Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış gectez baş tutacaq!

Qərbi Azərbaycana qayıdış gectez baş tutacaq!

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakıda Qərbi Azərbaycan İcmasının “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfrans keçirilir. Məqsəd beynəlxalaq diqqəti vaxtilə Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşamış azərbaycanlıların etnik təmizləməyə məruz qalmasına və tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmasına çəkməkdir. Hazırda Qərbi azərbaycanlıların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına geri dönməsi qarşıda duran ən mühüm vəzifələrdən biri hesab olunur.
Azərbaycan cəmiyyətində tanınan simalar mövzu ilə bağlı fikirlərini Modern.az saytı ilə bölüşüblər.
Xalq Artisti Mübariz Tağıyev bildirib ki, Qərbi Azərbaycana qayıtmaq o bölgədən olan hər kəsin arzusudur:


“Orada evlərimiz, torpaqlarımız qalıb. Biz gec ya tez, Qərbi Azərbaycana qayıtmalıyıq. Nəyin bahasına olursa olsun bu baş verməlidirr. Erməni millətinin fəlfəsəfini mən yaxşı bilirəm, bir vaxt düşünürdülər ki, nəsillər dəyişəndən sonra bu məsələ unudulacaq. Ancaq belə olmadı. Onlar istəyəcəklər ki, ermənilər də Qarabağa qayıtsınlar. Bu diplomatik məsələdir, mən isə sənət adamıyam. Qərbi Azərbaycan həsrəti bizim qəlbimizdəki yaradır. Biz ailəlikcə 1973-cü ildə oradan deportasiya olunmuşuq. Yəni müharibə illərində köçməmişik. Babalarımın qəbri orada qalıb. Bütün əzizlərimiz orada torpağa basdırılıb. Deyilənlərə görə, Qərbi Azərbaycandakı qəbiristanlıqlarımız dağıdılıb, qalmayıb. Bir anlığa da olsa doğulduğum yerə gedim, heç olmasa baxım görüm orada nə var, nə yox”.
 

Azərbaycanın Milli Qəhrəmanı Fəxrəddin Cəbrayılovun sözlərinə görə, Qərbi Azərbaycan azərbaycanlıların yurd yeri olub:

“Biz zəngəzurluyuq, qohum-əqrabamız orada dəfn olunub. Mən Gorusda anadan olmuşam, o ərazilər heç vaxt erməni torpağı olmayıb. Ümidvarıq ki, diplomatiyamız Qərbi azərbaycanlıların öz yerlərinə qayıtması istiqamətində uğurlara imza atacaq. Mən inanıram ki, bu qayıdış olacaq. İndi olmasa da, 10-20 ildən sonra Qərbi azərbaycanlılar ata-baba yurdlarına dönəcəklər. Prezidentimiz də yorulmadan bu istiqamətdə siyasət yürüdür. Qarabağdakı torpaqlarımıza nəzarət bərpa olundu, indi də pillə-pillə Qərbi Azərbaycana qayıdışla bağlı addımlar atılır. Mənim bu qayıdışa böyük ümidimlərim var”.
 

Sabiq deputat Vahid Əhmədov bildirib ki, Qərbi Azərbaycana qayıdış uzun müddətdir müzakirə obyektinə çevrilib:

“Bununla əlaqədar dövlət başçısı tərəfindən göstərişlər verildi, Qərbi Azərbaycan İcması yaradıldı. Qərbi Azərbaycanla əlaqədar beynəlxalq tədbirlər keçirilir, müəyyən bəyanatlar verilir. Hesab edirəm ki, Qərbi Azərbaycana qayıdış tamamilə haqlı mübarizədir. Bu gün Qərbi Azərbaycana qayıtmaq istəyənlər vaxtilə oradan qovulan insanlardır. Faktiki olaraq həmin torpaqlar onların vətənidir. Bu qayıdışın həyata keçirilməsinə müəyyən qədər vaxt lazımdır. Hazırda diqqət Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına yönəlib. Burada həmin şərtlərə baxılacaq. Çünki qarşı tərəf də ermənilərin Qarabağa qayıtması ilə bağlı müəyyən iddialar irəli sürürlər. Halbuki, onlar zorla deyil, könüllü şəkildə Azərbaycanı tərk ediblər. Prezidentimiz də onların Qarabağda qalıb yaşamalarına imkan yaratdı, amma özləri çıxıb getmək yolunu seçdilər.
Qərbi Azərbaycana qayıdış prosesi gec-tez baş tutmalıdır. Bu məsələ beynəlxalq arenada səslənməlidir, son vaxtlar tarixçi alimlərimiz də kifayət qədər elmi əsərlər çap edirlər. Belə əsərlərin çapını daha da artırmaq lazımdır. Beynəlxalq arenada səsləndirmək lazımdır ki, bu insanlar öz yurdlarından qovulublar. Qərbi azərbaycanlılara qarşı müxtəlif illərdə törədilən zorakılıq tarixi hadisədir, ona görə də beynəlxalq tədbirlər keçirməklə daha da irəli getmək mümkündür. Dövlət başçımızın bu məsələyə diqqəti çox böyükdür, Qərbi Azərbaycan İcması da aktiv faəliyyət göstərir. Hesab edirəm ki, həqiqət gec-tez öz yerini tapacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Dekabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri