Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış: Yeni addımlar və perspektivlər

Qərbi Azərbaycana qayıdış: Yeni addımlar və perspektivlər

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Qərbi Azərbaycana qayıdış tarixi ədalətin bərpasına yönəlmiş ən mühüm strateji məqsədlərindən biridir. Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisi əsrlər boyu azərbaycanlıların qədim yurd yeri olmuş, burada zəngin mədəniyyətin, dövlətçilik ənənələrinin əsası qoyulmuşdur. Lakin tarix boyu baş vermiş zorakı deportasiyalar və etnik təmizləmə nəticəsində azərbaycanlılar öz doğma yurdlarından məhrum edilmişdir.
Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən etmişdir. İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə, xalqımızın illərdir gözlədiyi bu prosesin həyata keçirilməsi üçün zəmin yaratmışdır. Dövlətimizin başçısı bu məsələnin həm daxili, həm də beynəlxalq səviyyədə həllini tapması üçün ardıcıl səylər göstərir.

Cənab İlham Əliyevin dekabrın 5-də keçirilən "Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi" mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciəti, Azərbaycanın Qərbi Azərbaycana qayıdış hüququna beynəlxalq ictimaiyyət tərəfindən ədalətli yanaşılmasını təmin etmək məqsədi daşıyır. Dövlət başçısı müraciətində, Ermənistan tərəfindən etnik təmizləmə və zorla deportasiya edilən azərbaycanlıların hüquqlarının müdafiəsi və tarixi ədalətin bərpası məsələsini vurğulamışdır.

Azərbaycan dövləti, Qərbi Azərbaycana qayıdışı təmin etmək üçün beynəlxalq hüququn prinsiplərindən çıxış edir. Deportasiya edilmiş azərbaycanlıların doğma torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışı beynəlxalq hüququn əsas normalarına uyğun olaraq tənzimlənir. Bu çərçivədə dövlətimiz müxtəlif beynəlxalq platformalarda bu mövzunun gündəmdə saxlanılması üçün mühüm diplomatik addımlar atır. Xüsusilə, beynəlxalq təşkilatlar qarşısında Ermənistanın etnik təmizləmə siyasətini ifşa etmək və onun beynəlxalq öhdəliklərinə əməl etməsini tələb etmək əsas hədəflərdən biridir.
Bununla yanaşı, bu sahədə görülən işlər Qərbi Azərbaycan torpaqlarından zorla qovulmuş soydaşlarımızın hüquqlarının bərpasına xidmət edir. Dövlətin təşəbbüsü ilə bu mövzuda hüquqi sənədlər hazırlanır, Ermənistanın qanunsuz əməlləri ifşa olunur. 2022-ci ildə yaradılan Qərbi Azərbaycan İcması, deportasiya edilmiş azərbaycanlıların hüquqlarını qorumaq və onların doğma yurdlarına qayıdışını təmin etmək məqsədilə uğurla fəaliyyət göstərir. Bununla yanaşı, İcma, Qərbi Azərbaycanla bağlı tarixi, mədəni və hüquqi həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün müxtəlif layihələr həyata keçirir.

Qərbi Azərbaycana qayıdış prosesi təkcə Azərbaycanın deyil, bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır. Bu, tarixi ədalətin bərpası ilə yanaşı, həm də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə xidmət edir. Ermənistanın bu prosesə maneə törətməsi, regionda dayanıqlı sülhün qurulmasına ciddi əngəl yaradır. Azərbaycan dövləti isə öz haqlı mövqeyini qoruyaraq, bu məqsədin reallaşdırılması istiqamətində qətiyyətli addımlar atır.
Dünya birliyi, Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı Ermənistana lazımi təzyiqlər göstərməlidir. Bu, Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlərin sona çatdırılması və deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpası baxımından böyük önəm daşıyır. Azərbaycanın diplomatik səyləri bu məsələdə dünya ictimaiyyətinin fəal iştirakını təmin etməyə yönəlmişdir.
Qərbi Azərbaycana qayıdış, Azərbaycan xalqının milli birliyini gücləndirən, tarixi ədaləti bərpa edən və regional sülhə töhfə verən mühüm bir hədəfdir. Azərbaycan dövləti bu yolda öz prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcəkdir.

Asif Əsgərov

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Dekabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukraynadakı müharibə heç kimin vecinə deyil Conson

20 İyul 2025 01:14see122

Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub

20 İyul 2025 00:19see121

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

20 İyul 2025 02:30see117

Gürcüstanda üç Türkiyə vətəndaşı saxlanılıb Qırmızı bülletenlə axtarışda olublar

19 İyul 2025 16:28see116

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see116

Böyük Britaniyada Qanqster nənə həbs edildi: 100 milyon dollar, bir tondan artıq narkotik İTTİHAMI

20 İyul 2025 01:49see116

20 il komada qalan şahzadə öldü FOTOLAR

20 İyul 2025 09:29see115

İctimai siyasi fikir və dövlətçilik tariximizdə “Açıq söz” qəzeti

19 İyul 2025 15:43see114

Rusiyanın strateji səhvi: Bakı da uzaqlaşır Vaşinqton Post

20 İyul 2025 08:02see113

32 kilometrdə toqquşan MARAQLAR

20 İyul 2025 15:01see113

“Ölkəmizdə risklərin daxili mənbələri yoxdur”

19 İyul 2025 23:24see113

ABŞ konqresmeni ofisində infarktdan öldü

19 İyul 2025 23:54see113

Prezident: Azərbaycan ekoloji baxımdan çox düzgün mövqe seçmiş ölkədir

19 İyul 2025 17:40see113

Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir

20 İyul 2025 14:05see112

Bakıda möcüzəli göl insanlar axın edir VİDEO

20 İyul 2025 21:54see112

Reytinq turnirində daha 2 medal

20 İyul 2025 00:18see112

Rusiyada avtobusun uçuruma yuvarlanması nəticəsində 14 nəfər ölüb

21 İyul 2025 02:29see112

Atletiko nun qapıçısı növbəti mövsümə bu klubda başlayacaq RƏSMİ

20 İyul 2025 17:02see111

800 illik əfsanəni bir sözün düzəldilməsi tamamilə dəyişdi

20 İyul 2025 21:48see110

Əli Laricani Kremldə: Putinlə söhbətin mövzusu nə olub?

20 İyul 2025 17:47see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri