Icma.az
close
up
RU
Qərbi Azərbaycanın türk mənşəli TOPONİMLƏRİ

Qərbi Azərbaycanın türk mənşəli TOPONİMLƏRİ

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2020-ci ildə Vətən müharibəsindəki Zəfərimiz, 2023-cü il sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin olunub. Bu gün ərazi bütövlüyü tam təmin olunan qalib Azərbaycan inkişaf tarixinin yeni dövrünə qədəm qoyub və bu yolda inamla irəliləyir.

Bu gün ölkəmizdə müzakirə olunan ən başlıca mövzulardan biri Qərbi Azərbaycandan olan vətəndaşlarımızın qayıdışı ilə bağlıdır. Bunun həyata keçirilməsi üçün başda Qərbi Azərbaycan İcması olmaqla bir çox təşkilatlar və dövlət qurumları daim fəaliyyətdədirlər.

Tarixçi İbrahim Bayramov qeyd edir ki, indiki Ermənistan Azərbaycanın tarixi torpaqlarıdır. Bu torpaqlar Azərbaycandan mərhələ-mərhələ qoparılaraq qondarma erməni respublikası yaradılıb və bu gün xalqımız üçün yad, əlçatmaz, ün yetməz bir yerə çevrilib.

"Həmin vaxtdan da ermənilər yer adlarımızı dəyişdirərək erməni mənşəli adlarla əvəz edib, Azərbaycan türklərinin bu ərazidəki izlərini tarixdən silməyə çalışıb. Bu faktları özündə əks etdirən tarixi sənədlər "toxunulmazlıq" qrifi ilə Ermənistanın arxivlərində saxlanılır Yalnız ən etibarlı mənbə ərazinin toponimləridir ki, tarixi həqiqətlərə işıq salır, aydınlıq gətirir. Axı hər bir xalq, tayfa yaşayış məntəqələrinə öz ana dillərində adlar verir. Həmin adlarda tarixin izləri öz əksini tapır", - o, kitabında qeyd edib.

Tarixi faktlardan aydın olur ki, indiki Ermənistanda XIX əsrin əvvəllərinə kimi qeydə alınmış toponimlərin çoxu türk mənşəlidir.

Tarixçi Modern.az-a açıqlamasında bildirib ki, ermənilərin tarixi türk adlarını dəyişdirməyə çalışması bilinən məsələdir. İbrahim Bayramov buna nümunə olaraq bir neçə coğrafi adı qeyd edib.

"Quqark" rayonunun adı "Quqar" sözündən yaranıb. Bu söz isə türk mənşəli tayfa olan Göyər tayfasının adı ilə bağlıdır.

Bir digər toponim Gorus rayonudur. Bu rayonun da adı qədim türk tayfası olan qoros/gorus tayfa adındandır.

Daha bir ad isə Gümrü şəhərinin adı ilə bağlıdır. Bu ad isə Kimmer terk tayfa adındandır ki, bu tayfa da türk tayfasıdır. Bir toponim də Qafan şəhərinin adı ilə bağlıdır. Bu ad isə türk mənşəli Peçeneqlərin qapan tayfa adından gəlir.

Tarixçi qeyd edib ki, Qərbi Azərbaycanın bir çox türk mənşəli toponimləri tarixin yalddaşına çevrilib, mənəvi soyqırımına məruz qalıb:

"Qərbi Azərbaycan toponimlərinin öyrənilməsinin xüsusi nəzəri və praktiki əhəmiyyəti vardır. Bu toponimlər yerli xalqın - Azərbaycan türklərinin tarixini, türk tayfalarının adını (quqark, gorus, sak, aynın, qıpçaq, qaraqoyunlu, şirak, peçenek, axta, kəvər və s.) əks etdirir və tədqiqat nəticəsində aydın olur ki, ərazinin toponimləri həm də qədim türk sözləri (balıq, yazı, art, bək, kəpəz və s.), Azərbaycan dili ilə bağlı coğrafi terminlər (dağ, dərə, düz, təpə, tap, taxt, yal, nüvək, ova, gədik və s.) əsasında formalaşmışdır. Bütün bunlar Qərbi Azərbaycan toponimlərinin tarixi coğrafiyasının öyrənilməsində xüsusi rol oynayır".

"İndiki Ermənistan ərazisindəki toponimlərin tədqiqi aydın şəkildə sübut edir ki, indi Ermənistan adlanan Qərbi Azərbaycan, Azərbaycanın tarixi torpaqları olmaqla yanaşı, Azərbaycan türklərinin tarixi etnik torpaqları, Ata yurdudur", - İbrahim Bayramov bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Noyabr 2024 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri