Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Nüvədidə bir nəfər də olsun erməni yaşamayıb

Qərbi Azərbaycan Xronikası: Nüvədidə bir nəfər də olsun erməni yaşamayıb

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Jurnalist Rufik İsmayılovun müsahibi Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının üzvü, sabiq millət vəkili, Nüvədi sakini Musa Musayev olub. O, Qərbi Azərbaycanın Mığrı rayonundan, doğulub boya-başa çatdığı Nüvədi kəndindən söhbət açıb.

Bildirib ki, qədim tarixə, çətin relyefə malik olan bu yaşayış məntəqəsində əzəldən türklər məskən salıblar. 1991-ci ilin avqust ayına kimi Nüvədidə bir nəfər də olsun erməni yaşamayıb. Lakin hər şeyi saxtalaşdıran ermənilər sovet hakimiyyəti illərində Mığrı rayonunun adını dəyişib Mehri ediblər. Eyni zamanda, erməni birinci katib Levon Mirzoyanın təklifi ilə üç Azərbaycan kəndi, o cümlədən Nüvədi Ermənistana verilib. Deportasiyadan sonra isə Nüvədi kəndinin adı dəyişdirilib.

M.Musayev deyib ki, Nüvədi sakinləri əsasən meyvəçilik və heyvandarlıqla məşğul olub, yay aylarında yaylaqlarda, digər fəsillərdə isə kənddə yaşayıblar. Belə həyat tərzi sürən nüvədililər elmə, təhsilə də böyük diqqət yetirib, övladlarının ali təhsilli olmasına çalışıblar. Ötən əsrdə azərbaycanlılara qarşı törədilən soyqırımı və deportasiyalardan danışan M.Musayev söyləyib ki, hər dəfə belə tarixi sınaqlarla üz-üzə qalan nüvədililər doğma kəndi tərk etməməyə çalışıblar. Vəziyyət dözülməz olanda isə qonşuluqdakı yaşayış kəndlərinə müvəqqəti köç edib, ara sakitləşdikdən sonra geri qayıdıblar. Bu, onların Vətənə, elə, obaya bağlılıqlarından qaynaqlanıb.

Müsahib söyləyib ki, 1988-ci ildə Qərbi Azərbaycandan soydaşlarımız deportasiya olunanda da Nüvədi sakinləri üç il ermənilərə sinə gərib, doğma kəndlərini tərk etməyiblər. Kənd ağsaqqallarının təşkilatçılığı ilə yaradılan Nüvədi özünümüdafiə batalyonu 1991-ci ilə qədər dəyanət göstərib, təkbaşına mübarizə aparıb, yaşayış məntəqəsinə ermənilərin daxil olmasına imkan verməyib. Lakin SSRİ rəhbərliyinin erməni millətçilərinə havadarlıq etməsi sayəsində Qərbi Azərbaycanın sonuncu yaşayış məntəqəsindən də soydaşlarımız deportasiya olunublar. Qaçqına çevrilən nüvədililər 1991-ci ildə Zəngilan rayonunun Vejnəli kəndində məskunlaşıb, tarixi ədalətin tezliklə bərpa olunacağına, təkrar geri qayıdacaqlarına ümid ediblər. Amma 1993-cü ildə Zəngilanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunması ilə nüvədililər həm də məcburi köçkünə çevrilib, Bakı və Gəncə şəhərlərində məskunlaşıblar.

M.Musayev ulu öndər Heydər Əliyevin nüvədililərə dəstəyindən, Nüvədidən didərgin salınan 452 ailənin BMT-yə və müxtəlif beynəlxalq təşkilatlara müraciətindən, soydaşlarımızın Vətən həsrətindən də danışıb. Vurğulayıb ki, qısa zaman kəsiyində yüksək səviyyədə təşkilatlanan Qərbi Azərbaycan İcmasının gördüyü işlər, tarixi torpaqlarımız uğrunda mübarizənin yeni mərhələsi Nüvədi sakinlərində də ata-baba yurda qayıtmaq ümidini artırıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

Qərbi Azərbaycan Xronikası: "Nüvədidə bir nəfər də olsun erməni yaşamayıb"

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Dekabr 2024 01:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see293

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see198

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see172

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see157

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see156

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see145

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see141

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri