Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Erməni düşüncəsinə görə, Türk öldürülməlidir

Qərbi Azərbaycan Xronikası: Erməni düşüncəsinə görə, Türk öldürülməlidir

Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

BAKU.WS xəbər verir ki, jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, tarix elmləri doktoru, professor Anar İsgəndərov olub.

O, ötən əsrin əvvəlində - 1905-1907-ci illərdə azərbaycanlılara qarşı törədilən kütləvi qırğınlardan, ermənilərin əsas məqsədlərindən söhbət açıb.

Bildirib ki, 31 mart soyqırımı Azərbaycan xalqının taleyində və tarixində nə birinci, nə də sonuncu faciədir. Tarixçi-alimin sözlərinə görə, həmin dövrdə imperialist dövlətlər vətənsiz ermənilərə vətən yaratmağı söz veriblər. Bundan irəli gələrək, müxtəlif partiya və təşkilatlar səviyyəsində birləşən, silah-sursat toplayan ermənilər müsəlman-türk əhaliyə, silahsız insanlara qarşı qətliamlar törədiblər. Ermənilər 1918-ci ildə Osmanlı ərazisi ilə yanaşı, Şimali Azərbaycanda, eyni zamanda Qərbi və Cənubi Azərbaycanda da dinc insanları amansızlıqla qətlə yetiriblər. Başlıca hədəf isə bu coğrafiyada yerli əhalinin tamamilə məhv edilməsi hesabına dənizdən-dənizə uydurma "böyük Ermənistan" dövləti yaratmaq olub.

Professor A.İsgəndərov vurğulayıb ki, əslində bu hadisələr ermənilərin uzun illər müsəlman türklərə bəslədikləri nifrətin bariz nümunəsidir.

Tarixçi-alim qeyd edib ki, ABŞ, Böyük Britaniya, Türkiyə, Rusiya və Gürcüstan arxivlərində ermənilərin soyqırımı cinayətlərinə dair çoxsaylı sənədlərə rast gəlinib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://baku.ws
archiveBu xəbər 31 Mart 2025 23:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see180

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see175

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see158

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see155

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see141

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see140

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see138

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see137

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see136

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see134

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see133

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see132

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri