Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış strateji hədəfdir

Qərbi Azərbaycana qayıdış strateji hədəfdir

Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.

XX əsr Azərbaycan tarixinin ağrılı-acılı səhifələrindən, faciələrlə dolu dövrlərindən biri soydaşlarımızın dədə-baba torpaqları olan Qərbi Azərbaycandan kütləvi şəkildə zorakılıqla deportasiya olunmasıdır. Erməni millətçilərinin riyakar və məkrli siyasəti nəticəsində on minlərlə azərbaycanlı "könüllülük" pərdəsi altında acı göz yaşları axıda-axıda, yüzlərlə, minlərlə qurban verə-verə doğma yurdlarından zorla çıxarılmış, fəryad çəkə-çəkə sürgünə məruz qalmışdır.

Erməni millətçilərinin şovinist siyasəti bütün XIX-XX əsrlər boyu mərhələ-mərhələ davam etdirilmiş, deportasiyalar və soyqırımları nəticəsində minlərlə dinc azərbaycanlı amansız formada məhv edilmişdir. Ulu öndər Heydər Əliyevin 1997-ci il dekabrın 18-də imzaladığı "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" fərmanda deyilir: "Son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalmışdır. Mərhələ-mərhələ gerçəkləşdirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən - min illər boyu yaşadıqları öz doğma tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalmış, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb viran edilmişdir".

Azərbaycan torpaqlarına göz dikən erməni millətçiləri monoetnik və "türksüz Ermənistan" uğrunda qərinələr boyu gizli və bəzən leqal müharibələr aparmışlar. Onlar ən alçaq və rəzil mübarizə formalarından istifadə edərək "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək üçün saxta ideoloji tezislər formalaşdırmış, terrorçu təşkilatlar yaratmış, türk xalqlarına və azərbaycanlılara qarşı genişmiqyaslı qətllər və vəhşiliklər törətmişlər.

Nəticədə minlərlə azərbaycanlı ailəsi nəinki Azərbaycanın müxtəlif rayonlarına, hətta SSRİ-nin başqa respublikalarına da qaçmağa məcbur olmuşdu. Beləliklə, 1948-1953-cü illərdə Ermənistandan 144.654 nəfər doğma ev-eşiyindən zorla köçürülmüşdü.

Ermənistan ərazisində elə indinin özündə əvvəllər azərbaycanlıların yaşadığı yüzlərlə kənd xarabazarlığa çevrilmişdir. Ermənistan KP MK-nın 1975-ci il yanvar plenumunda göstərilmişdi ki, 476-dan çox kənd istifadəsiz qalmışdır.

Deportasiya ilə yanaşı yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi, təhsil və mədəniyyət ocaqlarının bağlanması, rayonların birləşdirilməsi sürətlə aparılırdı. Nəticədə yüzlərlə, minlərlə kənd və rayon adları erməniləşdirilmişdi.

1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki doğma yurdlarından qovulması Stalin-Mikoyan siyasətinin həyata keçirdikləri planın məntiqi yekunu idi. Bu siyasət totalitar rejimin bütün zamanlarında özünü büruzə vermiş və həmişə də erməni-daşnak siyasətini ən incə metodlarla həyata keçirmişdir. Xüsusilə M.Qorbaçov hakimiyyətə gəldikdən sonra (1985-ci ildə) ermənipərəst siyasət rəsmi dövlət səviyyəsinə çatdırıldı. Türk və müsəlman dünyasının qatı düşməni olan M.Qorbaçov bütün məsələlərdə antiazərbaycan mövqedə dayanır və bu siyasəti yeridirdi. 

Azərbaycanlıların Ermənistan SSR ərazisindən kütləvi şəkildə deportasiyasına düzgün və obyektiv hüquqi-siyasi qiymət ümummilli lider Heydər Əliyev tərəfindən verildi.

Ulu Öndərin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən, tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci il tarixli fərmanı böyük elmi-siyasi, tarixi əhəmiyyətə malik sənəddir.

Erməni millətçiləri və daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən müsibətlər hüquqi cəhətdən 1948-ci ildə BMT-nin İnsan Hüquqları Komissiyasının qəbul etdiyi qərarın 2-ci maddəsinə uyğun olaraq soyqırımı və etnik təmizləmə kimi qiymətləndirilməlidir.

Cənab Prezident xatırladır ki, soydaşlarımızın Qərbi Azərbaycana – öz tarixi ata-baba torpaqlarına qayıtması tank üstündə, hərbi yolla deyil, sivil qaydada, mülki nəqliyyat vasitələri ilə, sülh şəraitində qayıdacağıq. Əminik ki, nəyi, nə zaman, necə etməyi hamıdan yaxşı bilən Azərbaycan Prezidentinin həmin proqnozunun da reallaşdırılmasının şahidi olacağıq.

Naftalan şəhər sakini Nicat Ələsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 21 İyun 2025 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see664

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see282

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see272

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see257

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see240

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see230

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see221

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see206

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri