpağın, daşın sənin?

Bütövlüyün, birliyin daim, hədəfinə çevrildi irqçi, qatı şovinistlərin, can çəkişdin, qanlı caynağında dişi qanlı imperialistlərin.

O tayını sömürdü dilini, soyunu namərdcəsinə dananlar, bu tayını qurd kimi gəmirdi, varlığını alçaqcasına yoxdan sananlar.

Əlbir, dilbir olub qəsdinə durdu, fars, rus cəlladı, səni param-parça edən bir sənəd qolladı. Sənin cənnət guşələridnə oturtdular soysuz hayları, zülm, istibdad yaşadı türkün qos-qoca boyları.

Zorlu köçlər, sürgünlər, soyqırımlar başlatdılar, övladlarına tarixin ən acı günlərini yaşatdılar.

Bölünmüşdün, bir də, bir də böldülər, tarixinə şahid, qədim adlarını xəritələrdən sildilər.

O tayında “türkəm” deyənin gözünü oydular, bu tayı qədim türk elini, Zəngəzursuz qoydular.

Doğma İrəvanı etdilər soysuzlar paytaxtı, Qarabağı separatçı rejimin qorunan taxtı.

Əsrin qanlı faciəsi yaşandı Xocalıda, əsir düşdü, Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı da. Cəbrayıl, Fizuli, Ağdam silindi yer üzündən, hələ də qanlar axır Şuşanın dilbər gözündən.

Qahmar çıxdılar təcavükara fars, rus, Qərb ağaları, otuz il yurdumda at oynatdı erməni dığaları.

Ədalət gözlədik, ikili standartları saldılar araya, gözlər dikildi məkirli Kremlə, ABŞ-də Ağ Saraya.

Avropası susdu, dinmədi, erməni himayədarlığından bir addım geri dönmədi. ATƏT barış yerinə baş girlədi, vaxtı uzatdı, erməni lobbisinin parası onu əydi, alçatdı.

Fəqət, Mübariz, Polad tək ərənlər girdi meydana, haqqın gücünü göstərdilər, yolunu azmış, iblis-şeytana.

Bir əmrlə səfərbər olub övladların, torpağımdan kökünü kəsdi erməni cəlladların. Təyinat alan xüsusi təyinatlılar, zirvələr fəth edib, Şuşanın dadına çatdılar. Gəldi “Dəniz pişikləri”, Gəldi “Yaşma”sı, alındı düşməndən Xocalının qisası.

Nə qəhrəmanlıq, nə igidlik ki, göstərdi müzəffər əsgər, şəhid, qazi olmaq üçün hər an, səfərbər əsgər. Olmadı cəsurluğun belə misli, tayı, cahan içində, düşmən üstünə şığısın, yaralı silahdaşı, çiynində.

Görmədim nə Şərqdə, nə də Qərrbdə, örnək olan döyüşçümə, qanlı döyüşdə, hərbdə. Hər şəhid cənnət məqamına yetdi fəda canıyla, hər qazi qəhrəmanlıq dastanı yazdı axan qanıyla.

Azərbaycan - sevgili Vətən!

Nə gözəldir sinən üstə ucalanan zəfər bayrağın. Nə gözəldir şəhid qanından lalələr bitdiyi əziz torpağın. Sənin istiqlal paytaxtın Bakının yolu, izi gözəl, Bakının Azərbaycan bütövlüyünə səslədiyi dogma qardaşı, Təbrizi gözəl.

Nə xoş sənin bu gününə ki, uca kürsülərdə üçrəngli bayrağına, ay ulduzlu bayrağı işıq saçan, Turana doğru gedən yolda sənə dayaq olan qardaş Türkiyəmizlə qoşa yürüyürsən! Bu birlikdən ilhamlanıb, coşqun dənizlər kimi kükrüyürsən.

Azərbaycan - sevgili vətən!

Zülmətləri adlayıb, işıqlığa çıxdığın xoş günlərin qutlu olsun! Nə könül bağçamızda açan güllərin, nə bir daha istiqlal bayrağın saralıb-solsun!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 May 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri