Icma.az
close
up
RU
Xankəndidə “Qərbi Azərbaycan ” çağırışı FOTO

Xankəndidə “Qərbi Azərbaycan ” çağırışı FOTO

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyanın hər yerində təhsil alan, çalışan azərbaycanlı gənclər, Qərbi Azərbaycanın təbliğində, həqiqətləri, tarixi və mədəniyyəti beynəlxalq ictimaiyyətə çatdırmaqda fəal olmalıdır. Xankəndidə "Konstitusiya və Suverenlik İli”nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsində çıxışı zamanı keçmiş təhsil naziri, Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri Misir Mərdanov gənclərə belə bir çağırış etdi. Qərbi Azərbaycan mövzusuna həsr olunmuş paneldə azərbaycanlıların öz tarixi etnik torpaqlarından deportasiya edildiyi, soyqırıma məruz qaldığı da xatırladıldı. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Esmira Xəlilovanın moderatorluğu ilə keçirilən paneldə hazırda Almaniyada yaşayan İrəvan xanının nəvəsi, İrəvan xanlığının tədqiqatçısı, Qərbi Azərbaycan icmasının fəxri üzvü Əmir Əli Sərdari İrəvani də maraqlı çıxışı ilə yadda qaldı. O, Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan İrəvanda azərbaycanlılara məxsus çoxlu sayda tarixi, dini və mədəni abidələrin mövcudluğundan danışaraq, İrəvanın ən məşhur abidələrindən birinın Sərdar sarayının İrəvan xanlığının iqamətgahı olduğu barədə də panel iştirakçılarına məlumat verib. Əmir Əli Sərdari İrəvani çıxışında tarixin müxtəlif dönəmlərində İrəvanda böyük məscidlərin inşa edildiyi, onların çoxunun ermənilər tərəfindən dağıdılaraq yer üzündən silindiyini də vurğulayıb. Çıxışını pozitiv ruhda bitirən natiq, bu gün Azad Qarabağda , Xankəndidə olmaq mənim üçün böyük xoşbəxtlikdir deyib. Bu torpaqların azadlığı asan başa gəlməyib. Şəhidlərimizin qanı, qazilərimizin canı, Ali Baş Komandanın siyasəti nəticəsində torpaqlarımızın 30 illik işğalına son qoyuldu. Tədbirdə Qərbi Azərbaycanla bağlı real faktlar, törədilən faciələrdən bəhs edən “Qərbi Azərbaycan irsi” adlı kitab, foto-sərgi və film nümayiş edildi. Qeyd edək ki, avqustun 3-dən 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Xankəndidə keçirilir. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:191
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Avqust 2025 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see514

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see466

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see363

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see309

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see290

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see272

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see249

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see245

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see225

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see224

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see220

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see217

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see214

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see201

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see189

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see183

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see177

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see174

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri