Icma.az
close
up
RU
Qərbi Azərbaycan TV kanal televiziyasına keçə bilər

Qərbi Azərbaycan TV kanal televiziyasına keçə bilər

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin növbəti iclası keçirilib.

Bu barədə “Cebheinfo.az”-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Bildirilib ki, iclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Prezident İlham Əliyevin 03 noyabr 2025-ci il tarixində AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlərin Qərbi Azərbaycan İcmasının fəaliyyətinə yeni məsuliyyət yükü əlavə etdiyini vurğulayıb. 

O, son illər ərzində İcma tərəfindən ölkənin şəhər, rayon və kəndlərində Qərbi Azərbaycan mövzusunda genişmiqyaslı tədbir və layihələrin həyata keçirildiyini diqqətə çatdırıb, İcmanın gələcək fəaliyyətinin prioritet istiqamətləri üzərində dayanıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu çıxışında dövlət başçısının son bəyanatlarından sonra İcmanın fəaliyyətində yeni mərhələnin başlandığını qeyd edib və qarşıdakı dövr üçün strateji hədəflərə toxunub.

Dərələyəz mahalının Keşkənd rayon İcmasının sədri, tanınmış dilçi alim, şair, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Qərbi Azərbaycana qayıdış prosesinin beynəlxalq hüquq normaları əsasında hüquqi, təşkilati və ideoloji hazırlığının əhəmiyyətini vurğulayıb. 

O, ali təhsil müəssisələrində mövzuya dair konfransların təşkilinin faydalı olacağını qeyd edib, Qərbi Azərbaycan TV-nin kanal televiziyasına keçirilməsini, həmçinin Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı materialların xarici dillərə tərcümə edilərək ölkə xaricində geniş təbliğini təklif edib.

Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov Qayıdış Konsepsiyasının beynəlxalq hüquqa və tarixi ədalətə söykəndiyini bildirərək hüquqşünaslarla tarixçilərin birgə fəaliyyətinin zəruriliyini qeyd edib.

Milli Məclisin deputatı Aydın Mirzəzadə İcmanın təşkilatlanmasını mühüm siyasi və hüquqi hadisə adlandırıb. O, Qərbi Azərbaycanda anadan olmuş və ölkənin inkişafında xüsusi xidmətləri olan ziyalılar barədə kitabların nəşrini, eləcə də Qərbi Azərbaycan muzeyinin yaradılmasını təklif edib, təbliğat işlərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Əməkdar jurnalist Həsən Həsənov Qərbi Azərbaycan tarixinin son illərdə daha dərindən araşdırıldığını bildirib. O, ermənilər tərəfindən tarixi izlərin silinməsinin Qərbi Azərbaycanın türk torpağı olması həqiqətini dəyişmədiyini qeyd edib və deportasiya olunmuş qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına tam hüquqi və mənəvi haqqı olduğunu vurğulayıb.

AMEA Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov Qərbi Azərbaycan tarixinin elmi əsaslarla daha geniş araşdırılmasının vacibliyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Kamran Bayramov qayıdış hüququnun təmin edilməsini dövlətin prioritet istiqamətlərindən biri kimi qiymətləndirərək beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əlaqələrin gücləndirilməsinin, diplomatik nümayəndəliklərlə mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti üzərində dayanıb.

Bakı QHT Resurs və Təlim Mərikəzinin sədri Rauf Zeyni həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini qeyd edərək sosial şəbəkələrdə mövzunun daha fəal təbliğinin əhəmiyyətinə toxunub.

Tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix İnstitutunun elmi əməkdaşı Nazim Mustafa Qərbi Azərbaycan Ensiklopediyasının hazırlanması işinə daha geniş miqyasda mütəxəssislərin cəlb edilməsinin vacibliyini qeyd edib.

ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri, professor İbrahim Bayramov tarixi qələbədən sonra dövlət qarşısında duran əsas vəzifələrdən birinin Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımızın öz dədə-baba yurdlarına dönüşünün təmin edilməsi olduğunu bildirib. O, Qərbi Azərbaycan İcmasının Elm Komissiyasının iştirakı ilə regionun tarixi, mədəniyyəti, ədəbiyyatı və görkəmli şəxsiyyətləri barədə kitabların nəşr edilməsinin vacibliyini vurğulayıb.

İclasın sonunda Qərbi Azərbaycan İcmasının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri üzrə konkret tapşırıqlar müəyyən edilib və müvafiq işçi qruplarının formalaşdırılması barədə qərarlar qəbul olunub.

Nigar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri