Icma.az
close
up
RU
Qərbi Azərbaycandan kosmosa uzanan şəcərə FOTO

Qərbi Azərbaycandan kosmosa uzanan şəcərə FOTO

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tuva Cihangir Atasevərin ailəsi Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından didərgin salınanlardandır

İstanbul, 30 yanvar, Günel Karatepe, AZƏRTAC

Atasevər soyadını bütün dünya Türkiyənin ikinci astronavtı Tuva Cihangirlə tanındı. Lakin bu soyadın Qərbi Azərbaycanlı bir ailədən gəlməsindən geniş ictimaiyyət xəbərsizdir. Bəli, Türkiyənin ikinci kosmonavtı Tuva Cihangir Atasevərin ailəsi də Qərbi Azərbaycandakı doğma yurd-yuvalarından didərgin salınanlardan, ermənilər tərəfindən misli görülməmiş vəhşiliklərlə üzləşənlərdəndir. Bir zamanlar soydaşlarımızın firavan yaşadığı Qərbi Azərbaycan bu gün ermənilərin tarixin üz qarası olan vəhşilikləri ilə ağrı dolu xatirəyə çevrilib. Bu xatirələr bir çox həmvətənimiz tərəfindən yazılarla ifadə edilib.

Tuva Cihangirin atası, əslən İrəvandan olan inşaat mühəndisi Zakir Atasevər AZƏRTAC-a müsahibəsində deyib:

“Qərbi Azərbaycan bizim tarixi yurdumuz, doğma torpağımızdır. Bu ərazilər tarixin müxtəlif dövrlərində etnik dəyişikliyə məruz qalaraq, erməniləşdirilməyə çalışılıb. Torpaqlarımıza planlı olaraq, vaxtaşırı, xüsusilə də 1918-1921-ci illər arasında məlum qüvvələr tərəfindən erməni ailələr yerləşdirilib, qədim Azərbaycan torpaqları indiki Ermənistana verilib. Bütün bunlar baş verən zaman insanlarımız müxtəlif işgəncələrə, təzyiqlərə məruz qalaraq el-obalarından edilib, tarixi adlarımız heç bir kökü olmayan erməni adları ilə əvəz olunub. Bir sözlə, bütün bu hadisələrin əsas məqsədi o ərazilərdən Azərbaycan irsinin silinməsi idi. Lakin bütün bunları törətdiklərində, onlar yaddaş deyilən bir məfhumun varlığını unudublar. Gördüyümüz işgəncələr biz Qərbi azərbaycanlıları öz obamıza daha çox bağladı, tariximizi heç vaxt unutmadıq və öz ata-baba yurdumuzu daima öz tarixi adları ilə tanıdıq, tanıtdıq”.

Ötən əsrin müxtəlif dövrlərində soydaşlarımız öz yurd-yuvalarından bir çox faciələr, soyqırımları və qırğınlarla qovulublar. Bu təzyiqlərə davam gətirə bilməyən ailələrdən biri də Əliyevlərdir, yəni Atasevərlər. Ailə Atasevər soyadını Türkiyədə yaşamağa başlayandan sonra götürüb.

Zakir Atasevər səsi titrəyərək babası Əsət Atasevər (Əliyev) və atası Nuri Atasevərdən (Əliyev) onlara miras qalan xatirə dəftərlərini vərəqləyərək hər səhifəsi ağrı-acı ilə yazılan tarixin solğun yazılarını bizimlə paylaşır: “Təxminən yüz il ərzində ata, baba və nənələrimiz min cür işgəncələrlə doğma torpaqlarından, evlərindən qovulublar. İrəvan quberniyasının Eçmiədzin (Üçkilisə) qəzasından zora qovulanlar arasında bizim ailə də oldu. Atam və babamın o işgəncələri yazdıqları xatirə dəftərlərini bu günədək saxlamışam”.

Həmin dəftərlərdə azərbaycanlılara qarşı nə qədər qəddarlıq və amansızlıq edildiyini görmək olar.

Əsət Atasevərin xatirələrindən: “Biz İydəli (Sərdarabad) kəndində yaşayırdıq. İydəli, İrəvan quberniyasının Eçmiədzin (Üçkilisə) qəzasına (Kurdukulu bölgəsinin Canfəda kəndi) bağlı bir kənd idi. Kəndimiz rayon mərkəzindən 12 km cənubda, Araz çayının sol sahilində yerləşirdi. Atamın adı Əli, anamın adı isə Səkinə idi. Atamı 3 yaşımda itirdim və 15 yaşımdan kənddə ticarətə başladım. İrəvandan mal alıb kənddə satırdım. Hər dəfə İrəvana gedib qayıdanda ermənilər tərəfindən təzyiqə məruz qalırdım. Çünki bizim kəndimiz erməni kəndlərinin arasında tək müsəlman kəndi idi. Kəndimizdə yalnız türk əhali yaşayırdı. Burada 1831-ci ildə 113, 1873-cü ildə 562, 1886-cı ildə 629, 1897-ci ildə 706, 1904-cü ildə 880, 1914-cü ildə 934, 1918-ci ildə isə 880 nəfər var idi.

Son günlər ermənilər biz müsəlmanlara qarşı təxribat törətməyə başladılar. Gah evlər yandırılır, gah yollarda günahsız insanlar öldürülür, gah da dükanlarımız gözümüzün önündə yerlə-yeksan edilirdi. Kənddə yaşamaq çox təhlükəli olmuşdu. Ruslar ermənilərə silah və patron paylamışdı. Bizdə isə silah olsa da patronumuz çox az idi. Ermənilər bizə “Bu torpaqlar bizimdir, siz Azərbaycana köçün” deyirdilər. Lakin biz ata-baba torpaqlarımızı qorumaq üçün əlimizdən gələni edirdik. Gecələr növbə ilə kəndi qoruyurduq. Amma bu mümkün olmadı...”

Öz doğma kəndlərindən çıxarıldıqları günü isə Əsət Atasevər bu sözlərlə ifadə edib: “O gecə çox vahiməli idi. Əslində hər gün ermənilərin hücum edəcəyini bilib qorxu içində yaşayırdıq. Amma başqa çarəmiz də yox idi. Biz təlaşdan evlərdə tək qalmırdıq, qohum-əqrəbalar hamımız bir evə yığışırdıq. Həmin gecə qəflətən açılan atəş səslərinə evlərdən çölə çıxdıq. Ermənilər çıxıb getməyimizi tələb edir, əks halda bizi öldürməklə hədələyirdilər. Biz mal-qaranı tövlədə, toyuq-cücələrimizi hində qoyub canımızı götürüb qaçdıq. Min bir əzab-əziyyətlə İrəvana gəldik. Uşaqların gözləri önündə ata-anaları öldürüldü. Hər tərəf qan gölünə dönmüşdü..”

İrəvanda müsəlmanların yaşadığı Demirmenler küçəsində məskunlaşmağa başladıqlarını bildirən soydaşımız oranın da onlar üçün çox təhlükəli olduğunu vurğulayır: “Qonşumuz Hacı Məhəmmədi ailəsi ilə birlikdə evində öldürdülər. Artıq o məhəllədən də qaçmaq məcburiyyətində qaldıq. Qohumlarımızla birlikdə müsəlmanların yaşadığı başqa bir məhəlləyə getdik. Yaşadığımız məhəllə hər gün atəşə tutulurdu. Mart ayından başlayan qarışıqlıq iyuna qədər davam etdi. İyul ayından başlayaraq Anadoludan, Azərbaycandan, o cümlədən Naxçıvandan gətirilən erməniləri bizim, müsəlmanların yaşadığı məhəllələrə və kəndlərə yerləşdirməyə başladılar. Gələn ermənilər bizə çox qəddarcasına davranırdılar. Bir gün bizə xəbər gəldi ki, Ermənistan hökuməti ilə Osmanlı arasında anlaşma imzalanıb. Osmanlının səfiri Mehmədali Paşa İrəvana gələrək bizə dedi ki, “İstəyən İrəvanda qalsın, istəməyən isə kəndə qayıdıb Osmanlıya tabe olsun. Artıq anlaşmamız var, sizlərə kimsə zülm edə bilməyəcək”. Biz yenidən İydəliyə qayıtdıq və sadəcə üç ay rahat yaşadıq. Osmanlının çöküşü bizim də çöküşümüz oldu...”

Xatirə dəftərində Osmanlı dağıldıqdan sonra bu imperiyaya tabe olan qurumların nümayəndələrinin yerini ermənilərin tutduğunu və bununla da Qərbi Azərbaycandakı soydaşlarımıza qarşı törədilən vəhşiliklərin təkrar başladığını ifadə edən Əsət bəy yazır: “Osmanlının dağılması ilə bizim ağır, qara günlərimiz başladı. Bütün silahlarımız və azuqələrimiz əlimizdən alınır, vermək istəməyənlər öldürülürdü. Hətta Canfəda kəndində gəncləri bir evə toplayaraq öldürdülər. Gecəylə kəndi tərk edib Zəngibasarın Karhun kəndinə getdik. Özümüzlə heç nə götürə bilmədik. Çünki yolda ermənilər hücum edib hər şeyimizi əlimizdən alırdı. Zəngibasarda qıtlıq başlayanda ailəmi götürüb Naxçıvana getdim. Yolda anam və kiçik oğlum öldü. Çox ağrı-acı yaşadıqdan sonra İğdıra gəldik və orada yaşamağa davam etdik”.

Zakir Atasevər üçün ailəsinin başına gətirilən bütün bu hadisələri təkrar-təkrar yada salmaq hər nə qədər çətin olsa da, o, sözlərini atasına aid xatirələrlə davam edir: “Atam, Nuri Atasevər (Əliyev)1915-ci ildə İydəli kəndində dünyaya gəlib. O vaxt bu kəndin təxminən 150 illik tarixi varmış. Atam hələ uşaq ikən, 1918-ci ildə ailəsi erməni zülmündən qaçaraq Naxçıvana yerləşiblər. Sonralar ara sakitləşib və onlar 1921-ci ildə yenidən İydəliyə qayıdıblar. Kəndlərinin müsəlman əhalidən ibarət olmasına baxmayaraq, onlar qayıdarkən artıq 150 yeni erməni ailəsinin İydəliyə yerləşdirildiyini görüblər. Elə bu səbəbdən də kəndə sadəcə 40-50 ailə qayıdıb. Qalanları isə Azərbaycana, Türkiyəyə və yaxud İrana köçüblər. Atam 1925-dən 1930-cu ilə kimi İrəvanda oxuyub, sonra isə ailəsi ilə birlikdə İğdıra köçüb”.

Zakir bəy söhbət zamanı Vətən müharibəsini yada salaraq Prezident İlham Əliyevin Qarabağın və Şərqi Zəngəzurun qaytarılmasında göstərdiyi qətiyyəti, əzmi xatırlayır: “Prezidentimizin dik duruşu Qərbi azərbaycanlıların da gec-tez öz ata-baba yurdlarına qayıdacağı ümidini bizə verdi. Prezidentimiz atası, Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirən Müzəffər Ali Baş Komandandır, biz ona çox güvənirik. Onun sayəsində Qərbi Azərbaycanla bağlı ədalətin bərqərar olacağına, hər ötən günün bizi o yerlərə daha bir addım yaxınlaşdırdığına çox əminəm. Bax, o vaxt nənə və babalarımız yatdıqları yerdə rahat olacaqlar, onların ruhları şad, bizim isə arzularımız çin olacaq.

Xatirə dəftərindəki məlumatlara əsasən, Əliyevlər ailəsindən İydəli kəndinin yerləşdiyi ərazilərdə ilk məskunlaşan Zakir bəyin ata tərəfindən altıncı nəsil babası (babasının babasının babası) Cihangir bəy olub. XIX əsrin əvvəllərində İydəli kəndinin əsasını qoyanlardan biri isə Cihangir bəyin nəvəsi Fətəli bəydir. Elə bu səbəbdən də ailə həmin ərazilərin böyük əksəriyyətinin sahibi olub. Maddi vəziyyəti kifayət qədər yaxşı olan ailə 1918-ci ildə başlayan üçillik mühacirlik həyatından sonra, 1921-ci ildə kəndə qayıtdıqda onlara məxsus ərazilərin böyük əksəriyyətinin ermənilərə verilməsi, özlərinin isə rus qüvvələrə tabe edilməsi ilə qarşılaşıb.

Qeyd edək ki, İydəli kəndi 1918-ci ilin fevral ayında erməni vəhşiliyinə məruz qalıb və oranın azərbaycanlı əhalisi öz yurd-yuvalarını tərk etmək məcburiyyəti qarşısında qalıb. Onların yerinə kəndə Eleşkirt, Bəyazıt, Sason erməniləri məskunlaşıblar. Sovet İttifaqı Ermənistanda vəziyyəti nəzarətə götürdükdən sonra sağ qalan türklər öz kəndlərinə qayıdıblar. Bu bölgədə ermənilərlə birlikdə yaşayan soydaşlarımızın sayı isə 1922-ci ildə 87, 1926-cı ildə 55, 1931-ci ildə 80 nəfər olaraq qeydə alınıb. Sonradan SSRİ Nazirlər Sovetinin xüsusi qərarı ilə kənddəki azərbaycanlılar 1948-1949-cu illərdə öz doğma torpaqlarından qovularaq Azərbaycana sürgün ediliblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Yanvar 2025 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hüseyn Məmmədlidən Avstriyada gümüş medal FOTO

07 Sentyabr 2025 16:50see179

Avropa Kuboku: Azərbaycan millisi Polşa ilə qarşılaşacaq

07 Sentyabr 2025 09:53see175

Türkiyə millisi İspaniya yığması ilə qarşılaşacaq KONKRET

07 Sentyabr 2025 10:54see148

119 yaşında da sağlamdırlar! Yaponların uzun ömür sirri bu reseptdə gizlənir ac qarına için

08 Sentyabr 2025 02:58see146

NTV: Türkiyə və Ermənistan rəsmiləri gələn həftə görüşəcək

07 Sentyabr 2025 10:46see145

Telefonunuzdaki proqramlar sizin intellektinizdən xəbər verir Bu 6 proqram varsa...

07 Sentyabr 2025 08:08see137

Tramp Tokayevlə telefon danışığı apardı

07 Sentyabr 2025 20:42see137

Onkoloji xəstələrin sağ qalma şansını artıran məhsullar

07 Sentyabr 2025 00:49see136

Yunanıstanda 7 minə yaxın meşə yanğını qeydə alınıb

07 Sentyabr 2025 00:56see131

Bu 3 ifadəni işlətməsəniz, uğurlarınız artacaq

07 Sentyabr 2025 01:02see131

Ukraynalı futbolçu: “Azərbaycanla oyunda qələbə qazanmalıyıq”

07 Sentyabr 2025 11:07see130

Ən çox ağlayan körpələr bu aylarda doğulur

06 Sentyabr 2025 23:36see129

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

07 Sentyabr 2025 21:12see127

Melis Sezen Venesiya Film Festivalında

06 Sentyabr 2025 23:35see127

WSJ: Aİ ABŞ ticarət razılaşması iflasa uğrama riski altındadır

07 Sentyabr 2025 21:21see126

Avstriya Kipr oyununda sirli qara dəlik olayı

07 Sentyabr 2025 01:43see125

Bu muzeyə giriş bağlandı Mina TƏHLÜKƏSİ KONKRET

07 Sentyabr 2025 21:02see121

Biləcəridəki qəzada həlak olanların Fotosu

06 Sentyabr 2025 22:52see118

Bu içkilər saç tökülməsini sürətləndirir

08 Sentyabr 2025 01:59see118

Azərbaycan millisinin heyətində dəyişiklik Qarabağ ın forvardı oynamayacaq

07 Sentyabr 2025 11:23see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri