Icma.az
close
up
RU
Qərbi Azərbaycanın toponimləri: Milli kimliyin izləri

Qərbi Azərbaycanın toponimləri: Milli kimliyin izləri

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

 Dünyanın mənzərəsi eyni dildə danışan fərd və qrupların şüurunda müəyyən şəkildə qurulan obyektiv reallığın fundamental anlayışdır. Bu mənzərədə linqvistik şəxsiyyətin şüurunda yuva qurmaqla bərabər, fərdin həyatı boyu əldə etdiyi ideyalar sistemini əks olunur. Ona görədir ki, insan dünyagörüşünü şərtləndirən hadisə kimi, dil hadisələrinin qarşılıqlı əlaqələrini  öyrənmək dünya dilçilərinin əsas vəzifələrindən biri hesab olunur. Ətraf mühitin linqvistik mənzərəsi dil daxilində dünyanın müxtəlif linqvistik şəkillərinin- folklor və ədəbi dilin, dialekt, toponimik sistemlərin lüğəti, dünyanın frazeoloji mənzərəsi və sairənin məcmusudur. Bu, dilçilikdə belə bir hepotizin bünövrəsi də hesab oluna bilər:  “Bəzən bir dildə müxtəlif linqvistik dünyagörüşlər arasındakı fərqlər dillərarası fərqlərdən daha böyükdür”. 

Fikrimizcə, linqvativ-mədəni və tarixi-etnoloji kateqoriya kimi toponimik sistemin bu istiqamətdə təhlili cəhdi tamamilə başadüşüləndir. Etnik təcrübə və mədəniyyət əsasən istənilən xalqın inkişafı və həyat tarixinin xüsusiyyətləri ilə müəyyən edilir. Dünyanın toponimik mənzərəsinin tədqiqini aktual edən məsələ toponimlərin etnokulturoloji əhəmiyyətini özündə saxlayır, xalqların tarixi keçmişi, onların məskunlaşma arealı və sərhədlərini göstərir. Bu, onların mədəniyyəti, mənəvi-əxlaqi dəyərləri, dünyagörüşünün xüsusiyyətləri haqqında aktual məlumatları qoruyub saxlayaraq nəsillərə ötürmək baxımından müqayisəolunmazdır. Elmi paradiqmanın dəyişməsi, dilçiliyin nəzəri məsələlərinin həlli, dünyanın linqvistik mənzərəsi prizmasından dil vahidlərinin işləməsi bu baxımdan aktualdır. Hər bir xalqın dünyanı görmə və dərk etmənin müəyyən bir yolunu əks etdirən, dilin əsas xüsusiyyətlərindən biri kimi antroposentrizmin dərk edilməsi, qarşılıqlı əlaqənin və mədəniyyətlərarası əlaqənin aktivləşməsi toponimik tədqiqatları zəruri edir. Bu keyfiyyətlərinə görə linqvokulturologiya, linqvokulturaşünaslıq və mədəniyyətlərarası ünsiyyət çərçivəsində toponimlər bir etnik qrupun tarixi və mədəniyyəti ilə sıx əlaqədə nəzərdən keçirilməsini şərtləndirir.

XX əsrin ortalarından başlayan, XXI əsrin əvvəllərindən daha da aktuallaşan onomastika və xüsusən toponimika sahəsində tədqiqatlara elmi marağın artması Azərbaycan dilçiliyində də özünü göstərdi. Toponimiyanın qarşısında duran müxtəlif suallara cavab tapmaq zərurəti, dilçilik üçün əhəmiyyətinin qəbul edilməsi onu istənilən təbii dilin lüğətində tərkib hissəsinə çevirdi. İstənilən coğrafiyanın toponimik mənzərəsinin formalaşdırılması müasir dilçiliyin aktual vəzifəsi olaraq hər bir xalqın tarixində öz sözünü deyir. Toponimlər qeyd-şərtsiz etnomədəni əhəmiyyətə və inteqrativ statusa malik olmaqla yanaşı, verballaşdırılmış formada etnik qrupun tarixi, sosial, dil və etnokulturoloji xüsusiyyətlərini əks etdirir. Bu isə onun coğrafi obyektin identifikatoru kimi çıxış etməsi ilə bərabər, qaranlıqlar üzərinə işıq salmasına yardım edir. Bir sözlə, toponimlər məkan haqqında biliklərin saxlanılması, etnik qrup barədə tarixi-mədəni məlumatların toplanılıb gələcəyə ötürülməsi prosesində transformator rolunu oynayır. Buna görədir ki, toponimlərin semantikasının milli-mədəni komponenti ona regional təmsilçiliyi ilə bərabər, mədəni-tarixi assosiasiyaların zənginliyi ilə seçilmək haqqı verir. Onomastik material böyük mədəni potensiala malikdir və coğrafi adın mədəni-tarixi dəyəri faktını bəyan edir.

Burada sosial-siyasi, sosial-mədəni transformasiyalara həssas və kifayət qədər aktiv reaksiyalarda o dövrün özünəməxsus sosial sifarişin yerinə yetirildiyini asanlıqla müşahidə etmək imkanı verir. Təsadüfi deyil ki, bu məqamda toponimika dilin özünəməxsus alt sistemi, xalqın mədəni mühitinin, dünyagörüşünün, dünyanı dərk etməsinin və dünya quruculuğunun bir hissəsinə çevrilir.

İstənilən bölgənin toponimikası özündə onu formalaşdıran xalqın maddi və mənəvi mədəniyyəti tarixinin ən mühüm mərhələləri haqqında məlumatları ehtiva edir. Onu da qeyd etmək vacibdir ki, hər bir onomastik faktın arxasında müxtəlif ekstralinqvistik amillər vasitəsilə ən müxtəlif assosiasiyaların xüsusi dairəsini yaradan tarixi və canlı reallıq var. Azərbaycanın təbii sərhədləri daxilində olan Qərbi Azərbaycan toponimlərinin XX əsrin 30-40-cı illərində elmi tədqiqata cəlb olunan nümunələri bu regionda yaşayan insanlar qrupunun təsəvvüründəki linqvistik mənzərənin öyrənilməsində xüsusi yer tutması da o rellıqların diqtəsindən xəbər verir. Göyçə gölü, Göyçə və Dərələyəz dağ silsiləsi, Zəngəzur dağları, Araz çayına birləşənə qədər geniş ərazilərdən keçib gələn Arpaçay sahilləri  IX-X əsrlər iranlı coğrafiyaşünas Əbül-Qasim İbn Xordadbehin "Yollar və ölkələr haqqında kitab"ında, XII-XIII əsrlər ərəb tarixçi və coğrafiyaşünası Şahabəddin Yaqut əl-Həməvinin "Ölkələr haqqında lüğət"ində, XVI-XVII əsrlər alman səyyahı Adam Olearinin hazırladığı qlobusda, XVIII-XIX əsrlərdə yaşamış Rusiya tədqiqatçıları S.M.Bronevskinin  "Qafqaz haqqında yeni coğrafi və tarixi məlumatlar"da, XIX-XX əsr rus tarixçisi Y.A.Poxomovun "Azərbaycan tarixinin qısa kursu" və digər müəlliflərin əsərlərində göstərilən türk mənşəli toponimlər XIX əsrdə çar Rusiyasının sərhədlərinə daxil edilən ərazilərin əsl sahiblərini göstərir. Bu tarixi sənədlərə söykənən etibarlı mənbələr İrəvan quberniyasının 7 qəzasınında, Aleksandropol-Gümrü- mərkəzi Gümrü şəhəri, İrəvan- mərkəzi İrəvan şəhəri, Naxçıvan- mərkəzi Naxçıvan şəhəri, Sürməli- mərkəzi İqdır şəhəri; Şərur-Dərələyəz- mərkəzi Baş-Noraşen kəndi, Üçmüəzzin- mərkəzi Sərdarabad olmaqla təqribən 1,5 milyon nəfərə qədər əhalini əhatə edir. 

Təbii ki, toponim ciddi regional mənsubiyyəti ilə seçilir. Bir tərəfdən, coğrafi ad ekstralinqvistik xarakterli əhəmiyyətli məlumatları çatdırır, lakin digər tərəfdən, onomastik lüğətdə cəmləşən, lazımi əsas biliklərə malik olmayan "təşəbbüssüzlər" üçün eyni məlumatı qapalı edir. Toponimin tərkibində olan obrazlı nominasiya o mənada milli xarakter daşıyır ki, o, dünyanın tarixən formalaşmış mənzərəsini insanların- nominasiya subyektinin şüurunda birləşdirir. Əsas biliklər xalqın mədəni-tarixi inkişafı prosesində formalaşır, bununla əlaqədar cari və tarixi, qısamüddətli və uzunmüddətli toponimik məlumatlar fərqləndirilir. Toponimlər xəritədə kifayət qədər uzun müddət mövcud ola bilər və hətta yoxa çıxdıqdan sonra da mənsub olduğu xalqın tarixi boyu öz aktuallığını saxlaya bilir. Linqvakulturologiyanın vəzifəsi diskursda sinxron qarşılıqlı əlaqədə olan dil və mədəniyyətin vahid təsvirini verməkdir. Linqvokulturologiyanın semantikası dildə türk mədəniyyətini əks etdirən spesifik dil vahidlərinin müəyyən və təqdim edilməsi ilə məşğul olur. Toponim linqvistik şəxsiyyətin kommunikativ məkanının iki səviyyəsində, dil və mədəniyyət səviyyəsində fəaliyyət göstərir. Toponim, hər hansı xüsusi ad kimi, linqvistik və ekstralinqvistik planların konkret konqlomeratıdır; söz haqqında məlumat obyekt haqqında regional və mədəni məlumatlarla iç-içədir.

Toponimlərin linqvokulturoloji təhlili onları bir ölkənin dili və mədəniyyəti haqqında biliklərin məcmusu saymağa imkan verir. Coğrafi adlar bir xalqın tarixinin əksidir, cəmiyyətin dilinin və mədəniyyətinin müxtəlif inkişaf və çiçəklənmə dövrlərini inikas etdirir. Toponimlər müxtəlif tarixi dövrlərdə meydana çıxır, cəmiyyətin inkişaf xüsusiyyətlərinin dinamikasını saxlayır, onun həyat və  fəaliyyətinin müxtəlif təbəqələrini əks etdirir. İnsan belədir, o, xarici aləmdən seçir və sonra adında yalnız ətrafdakı reallıq haqqında biliyi ilə əlaqəli olanı, dünyaya şəxsi baxışını əks etdirən və onun ekzistensial dəyərlərinə uyğun gələni təyin edir.

Onomastik məkan isə həmişə insanın müəyyən mədəniyyətə, əraziyə və dövrə mənsubiyyətindən asılıdır. Toponimlər mühüm mədəni məlumatları, etnik qrupun milli mədəniyyətini ehtiva edir. Coğrafi ad cəmiyyətdə baş verən bəzi siyasi və ya iqtisadi dəyişikliklər nəticəsində yarana bilər, sonra isə onun dövrü ilə bağlı mədəni-tarixi məlumatları uzun müddət saxlayır və nəsillərə ötürür. Toponimlər özündə insanların həyat tərzi, inancları, tarixi əlaqələri haqqında məlumatları ehtiva edir, xalqın dili, mədəniyyəti və tarixi haqqında məlumatları “şifrələyir”. “Şifrələnmiş məkan” isə həmişə konkretdir: müxtəlif mədəniyyətlərə, ərazilərə və dövrlərə mənsub insanlar üçün fərqli bilgiilərə malikdir. Bu, müəyyən insan qrupları arasında, müəyyən zamanda mövcud olan, konkret nitq situasiyaları üzrə bərabər paylanmış, çox vaxt onların köməyi ilə adlandırılan obyektin birmənalı göstəricisini verən xüsusi adlar kompleksi kimi müəyyən edilir. Buna görədir ki, bu istiqamətin terminologiya sistemi ilə məşğul olan alimlərin böyük əksəriyyəti üçün onomastik məkan özündə xüsusi adların məcmusuna çevrilən səslər, hərəkətlər və ideyaların ifadəsidir.

Qərbi Azərbaycan toponimlərinin müəyyən qisminin yer tapdığı Rusiya imperiyasının Tiflis şəhərində yerləşən Qafqaz Hərbi Dairəsi Hərbi Topoqrqfiya bölməsi tərəfindən hazırlanaraq Sankt-Peterburq şəhərində çap edilən "Cənuhi Qafqaz. 1903-cü il" xəritəsi həmin məkanın onomostik güzgüsüdür. O güzüdə Qərhi Azərhaycan ərazilərinə Çubuqlu-Toxluca-Ağbulaq kəndləri boyunca, Çaykənd, Dilican, Əmirxeyir, Çəmhərək, Gölkənd, Polad Ayrım kəndlərinə keçməklə qədəm basırıq. Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərini adlayaraq Qaraqoyunlu dərəsinə, oradansa Basarkeçər nahiyəsinə daxil olur, Şərur-Dərələyəz, ardıcıl olaraq Ələyəz dağ silsiləsinə, oradansa Ağbaba və Şörəyel mahallarına çatırıq. Bunlar Zəngəzur dağ silsiləsindən başlayan xəttdir: Qaladaş və Bəyboğan sıra dağları, Qısırdağ silsiləsi, Canıyandıq dağı, Göyəm dağı, Gərni dağı, Zəngi yayalası, Qapıcıq zirvəsi, Gilan və Oxçu çayları boyunca uzanır, Gümrü- Göyçə -Pəmbək zolağından  keçərək Arpaçayın aşağı yatağına, oradansa Törəgən, Alaca, Afşar, Böyük Yağnı, Kiçik Yağnı, Üçtəpədə nəfəs dərir. Oradansa Gözəldərə dağını dolanır, Allaçöl gölünü adlayaraq Yamanqan dağına yetişir, Sadanağ kəndi yaxınlığındakı Oğruca dağına, daha sonra Sarıcallı kəndi yaxınlığındakı Kirgitdağına yetişir, Ackəsər dağını adlayaraq Qaraxaç aşrımından düşürük. Buradan Axısqa türklərinin əsrləcə məskunlaşdığı yerlərə “əl uzatsan, çatacaq qədər” məsafə var.

Qərbi Azərbaycan hidronimlərinin yaratdıqları mənzərə xüsusilə füsunkardır. 

Şimal-qərbdə Pəmbək, şimal-şərqdə Göyçə, qərbdə və cənubda Gəyən və Basarkeçər dağları ilə əhatələnən, Göyçə gölünə tökülən 28 addakı çay, oradan mənsəbini götürən, 70 kilometr axdıqdan sonra Araza qovuşan Zəngi çayı bu füsunkarlığı artırır. Onu xüsusi olaraq qeyd edək ki, həmin çaylar ətraf dağlardan axan bulaq sularından əmələ gəlir. Babacan kəndində Gur bulaq, Dərəkənd kəndində Orucoğlu bulağı, Kərimkənd, Başkənd, Paşakənd, Kosa Məhəmməd kəndlərindən axan bulaq suları Nərədüz kəndində birləşərək gölə tökülür, Pəmbək kəndindən Pirverdi bulağı, Həmzəli bulağı, Piyalə bulaq, Murtuzəli bulağı, Toğluca və Ağbulaq kəndləri arasında axan Cələçay, Hamarçay, Çaldaş dağından başlayan Gözəldərə çayı hidronimləri bu yerlərdə minillərlə yaşamış xalqın qoyduğu izlərdir. Basarkeçər, Pəmbək, Çəmbərək və Kəvər nahiyələrinin müsəlman-türk əhalisi yaşayan kəndlərin- Dərəkənd, Babacan, Toğluca, Pəmbək, Ağbulaq, Cil, Ardanış, Şorca, Ağzıbir, Ağqala, Bığlı, Hacı Muxan, Əyrivəng və digər yaşayış məskənləri o izlərdən yaranan qurşaqdır. Bu nomostikalar günü bu gün də ancaq milli mənsubiyyətinə görə Qərbi Azərbaycandan çıxarılan yüz minlərlə soydaşımızın buraların əsil sahibi olduğunu təsdiq edir. Bütövlükdə xalqın dünyagörüşü təkcə dünyanı rasional və məntiqi dərk etməklə deyil, həm də toponimlərin adlandırılmasında reallaşan dünyanı təfəkkür, duyğu, dərk və qiymətləndirmə ilə müəyyən edilir. Coğrafi adları haqlı olaraq linqvistik şəxsiyyətin kommunikativ məkanında fəaliyyət göstərən, özünəməxsus milli xarakter formalaşdıran və daşıyan dil mədəniyyəti hadisəsi kimi qəbul edilir. 

Qərbi Azərbaycanda onomastik mənzərənin dəyişdirilməsinə ilkin cəhdlər XIX əsrin 20-ci illərindən- sonuncu Rusiya-İran müharibəsinin nəticələrinin yaratdığı siyasi ab-havadan sonra  baş verdi. Regionun işğalı ilə Güney Qafqazın imperiya sərhədlərinə daxil edilməsi yekunlaşandan dərhal sonra İrəvan xanlığının bazasında dini mənsubiyyətə hesablanan strateji dayaqlar yaratmaq prosesi başlanıldı. Xanlığın ərazisində Erməni Vilayətinin yaradılması ilə bağlı imperator Fərmanı verildikdən bir il sonra- 1829-cu ildə mənşəcə fransalı olan Rusiya tarixçisi və etnoqrafı İvan İvanoviç Şopen Qafqaz canişini Paskeviçdən “Şərqi Ermənistanın ərazisinin təsvirini tərtib etmək üçün” İrəvana gəlmək əmrini alır. O, 1828-ci il Türkmənçay müqaviləsinə əsasən Rusiya imperiyasının tərkibinə verilən və “Ermənistan Vilayəti” adlandırılan İrəvan və Naxçıvan xanlıqlarının ətraflı tədqiqi ilə məşğul olur. Dövlət işləri ilə bahəm tarixçi-etnoqraf həm də gələcək kitabları üçün material toplayarkən müxtəlif millətlərin nümayəndələri ilə görüşür, onların adət-ənənələrini, mədəniyyətini müşahidə edirdi. Rus Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsinin protokolunda İ. İ. Şopenin Qafqaz haqqında qədim müəlliflərin mənbələri əsasında ayrıca kitab kimi nəşr etmək niyyəti barədə məlumat verilirdi. Həqiqətən də etnoqraf-tarixçinin “Ermənistan vilayətinin Rusiya imperiyasına birləşməsi dövründəki dövlətin tarixi abidələri” kitabı 20 il sonra nəşr olundu. Onu qeyd edək ki, Güney Qafqazın kulturoloji qatlarını öyrənmək baxımından qiymətli mənbə sayılan bu kitab sonradan xüsusilə Azərbaycan tədqiqatçıları üçün əvəzsiz ədəbiyyat nümunələrindən biri kimi tanındı. Rəsmi dövlət sənədləri və müasirləri ilə aparılan müsahibələr əsasında hazırlanan o kitab, həmin vaxtlardan təxminən 80 il sonra Qərbi Azərbaycan ərazilərində meydana gətirilən Ermənistan dövlətinin etnosid siyasətinin ifşası üçün başlıca vasitə oldu. XIX əsrin ikinci yarısında nahiyə və qəzalara, XX əsrin 30-cu illərində rayonlara bölünən inzibati ərazilərdəki onomastik vahidlərə ötəri baxaq: Ağin, Axta, Allahverdi, Barana, Böyük Qarakilsə, Calaloğlu, Çəmbərək, Düzkənd, Ellər, Ərtik, Əştərək, Gorus, Hamamlı, Karvansaray, Keşişkənd, Kəvər, Qafan, Qarakilsə, Qaranlıq, Qəmərli, Qızılqoç, Meğri, Paşalı, Sərdarabad, Şəmsəddin, Talin, Üçkilsə, Vedi, Vorontsovka, Yelenovka, Zəngibasar. Həmin vaxtdan keçən yüz il müddətində onomastik mənzərənin necə dəyişməsini 1930-cu il sentyabrın 9-da Ermənistan SSR-nin tərkibində yaradılan Abaran, daha sonralar Aparan və Araqats rayonu adlandırılan inzibati vahidin nümunəsində izləmək maraqlıdır. İrəvan şəhərinin 59 kilometrliyində təşkil olunan rayon ərazisinin bir hissəsi 1970-ci illərdə Hamamlı (dəyişdirilmiş Spitak adlandırılıb) rayonunun digər hissəsi ilə birləşdirilərək ayrıca Araqats rayonu da yaradılır. Rayonun inzibati ərazisinə daxi olan onomastik vahidlərə ötəri nəzər salmaq bəs edər ki, onların türkmənşəli olduğunu görəsən. Ermənistan dövlətinin yarandığı vaxtdan 15 il sonra işə düşən, dayanmaq bilməyən etnosid siyasətinin hüdudsuzluğunu rəsmi dövlət sənədlərini vərəqləyəndə anlamaq olur: Damcılı kəndi 03.01.1935-ci ildə Mravyan, Babakişi kəndi 04.01.1938-ci ildə Bujakan, Böyük Camışlı kəndi 01.06.1940-cı ildə Alaqyez, 15.07. 1946-cı ildə Səmadərviş kəndi Çknax, Bazarcıq kəndi Arayi, Hacı Xəlil kəndi Tsaxkahovit, Gülablı kəndi Dzoraqlux, Güllücə kəndi Vardenis, Məlikkənd Melikqyuğ, Danagirməz kəndi Ovit, Saçlı kəndi Noraşen, Qəzənfər kəndi Araqats adlandırılır. Ümumilikdə 1978-ci il yanvar ayının 25-nə qədər rayonda 30 yaşayış məntəqəsinin adı birmənalı olaraq ermənimənşəli adlarla əvəz olunaraq rayon ərazisindəki türk izlərinin silinməsini başa çatmış sayıldı.                         

Coğrafi adlar isə kulturoloji kodun semantikası ilə təbii dil vahidləri kimi çıxış edir və mədəni-tarixi xarakterli assosiativ əlaqələri qəbul edənin şüurunda aktuallaşan mədəniyyətin verballaşdırılmış əlamətləri funksiyasını yerinə yetirir.      

Bunları dəyişmək barədə qərar verən Ermənistan SSR Ali Soveti bu həqiqəti unitmişdu.

Məlumdur ki, uğurlu mədəniyyətlərarası və dillərarası ünsiyyət dil nümunələrinin harmonik şəkildə mənimsənilməsini və xarici dil mədəniyyətinə dair zəruri fon biliklərini, bu dildə danışan xalqın milli-mədəni xüsusiyyətlərini bilməyi nəzərdə tutur. Toponimlər hər hansı bir etnik qrupun həyatının mədəni və fəlsəfi qavrayışının mühüm hissəsidir, çünki onlar ictimai-tarixi təcrübəni - ümumbəşəri və milli təcrübəni birləşdirir, məlumatları saxlayır və ötürür. Əslində toponimiya obrazlı şəkildə bəşər tarixinin bir növ güzgüsü kimi təqdim oluna bilər. Ümumiyyətlə, toponimlər linqvistik şəxsiyyətin inkişafı prosesində onun idrak bazasının formalaşmasında mühüm rol oynayır.

Mahirə Hüseynova,

ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru,

Filologiya elmləri doktoru, professor,

Qərbi Azərbaycan İcması İH-nin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Aprel 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Konfrans Liqası: Çelsi səfərdən darmadağınla qayıdır günün nəticələri

11 Aprel 2025 00:57see205

Osteoartritin inkişafına səbəb olan risk faktorları…

10 Aprel 2025 22:07see152

İmamoğlu həbsxanadan bunları yazdı FOTO

10 Aprel 2025 21:47see139

UEFA Konfrans Liqası: Fiorentina dan vacib səfər qələbəsi

11 Aprel 2025 01:20see132

Qərbi Azərbaycanın toponimləri: Milli kimliyin izləri

10 Aprel 2025 23:59see130

Diyetik qida sağlamlıq üçün riskə çevrilə bilər

11 Aprel 2025 07:00see126

Stepanyandan etiraf: Qarabağda üstünlük onlarda idi

10 Aprel 2025 23:33see124

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see121

Tramp Meksikanı 1944 cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

11 Aprel 2025 06:58see120

Kreditlə alınan xoşbəxtlik uçuruma aparır? Toydan sonra illərlə borc ödəyirlər

10 Aprel 2025 22:02see119

İstanbul görüşündə bu da razılaşdırıldı

10 Aprel 2025 23:13see118

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see115

Bakı və Lissabon arasında növbəti siyasi məsləhətləşmələr...

10 Aprel 2025 21:59see115

Bu QHT rəhbərləri istintaqa cəlb edilib

10 Aprel 2025 23:29see114

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see111

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see108

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see107

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see107

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see107

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri