Icma.az
close
up
RU
Qərbi azərbaycanlılar sülhə sadiqdir

Qərbi azərbaycanlılar sülhə sadiqdir

Icma.az bildirir, Newscenter.az portalına istinadən.


"Son dövrlər Azərbaycan və Ermənistan arasında sülh körpüsü çərçivəsində fəal dialoqlar artıb, xalqlar arasında qarşılıqlı etimad mühitinin formalaşdırılması üçün müsbət addımlar atılır.
Hazırda Azərbaycanda minlərlə erməni yaşayır, rəsmi Bakı Ermənistandan deportasiya olunmuş soydaşlarımızın da öz qədim doğma yurd-yuvalarına qayıdışının təmin olunmasını vacib sayır".
Newscenter.az xəbər verir ki, bunları siyasi elmlər doktoru, professor Vaqif Abdullayev səsləndirib. O təəssüf hissi elə qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan bu günlərdə Almaniyaya səfəri zamanı Dağlıq Qarabağ və Qərbi Azərbaycan ifadələrindən uzaq durmağı təklif edən fikirlərlər səsləndirməklə sülh etimadına mənfi situasiya gətirmiş olur:
"Paşinyan qayıdış mövzusunun çox təhlükəli mövzu kimi xatırladaraq bunun real olmadığını və Qərbi Azərbaycana qayıdış məsələsini yenidən Qarabağ hərəkatını başlatmaq üçün anlaşılmaz bir proses kimi qiymətləndirdi.
Əsil anlaşılmazlıq Paşinyanın mövqeyindədir, Qərbi Azərbaycan hərəkatını ərazi iddiası və yenidən münaqişə başlatmaq kimi qəbul etmək kökündən yanlışdır və bu, erməni riyakarlığının, hiyləgərliyinin növbəti nümunəsidir".
Vaqif Abdullayev deyib ki, Qərbi Azərbaycan anlayışı ilə Dağlıq Qarabağdakı hərəkat anlayışı tamamilə fərqlidir:
"Əvvəla, keçmiş Dağlıq Qarabağda baş verən Qarabağ hərəkatı birbaşa ekstremist və terrorçu hərəkatın nəticəsi idi, “Hnçak”, “ASALA”, “Daşnakstyun”, Amerika Erməniləri Milli Komitəsi, “Geqaron”, “Erməni azadlıq hərəkatı” və s. terror təşkilatlarının dinc azərbaycanlılara qarşı soyqırım və qətliamlar törətməsi ilə başlayan təcavüzkar siyasət idi.
İkincisi, ermənilər Qarabağda yaşayırdı və heç kimi öz evlərindən qovmamışdı, əksinə onlar azərbaycanlıalrı 30 il didərgin saldılar, Ona görə də, bunu hansı qayıdış hərəkatı kimi adlandırmaqdan söhbət gedə bilər?
Qərbi Azərbaycanlılar isə öz doğma torpaqlarından qovulub, onlar Qarabağdakı separatçı ermənilər kimi insanları öldürməyib, evlərini, mədəni irsini məhv etməyib, yurdlarından qovmayıb. Əksinə onlar özləri erməni vəhşiliyinin qurbanı olublar".
Professor hesab edir ki, bu baxımdam Qərbi Azərbaycan və Qarabağ anlayışı arasında manipulyasiya etmək terrorçunu müdafiə etmək, günahsızı günahkar çıxartmağa bənzəyir və Paşinyanın bu anlaşılmaz mövqeyi sülh prosesinə xələl gətirə bilər:
"Cənab Prezident İlham Əliyevin də bəyan etdiyi kimi Qərbi Azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır.
Qərbi Azərbaycanın sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq və xalqlarımız arasında mehriban qonşuluq münasibətləri yaranacaq".
Anar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 15 Dekabr 2025 23:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri