Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolu mövzusunda seminar

Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolu mövzusunda seminar

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 4 mart, AZƏRTAC

Azərbaycan Dillər Universitetində (ADU) Qərbi Azərbaycana qayıdış prosesində gənclərin roluna həsr olunmuş seminar təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, seminar “İRƏLİ” İctimai Birliyi tərəfindən təşkil olunub və Mədəniyyət Nazirliyinin dəstəyi ilə nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) Qərbi Azərbaycan İcması ilə birgə reallaşdırdığı “Qərbi Azərbaycan irsini tanı” layihəsi çərçivəsində keçirilib.

“İRƏLİ” İctimai Birliyinin baş katibi Riad Cəbrayılovun moderatorluğu ilə keçirilən seminar Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ictimai birlik tərəfindən Qərbi Azərbaycanın mədəni irsinin təbliği məqsədilə təşkil edilən konfranslar, festivallar, düşərgələr və məlumat sessiyaları haqqında məlumat verilib.

Seminarda “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, MEMİM direktoru Vüqar Hümbətov, ADU-nun elm və innovasiya üzrə prorektoru Həmidə Əliyeva, “Qərbi Azərbaycan” televiziya kanalının rəhbəri Telli Pənahqızı və Qərbi Azərbaycan İcmasının əməkdaşı Cəmilə Fəyyaz çıxış ediblər. Onlar Qərbi Azərbaycan məsələsinin tarixi və hüquqi aspektləri barədə məlumat verib, bu mövzunun gənc nəslə dəqiq və sistematik şəkildə çatdırılmasının vacibliyini vurğulayıblar. Qeyd edilib ki, milli yaddaşın qorunması və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi dövlət siyasətinin prioritet sahələrindən biridir.

Ədəbi tənqidçi, filologiya üzrə elmlər doktoru Əsgər Zeynalovun “İrəvan məktəbi və onun görkəmli nümayəndələri”, ADU-nun ikinci kurs magistr tələbəsi Sümbül Qarayevanın “Qərbi Azərbaycana qayıtmaq hüququ və gənclərin fəallığının stimullaşdırılması” və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşı Orucəli Abbaszadənin “Qərbi Azərbaycana qayıdış prosesində regional gənclərinin fəallığı: təşəbbüs və ideyaların dəstəklənməsi" mövzularında təqdimatları dinlənilib.

Tədbir bədii hissə ilə davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Mart 2026 20:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see348

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see281

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see262

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see258

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see241

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see228

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see223

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see219

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see218

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see218

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see217

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see216

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see215

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see215

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see211

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see210

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see199

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see190

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri