Icma.az
close
up
RU
Qərbi azərbaycanlıların çağırışı

Qərbi azərbaycanlıların çağırışı

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

II Qaregini təlaşa salıb

İcma Erməni Apostol Kilsəsinin və “Monumentwatch” adlı qurumun bəyanatını pisləyib

Ermənilərin uzun illərdir ki, azərbaycanlılara qarşı soyqırımı və işğal siyasətində erməni kilsəsi hər zaman “aparıcı” rol oynayıb. Hələ ötən əsrin əvvəllərində başlanan bu planda erməni kilsəsi vahid mərkəz kimi çıxış edib. Erməni siyasi partiyaları, əsasən də “Daşnaksütyun” partiyası, erməni silahlı birləşmələrinin azərbaycanlılara qarşı basqınlarında aparıcı rol oynamağa başlayanda bütün proseslər kilsə tərəfindən idarə edilib, tədbirlər kilsələrdə keçirilib, kilsələr silah anbarı kimi istifadə olunub. Eləcə də kilsə xadimləri azərbaycanlılara qarşı hücumlarla bağlı çağırışlar ediblər.

II Qaregin erməniləri revanşizmə çağırır

Müasir dövrdə də Azərbaycan torpaqlarına qarşı işğalçılıq ideologiyasının əsas ilhamvericilərindən biri məhz erməni kilsəsi və onun başında dayanan katolikos II Qaregindir. Məlumdur ki, keçmiş Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasında, ermənilərin işğalçılıq siyasətini davam etdirməyə ruhlandırılmasında Qareginin “əməyi” çox yüksəkdir. II Qaregin dəfələrlə işğalçılıq siyasətini davam etdirmək məqsədilə maliyyə yardımları üçün erməni diasporuna çağırışlar edib.

Bütün bunların fonunda bugünlərdə Pasxa bayramı münasibətilə II Qareginin imzaladığı məktubda erməniləri yenidən revanşa çağırması təsadüfi sayıla bilməz. Əslində, Pasxa xristian aləminin əlamətdar bayramıdır və bu bayram müharibəni, qanı, savaşı deyil, sülhü və humanizmi tərənnüm edir. Lakin bu dəyərlərdən uzaq olan erməni katolikosu, din adı ilə təxribat yaradır, sülhə doğru addımları pozmağa çalışır. Məktubunda Qaregin Osmanlı imperiyasının guya ermənilərə qarşı “soyqırımı” törətməsi ilə yanaşı,  Qarabağdan da ermənilərin zorla çıxarıldıqlarını iddia edib. O, həmçinin erməni diasporlarını Ermənistan ətrafında birləşərək hərəkətə keçməyə səsləyib.

Varşavada keçirilən “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” sərgisi...

Bu azmış kimi Erməni Apostol Kilsəsi və “Monumentwatch” adlı qurum Varşavada keçirilən “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı sərgi ilə bağlı iftira və təhdid dolu “bəyanat” yayıblar. Həmin kağız parçasında iddia olunub ki, bu sərgi guya “Azərbaycanın Ermənistana qarşı ərazi ambisiyalarının, onun qədim Ermənistan xalqının mənəvi və mədəniyyət  irsini mənimsəmək istəklərinin ifadəsi olan Azərbaycanın apardığı saxta təbliğatın növbəti təzahürüdür”. Nə qədər absurd olsa da, bəyanatda Azərbaycan və alban abidələri “erməni irsi” kimi təqdim olunub. 

Xatırladaq ki, aprelin 8-də Varşava şəhərinin mərkəzi küçəsində yerləşən Tvardovski meydanında Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə “Mədəni yaddaşımızda Qərbi Azərbaycan” adlı fotosərginin açılışı olub. Sərgidə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova çıxış edərək İrəvan xanlığının təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın tarixində mühüm rol oynadığını bildirib. İrəvan xanlığının tarixinin Azərbaycan xalqının zəngin maddi və qeyri-maddi mədəniyyət tarixinin tərkib hissəsi olduğunu vurğulayıb. N.Qurbanova İrəvan şəhəri və onun ətrafında hidronim və oykonimlərin mütləq əksəriyyətinin Azərbaycan dilində olmasının bu ərazinin azərbaycanlıların qədim yaşayış məskənlərindən olduğunu sübut etdiyini diqqətə çatdırıb və XIX əsrin sonu XX əsrin əvvəllərində İrəvanda Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa Xan və s. kimi çoxlu sayda Azərbaycan adına küçələrin mövcud olduğunu bildirib. O, avropalı səyyah və salnaməçilərin, o cümlədən JanBatist Tavernye, Jan Şarden, Dübua de Monper, Avqust fon Haksthauzen və digərlərinin əsərlərində İrəvan şəhərinin səciyyəvi müsəlman şəhəri kimi təsvir olunduğunu qeyd edib.

Diplomat indiki Ermənistan ərazisində mövcud olmuş 3500 tarixi və mədəni abidə, 500 qəbiristanlıq və 391 məscidin Qərbi Azərbaycanın tarixi irsinin tərkib hissəsi olduğunu vurğulayıb və 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1987-88-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən deportasiya və qırğınların nəinki azərbaycanlıların indiki Ermənistandan kütləvi surətdə köçürülməsi ilə nəticələndiyi, həm də minlərlə tarixi abidə, məscidin yerlə-yeksan edildiyini təəssüflə diqqətə çatdırıb.

Səfir onu da qeyd edib ki, abidələri məhv etmək asan olsa da, tarixi ümumi yaddaşımızdan silmək mümkün deyil və öz soyunu Qərbi Azərbaycandan götürən azərbaycanlı gənclərin sərginin açılışında iştirakı bir daha sübut edir ki, gec-tez həqiqət üzə çıxır.

Aprelin 28-dək davam edəcək sərgidə Qərbi Azərbaycanın zəngin irsini əks etdirən şəkillər, eksponatlar, kulinariya nümunələri əks olunub. İrəvan xanlığının bayrağı, Qərbi azərbaycanlıların deportasiyası, dağıdılmış məscidlərimiz, abidələrimiz, qəbiristanlıqlarımız, Qərbi Azərbaycanın görkəmli şəxsiyyətlərinin fotolarının əks olunduğu sərgi iştirakçılar tərəfindən maraqla qarşılanıb, soydaşlarımızın başlarına gətirilən müsibətlər barədə onlara ətraflı məlumat verilib. Erməni Apostol Kilsəsinin sözügedən “bəyanatı” isə tarixi həqiqətləri təhrif etmək cəhdidir. Tarixin təhrif edilməsi üçün II Qareginin canfəşanlığı da heç bir nəticə verməyəcək.

İcma: Bu, Ermənistanda dərin kök salmış irqçilik və dözümsüzlüyü nümayiş etdirir

Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması məsələ ilə əlaqədar bəyanat verib. Bildirilib ki, Qərbi Azərbaycan İcması ədalətə əsaslanan davamlı sülhə və barışığa nail olmaq üçün Qərbi azərbaycanlıların qayıdış hüququ və onların mədəni irsi barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqda davam edir. Ermənistan tərəfi bu cür tədbirlərdən və təqdim olunmuş məlumatlardan düzgün nəticə çıxarmaq, törətdiyi hüquq pozuntuları və ədalətsizliyə görə öz məsuliyyətini etiraf etmək və Qərbi azərbaycanlıların qayıdışına şərait yaratmaq əvəzinə, həqiqətin ortaya çıxarılmasına və barışığa xidmət edən addımlarımıza qarşı çıxır.

Bəyanatda, həmçinin deyilir: “Ermənistan hakimiyyət orqanlarının təşkilatçılığı ilə atılması şübhə doğurmayan bu addımlar Ermənistan hökumətinin sülh və barışıq istəmədiyini, bu ölkədə dərin kök salmış irqçilik və dözümsüzlüyü nümayiş etdirir. Çox maraqlıdır, Erməni Apostol Kilsəsi və mədəni abidələrlə bağlı Azərbaycana çoxsaylı iftiralar atan “Monumentwatch” təşkilatı indiki Ermənistan ərazisində cəmi bir əsr əvvəl rəsmi dövlət qeydiyyatında olmuş 269 məsciddən 268-nin məhv edilməsinə və 500-dən artıq azərbaycanlı məzarlığının dağıdılmasına necə haqq qazandırır?”. Qərbi Azərbaycan İcması Erməni Apostol Kilsəsi və “Monumentwatch” adlı ekstremist qurumun təhdid və iftira yolu ilə həqiqətlərin ört-basdır edilməsinə xidmət edən, dözümsüzlük yayan və barışığa mane olan bu addımlarını sərt şəkildə qınayıb, beynəlxalq ictimaiyyəti Ermənistan ərazisindəki Azərbaycan mədəni irsinin bərpası və qorunması üçün bu dövlətə təzyiq göstərməyə çağırıb”.

Nardar  BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 25 Aprel 2025 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri