Qərbi Azərbaycan Xronikası: Son beş ildə Ermənistanı 40 mindən çox insan tərk edib
Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənistanda bölgələr sürətlə boşalır” adlı süjet hazırlanıb.
“Report” xəbər verir ki, süjetdə son beş ildə 40 mindən çox insanın Ermənistanı tərk etməsindən bəhs olunur.
Bildirilir ki, ermənilər Azərbaycanın tarixi bölgəsindən kütləvi şəkildə qaçırlar, proses Zəngəzur, Göyçə və digər mahallarda daha sürətlə gedir.
Qeyd olunur ki, bir neçə ay ərzində Tavuş bölgəsində əhali 3 200 nəfər, Göyçə (Geqarkunik) ərazisində isə 15 min nəfər azalıb.
Sonda vurğulanır ki, Qarabağdan köçən ermənilərə qarşı Ermənistanda kütləvi narazılıq başlayıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 05 Fevral 2025 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















