Icma.az
close
up
RU
Qərbi Azərbaycan İcması (TV) nə demək istəyir?

Qərbi Azərbaycan İcması (TV) nə demək istəyir?

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Qərbi Azərbaycan İcmasının nəzdində fəaliyyət göstərən “Qərbi Azərbaycan TV”-nin Feysbuk səhifəsində Səidə Bəkirqızının ünvanına alovlu təbrik yazılıb. Heç şübhəsiz, bu təbrik 54 min izləyicisi olan Qərbi Azərbaycan İcmasının mövqeyini özündə əks etdirir. Niyə məhz indiki situasiyada? S.Bəkirqızının doğum günüdür, sırf buna görəmi?! əslən Qərbi Azərbaycandan olan xeyli sayda jurnalist var, İcma bunların hansını təbrik edir!? Təbrikdə səslənən fikirlər xanım jurnalistin məcburi köçkünlərlə bağlı qalmaqallı çıxışlarına açıq dəstəyin ifadə olunmasıdır. İnsanların təbrik olunması, xüsusilə də xanımların diqqətə alınması təqdirəlayiqdir. 
Amma...
Ölkədə çox maraqlı proseslər baş verir və məlumatlı şəxslər bu proseslərin hansı məqsədlərə xidmət etdiyini yaxşı bilirlər. Dövlətin strateji hədəflərindən birinin reallaşması üçün üç il bundan əvvəl yaradılan Qərbi Azərbaycan İcmasının emosional tərəfkeşlik nümayiş etdirməsi ciddi şübhələr və suallar yaradır. 
Qərbi Azərbaycan İcmasına iki sualım var: 
Birincisi, S.Bəkirqızı “Space” TV-dən aşağıdakı bu fikirlərinə görə qovulub: “Yeniyetməyə tə*cavüz edənlərin qızına da eyni hərəkəti etmək lazımdır ki, başa düşsünlər...”. 
Sual edirəm, Qərbi Azərbaycan İcması təbrik etdiyi S.Bəkirqızının bu fikirlərini də bölüşürmü? Çünki təbrikdə jurnalist “sözün düzünü deyən, qorxmaz, dürüst və cəsarətli” adlandırılır. Məhz belə bir ərəfədə nümayişkəranə mövqe sərgiləmək təsadüf hesab oluna bilməz. Qərbi Azərbaycan İcması bunu da bilməmiş deyil ki, S.Bəkirqızı bu sözləri ilə azyaşlı qızları z*rlamağa məruz qoymaq üçün efirdən çağırış edir. Bu, cinayətə təşviqdir və qanunla məsuliyyət yaradır. Xanımın ağır travmatik xəstəlikdən əziyyət çəkdiyi açıq görünür, jurnalistikanın prinsiplərindən tamamilə xəbərsizdir, klassik vətənpərvərlər kimi çıxışlarında ağlamaqla kütlənin həssas yerlərinə nüfuz edə bilib. 
İkincisi, tutaq ki, sabah Zəngəzur, Göyçə və Dərələyəz geri qayıtdı. O halda qərbi azərbaycanlıların hamısı Bakıdakı mülklərini, işlərini, qurduqları həyatlarını qoyub doğma yurdlarına geri dönəcəklərmi? Yaxud, qərbi azərbaycanlıların özbaşına köç edib həmin torpaqlarda rahat yaşamaq imkanları olacaqmı? 
Bəs onda necə olacaq - Səidə Bəkirqızının bu gün toplum halda qarabağlıların ünvanına səsləndirdiyi “niyə qayıtmırsınız torpaqlarınıza?” ittihamı sabah qərbi azərbaycanlıların ünvanına səslənsə, Qərbi Azərbaycan İcması yenə də onu tərifləyib dəstəkləyəcəkmi?
Qeyd edim ki, Qərbi Azərbaycan İcmasının əsas ideoloji funksiyalarından biri bölücülüyü, regionçuluğu, ayrıseçkiliyi dəstəkləmək yox, bütövlüyümüzə töhfə verməkdir. Eləcə də Qərbi Azərbaycana qayıdış təkcə qarabağlıların vəzifəsi deyil, qarabağlı, şamaxılı, naxçıvanlı, yardımlılı, gəncəli də və s. bu müqtədir missiyanın əsas dəstəkçiləridir. 
Samir Feyruzov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Sentyabr 2025 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri