Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış bizim siyasi və strateji hədəfimizdir

Qərbi Azərbaycana qayıdış bizim siyasi və strateji hədəfimizdir

Icma.az, Yenigundem saytına istinadən bildirir.

Qərbi Azərbaycana qayıdış bizim siyasi və strateji hədəfimizdir. Ermənilərin Qərbi Azərbaycan torpaqlarına necə sahiblənməyə çalışmaları, dağıdıcılıq faktoru, insanların öz ərazilərindən sürgün olunması kimi acı reallıqla üz-üzə qalması yaxın tariximizin fəci proseslərindən biridir. Artıq Zəngəzura qayıdışla bağlı xalqın içindəki ümid işartıları görünməkdə, inamlı gələcəyə yön almasına rəvac verilməkdədir. Bu inamı qazandıran 44 günlük Zəfər savaşı, bir günlük antiterror əməliyyatı zamanı nail olduğumuz üstünlüklər oldu. Dövlət başçısı İlham Əliyevin bu sahədə yorulmadan apardığı mübarizə əzmi, zəfərləri zəfərlərə bağlayan Qərbi Azərbaycan amalı ilə bağlı eyni qətiyyət və israrla çıxış etməsi, bu məsələnin prioritet istiqamət kimi ön plana çəkilməsini təmin edir.

Hələ 2022-ci il, dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcması ilə görüşü zamanı çıxışında bildirmişdir ki, “Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri, tarixi abidələri, qəbirləri dağıdıb, olmazın vəhşiliklər edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki, Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi. Halbuki iki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilmişdi. Ancaq onların məruzəsinə baxdıqda, yenə də ikili standartlar görürük. Bir tərəfdən, o vəhşilikləri, dağıntıları, qanunsuz məskunlaşmanı etiraf etməyə məcbur oldular, digər tərəfdən yenə də balanslı yanaşaraq işğalçı ilə işğala məruz qalanı necə deyərlər, bir müstəviyə qoydular. Ona görə Qərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək”.

Prezident İlham Əliyevin dediyi kimi də oldu. İki ildir fəaliyyət göstərən Qərbi Azərbaycan İcması dinamik fəaliyyəti ilə diqqət mərkəzindədir. Beynəlxalq aləmdə proseslərə operativ reaksiyası ilə seçilir, BMT çərçivəsində çoxlu sənədləri yayılıb. Qurumun bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa İttifaqı, UNESCO ilə əməkdaşlığı genişlənib. 2024-cü ildə Qambiyada keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşündə 57 dövlətin yekun sənədində, Ermənistandan qovulmuş azərbaycanlıların qayıdışına dəstək ifadə olunması və erməni vandalizminin qınanması həm Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aramsız mübarizəsinin, həqiqətləri beynəlxalq müstəvilərə çatdırma peşəkarlığının, həm də Qərbi Azərbaycan İcmasının son iki illik əməli fəaliyyətinin nəticəsi kimi dəyərləndirilməlidir.

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması bu mənada, Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı gördüyü konseptual işləri ideoloji təməl olaraq prioritetə çevirmək məqsədi daşıyır. Təşəbbüs Qrupunun yaradılması məsələni parlament müstəvisinə gətirmək deməkdir. Daha sərt və kəsərli mövqedən söz demək, Qərbi azərbaycanlıların arzu və istəklərini daha yüksək tribunadan səsləndirmək niyyətinin ifadəsidir. Bu, artıq Qərbi Azərbaycana qayıdışla bağlı yeni institutlaşma formalaşdırmaq, xalqın arzu və istəklərini ictimai platformadan qanunvericilik platformasına daşımaq məqsədi daşıyır. Qərbi Azərbaycana qayıdışın təmin olunması  ilə bağlı daha sistemli fəaliyyət göstərmək və azərbaycanlıların haqq səsini dünya ictimaiyyətinə çatdırmaq, onların pozulmuş hüquqlarını bərpa etmək, Ermənistan hökuməti və parlament üzvləri ilə görüşlər aparmaq burada əsas prioritetdir.

İnanırıq ki, sülh istəyi və insanlıq ləyaqətini cəm edib liderlik tərcümeyi-halının əsas xəttinə çevirən cənab İlham Əliyevin qətiyyəti sayəsində Azərbaycan, ən uzaq tarixləri yaxınlaşdırdığı, ən əlçatmaz arzuları gerçəyə çevirdiyi kimi, tezliklə Qərbi Azərbaycana qayıdış müjdəsini də xalqımıza ərmağan edəcək.

Elnarə Akimova,
​YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 04 Dekabr 2024 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri