Əməkdar artist: “Əgər əlində şəcərə sənədi varsa...”
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
Əməkdar artist Mehriban Xanlarova ilə Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə arasındakı qalmaqal səngimək bilmir.
“Cebheinfo.az” xəbər verir ki, aktrisa “Facebook” hesabında növbəti qalmaqallı paylaşım edib.
Mehriban Xanlarova paylaşımında, “Mehriban Ələkbərzadə sosial media hesabında atasının Ziyadxanovlar nəslindən olduğunu iddia edib.
Bununla bağlı Ziyadxanovlar nəslinin nümayəndələri ilə əlaqə saxladıq və onlar bildirdilər ki, bu iddia tamamilə ağ yalandır! Mehriban Ələkbərzadə ilə onların heç bir qohumluq əlaqəsi və qan bağı yoxdur.
“Əgər əlində şəcərə sənədi varsa, ortaya qoysun! Çünki bu, ictimaiyyəti aldatmaq deməkdir!”, - deyə qeyd edib.Aktrisa əlavə edib ki, Ziyadxanovlar nəslinin tanınmış iki nümayəndəsi var:
“Biri İsveçdə yaşayan musiqişünas alim, pianoçu və Dünya Azərbaycanlıları Konqresinin fəal üzvü Aydın Ziyadlı, digəri isə "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun prezidenti Valid Xan Ziyalıdır. Onlar isə Mehriban Ələkbərzadəni tanımırlar!”
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Baxış sayı:160
Bu xəbər 15 Avqust 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















